60 ŞEYXÜLISLAMLIQ ZIRVƏSI:
pir, məscid və ziyarətgahların işlərinə nəzarət etməklə, habelə
xey riyyə işləri ilə məşğul olmuşdur.
Bundan başqa, Mövlazadə Şəkəvi məktəb-mədrəsə işlərində
bir çox yeniliklər yaratmış, ziyarətgahların maliyyə vəziyyətini
nizama saldığı üçün Qafqaz müsəlmanları arasında böyük nüfuz
qazanmışdır.
36
1907-ci ildə Şeyxülislam Axund Əbdüssəlam Axundzadə və-
fat etdikdən sonra Qafqazda bu vəzifəni tutmağa ən layiqli şəxs-
lərdən biri məhz Məhəmmədhəsən Mövlazadə Şəkəvi olmuş,
lakin vəziyyətin gərginliyi və axundun şəxsiyyəti uzun müd dət
onun bu vəzifəyə gətirilməsinə mane olmuşdur.
Nəşr olunmuş mənbələrdə Şeyxülislam Axund Məhəm məd -
həsən Mövlazadə Şəkəvinin şəxsiyyəti və yaradıcılığı haq qın da
ziddiyyətli, dolaşıq fikirlərin yer alması müşahidə olu n ur. Hər
şeydən əvvəl, şeyxülislamlıq vəzifəsindən tez bir vaxt da uzaqlaşdı-
rılması onun şəxsiyyəti haqqında subyektiv fi kir irəli sürülməsinə
imkan vermişdir. Bu barədə söhbət açan H.Məm mədli haqlı
olaraq yazır ki, bir sıra qaynaqlar, xüsusilə də Azərbaycan din
xadimlərinin elmi-dini fəaliyyətini öyrənən İran İslam Respubli-
kasının bəzi tədqiqatçıları Məhəmmədhəsən Möv lazadənin sünni
cərəyanının hənəfi məzhəbində olduğunu id dia edirlər. Aydındır
ki, bütün şeyxülislamlar şiə məzhəbində ol muş, vəzifələrinə görə
də Qafqaz şiə müsəlmanlarına rəhbərlik et mişlər. Qafqazın sünni
müsəlmanlarına rəhbərlik etmək üçün isə 1823-cü ildən müftilik
vəzifəsi təsis edilmiş və müftinin özü sün ni təriqətində olmuşdur.
Qafqazın şiə müsəlmanlarına rəh bər lik edən Məhəmmədhəsən
Mövlazadənin sünni təriqətində ol ma sı ilə bağlı heç bir mənbədə
məlumat tapa bilmədiyimizdən belə he sab edirik ki, onun haqqın-
da yayılmış bu fikir həqiqətə uy ğun de yil. О, şiə təriqətində ol-
muş və şeyxülislam vəzifəsinə tə yin olu narkən bu da əsas sayılan
səbəblərdən biri kimi nəzərə alın mışdır.
37
Həqiqətən, Şəki şəhəri əhalisinin əksəriyyəti sünni məzhə-
binə aid olsa da burada yerli sünnilərin “qızılbaş” adlandırdı-
36
Ə.Məmmədov, F.Xalıqov. Şəki. Alim və ziyalılar. səh. 108-109.
37
Həmin mənbə, səh. 111.
ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ 61
ğı şiələr ayrıca bir məhəllədə yaşayırlar. Müəlliflər şəhərin və
bu radakı Gəncəli məhəlləsinin yerləşdiyi ərazi barəsində qı sa
mə lumat verəndən sonra yazırlar: “Gəncəli məhəlləsinin di gər
bir adı “Mövlazadələr”dir (patronim) ki, onların babaları olan
Şeyxülislam Məhəmmədhəsən Şəkuyi
38
Quranın məşhur tər cü-
məçisi və bilicisi kimi tanınmışdır.
39
Deməli, Məhəmmədhəsən Mövlazadə Şəki “qızılbaşlar”
(şiə lər) yaşayan Gəncəli məhəlləsində dünyaya gəlmişdir ki,
bu da onun məzhəbini sübut edir. Bu məsələ şeyxin vəzifədən
uzaq laşdırılmasına səbəb ola bilməzdi. Görünür, burada onun
şəx siyyətinin hansısa başqa cəhəti rol oynamışdır.
Şəkinin alim və ziyalıları haqqında kitabın tərtibçiləri göstə-
rir lər ki, 1907-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin şeyxül is -
lamı vəfat etdikdən sonra Məhəmmədhəsən Mövlazadə bu və zi-
fəyə yeganə layiq namizəd olsa da çar Rusiyası Daxili İşlər Na -
zirliyi onu mütərəqqi ideyalarına görə bu vəzifəyə təyin et mək
istəmir. Lakin ziyalıların tələbi ilə 1908-ci ildə o, əvvəlcə şey-
xülislam əvəzçisi, ilin ortalarında isə şeyxülislam seçilir. Qaf qaz
canişinliyinin təqdimatı ilə 1909-cu ildə vəzifədən azad olunur.
40
Başqa bir yerdə oxuyuruq ki, Məhəmmədhəsən Mövlazadə
Şə kəvi öz dövrünün mütərəqqi fikirli, xüsusən də azadlıq və
istiqlaliyyət fikirli ruhani alimi olduğu üçün çar üsul-idarəsinin
ondan heç xoşu gəlmirdi. 1907-ci ildə Qafqaz Şeyxülislamı Əb-
düs səlam Axundzadə vəfat etdiyindən millətin ziyalı təbəqəsi
onun bu vəzifəyə keçirilməsini çar üsul-idarəsindən tələb edir-
di. Mütərəqqi ideyalarına görə çar Rusiyası onu təsdiq etmək
istəmirdi. Ziyalıların tələbi ilə 1908-ci ilin əvvəlində onu bu və-
zifəyə təsdiq etsələr də 1909-cu ildə azad edirlər.
41
H.Manaflı yazır: “Qafqaz müsəlmanlarının hörmət və etima-
dını qazanması sayəsində Hacı Məhəmmədhəsən Mövlazadə
38
Burada
ىوكش
– “Şəkuyi” oxunuşu səhvdir və ərəb dilini bilməyən tədqiqatçıların
sa yəsində ortaya çıxmışdır. Əslində “Şəkəvi” kimi oxunmalıdır.
39
Manaflı Həbibulla. Öyünc və güvənc qaynağı. səh. 217.
40
əl-Bakuvi Mir Məhəmməd Kərim Mir Cəfər əl-Ələvi əl-Hüseyni əl-Musəvi. Ki ta-
bu-kəşfil-həqaiq ən nukətil-ayat vəd-dəqaiq. səh. 43.
41
Manaflı Həbibulla. Öyünc və güvənc qaynağı. səh. 217.
62 ŞEYXÜLISLAMLIQ ZIRVƏSI:
1908-ci ildə vəfat etmiş şeyxülislamı əvəz edib, sonra isə həmin
ali vəzifəyə seçilib. Lakin bəşəri dəyərlər carçısı olan bu par-
laq zəka sahibinin şeyxülislam seçilməsi müstəmləkəçilik si ya-
sətinin girovuna çevrilən imperiya hakim dairələrinin maraqla-
rına heç cürə uyğun gəlmirdi. Məhz bu amil 1909-cu ildə onun
həmin vəzifədən uzaqlaşdırılmasına səbəb oldu”.
42
H.Məmmədli göstərir ki, ruhani ziyalılar arasında şeyxşül-
is lam vəzifəsini tutmağa layiq namizədlər Rusiyadakı 1905-ci il
inqilabından sonra milli oyanış hərəkatında fəal olduqlarına gö-
rə çar üsul-idarəsi tərəfindən izlənilirdi. Mövlazadə də azadlıq
və istiqlaliyyət tələblərini ön sıraya çəkdiyindən hətta yerli jan-
darmeriyanın qəzəbinə tuş gəlmiş və qəti xəbərdarlıq almışdı.
Buna baxmayaraq Qafqaz müsəlmanlarının təkidi ilə Mə-
həm mədhəsən Mövlazadə bir müddət şeyxülislamlıq vəzifəsini
icra etdikdən sonra 1908-ci ilin əvvəllərində bu vəzifəyə seçi-
lir və rəsmən təsdiqlənir. Lakin onun fəaliyyəti çar rejimini və
Qafqaz canişinliyini razı salmır. 1909-cu ildə Məhəmmədhəsən
Mövlazadə bu vəzifədən azad edilir və dini məsələlərdən uzaqlaş-
dırılır. Onun yerinə türkçülük və islamçılıqla bağlı uzun müddət
sürgün həyatı keçirmiş Axund Məhəmmədəli Pişnamazzadə
təyin olunur. Çar hakimiyyəti inqilabi əhval-ruhiyyənin yayıl-
masından ruhani idarəsini uzaqlaşdırmaq üçün onun şeyxülis-
lam seçilməsinə imkan vermirdi. Lakin müsəlmanlar arasında
xüsusilə böyük hörmətə, nüfuza, təsir imkanlarına malik Pişna-
mazzadəni idarəyə rəhbər gətirməklə həm əhalini nəzarətdə
sax lamaq, həm də axundun özünə nəzarət etmək düşüncəsi ilə
qə rar verilir və Axund Məhəmmədəli Pişnamazzadə şeyxülis-
lam seçilir. Amma əllərində təsir vasitəsini saxlamaq üçün im -
perator tərəfindən bu vəzifəyə təsdiqlənmir, sadəcə olaraq bu
vəzifənin icraçısı kimi fəaliyyət göstərir.
43
Bu zaman nə Möv-
lazadənin şeyxülislam əvəzçisi, sonra isə şeyxülislam seçil mə-
si, onun bu vəzifəyə təsdiq edilməsi və azad edilməsi, nə də
Pişnamazzadənin şeyxülislam vəzifəsinin icraçısı kimi fəaliyyət
42
А.Мasse. İslam. səh. 80.
43
Ə.Məmmədov, F. Xalıqov. Şəki. Alim və ziyalılar. səh. 109-116.
Dostları ilə paylaş: |