Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə28/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   24   25   26   27   28   29   30   31   ...   83

84                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Qaf qazdan kənardakı havadarları idi. Baş verən hadisələri götür-
qoy edən Ağa Əlizadə insanları əmin-amanlığa çağırır, qırğını 
da yandırmaq üçün əlindən gələni edir, çıxış yolu kimi hər iki 
xal qın  ziyalılarını  və  din  xadimlərini  bu  qırğını  dayandırmaq 
üçün qəti addımlar atmağa çağırırdı.
1917-ci  ilin  fevralında  Rusiyada  baş  verən  burjua  inqila-
bı və Romanovlar sülaləsinin (bu sülalə üç yüz ildən artıq idi 
ki,  hakimiyyətdə  idi)  devrilməsindən  sonra  Cənubi  Qafqaz,  o 
cümlədən Azərbaycan siyasi hadisələrlə dolu qaynar bir həyat 
yaşamağa  başladı.  Uzun  müddət  Rusiya  imperiyasının  milli 
və  dini  zülmünə  məruz  qalan Azərbaycanın  milli-demokratik 
qüvvələri Bakını siyasi mərkəzə çevirmək üçün Təzəpir məscidi 
və onun axundu Ağa Əlizadənin xidmətlərindən lazımınca is ti-
fadə etdilər.
Müsəlmanların dini birliyini zəiflətmək məqsədilə çar Rusi-
yası məzhəb ayrı-seçkiliyini şişirdir, şiə və sünniləri bir-birinə 
qarşı qoyurdu. Mütərəqqi din xadimlərinin, o cümlədən Təzəpir 
məscidinin axundu Ağa Əlizadənin təşəbbüsü ilə vaxtilə çarizm 
tərəfindən  qızışdırılan  ixtilafları  aradan  qaldırmaq  üçün  Qaf-
qaz müsəlmanları qurultayının çağırılmasını qərara aldılar. Bu 
qərar o dövrdə Tiflisdə fəaliyyət göstərən hər iki məzhəbin din 
rəhbərləri  tərəfindən  razılıqla  qarşılandı.  Fevral  inqilabından 
sonra Bakı siyasi və dini mərkəz rolunu oynamağa başladı. 
Qafqaz müsəlmanlarının I Qurultayı 1917-ci ilin aprelində 
Bakıdakı İsmailiyyə binasında öz işinə başladı. Qurultayın işində 
Azərbaycanın bütün bölgələrindən, Dağıstan, Basarkeçər, Bor-
çalıdan gələn nümayəndələr iştirak edirdi. Qurultay iştirakçıları 
iki məzhəb arasında mövcud olan ixtilaflara etiraz əlaməti ola-
raq günorta namazı vaxtı nümayişkaranə şəkildə İsmailiyyədən 
Təzəpir məscidinə yollandılar. Din xadimləri, eləcə də hər iki 
məzhəbdən  olan  yüzlərlə  dindar  dəstəmaz  alaraq  məsciddə 
birgə  namaz  qıldılar.  Vaxtı  ilə  çarizm  tərəfindən  qızışdırılan 
sünni-şiə ixtilafına son qoymaq üçün namazdan sonra şeyxülis-
lamla müfti qucaqlaşıb bir-birini öpdülər və and içdilər ki, bu 
əda vəti aradan qaldırmağa çalışacaqlar. Qurultayda sünni və şiə 


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              85
məzhəblərinə parçalanmaya son qoymaq haqqında qərar qəbul 
olundu. Bakıda həmin dövrdə nəşr olunan qəzetlərdə Təzəpirin 
axundu Ağa Əlizadənin qurultayın təşkili ilə bağlı fəaliyyətinə 
xüsusi yer ayrılmışdır.
1915-ci ildə Sarıqamış yaxınlığında 90 min türk əsgərinin 
ruslar tərəfindən əsir götürülməsindən iki il sonra Şeyxülislam 
Ağa Əlizadə ilə Təzəpir məscidində görüşən N. Nərimanov on-
dan xahiş etdi ki, Nargin adasında dözülməz şəraitdə saxlanı-
lan türk əsgər və zabitlərinə kömək etsin. Bundan sonra cümə 
namazına gələn Axund Ağa Əlizadə əhaliyə din qardaşlarının 
ağır vəziyyəti haqqında məlumat verdi. Yüzlərlə dindar Təzəpir 
məscidinə gələrək türk əsgərlərinə ərzaq və pulla yardım etməyə 
başladılar. Yığılan ərzaq, paltar və dərmanı Nargin adasına daşı-
maq üçün bir ay vaxt lazım oldu.
1918-ci ilin əvvəllərində İsmailiyyə binasında yerləşən “Mü-
səl man  Xeyriyyə  Cəmiyyəti”  azərbaycanlı  əhalidən  milli  ordu 
təşkil etmək üçün Təzəpir məscidinin axundu Ağa Əlizadəyə mü-
raciət etdi. 1918-ci ilin Mart soyqırımına qədər Lənkəran, Bakı 
və Gəncədə hazırlanan milli ordunun əsgərlərinə ilk xeyir-duanı 
Təzəpir məscidinin axundu Ağa Əlizadə verir, onları Qu ranın al-
tından keçirəndən sonra hərbi hissələrə yola salırdı. Axund Ağa 
Əlizadə bu mərasimi çox zaman cümə gününə salırdı. Cümə na-
mazına gələn dindar əhali bu mərasimi böyük ruh yük səkliyi ilə 
qarşılayırdı. Təzəpir məscidində həyata keçirilən bu mərasimə 
etiraz  olaraq  Bakı  Soveti  qüvvələrinin  rəhbərliyi  Axund  Ağa 
Əlizadəni milli hissələri qızışdırmaqda ittiham edirdi.
1918-ci  il  martın  29-da  Lənkərana  qayıtmağa  hazırlaşan 
“Eve lina” gəmisinin müsəlman əsgərləri Bakı Soveti qüvvələri 
tə rəfindən  həbs  edilərək  tərksilah  edildi.  Martın  30-da  səhər 
tezdən on minlərlə dinc Bakı sakini Təzəpir məscidinin həyətinə 
yı ğışaraq müsəlmanlara məxsus silahların qaytarılmasını tələb 
etdi. Məscidin axundu Ağa Əlizadə əhalinin bu tələbini müdafiə 
etdi.
Türk-müsəlman əhalisinə qarşı soyqırımına əvvəldən hazır-
lıq görən erməni-daşnak qüvvələri şəhərdə şayiə yaydılar ki, gu-


86                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
ya Təzəpirin axundu Ağa Əlizadənin fətvası ilə müsəlmanlar rus 
millətindən olanları qırırlar. Ermənilərin təhriki ilə rus matros-
ları Təzəpir məscidini top atəşinə tutmağa başladılar. Camaatı 
sakitləşdirməyi bacaran Axund Ağa Əlizadə rus matrosları ilə 
danışıqlara  başlamağı  qərara  aldı.  Qısa  bir  müddətdən  sonra 
matroslar şəhərdə ruslara qarşı heç bir qırğının törədilmədiyini 
yəqin etdilər və top atəşini dayandırdılar.
1918-ci  ilin  mart-aprel  aylarında  türk-müsəlman  əhaliyə 
qar şı həyata keçirilən soyqırımıların təhqiqi ilə əlaqədar yara-
dılmış  Fövqəladə Təhqiqat  Komissiyasının  sənədlərində  qeyd 
olunur ki, Bakı şəhərinin keçmiş rəisi Ter-Mikaelyants Təzəpir 
məscidinə pənah aparmış əliyalın azərbaycanlı əhaliyə qarşı hər 
cür zorakılıqlar etməyi, hətta lazım gələrsə, Axund Ağa Əlizadəni 
fiziki  cəhətdən  məhv  etməyi,  habelə  məscidi  yandırma ğı  əmr 
etmişdi. Xoşbəxtlikdən daşnak-bolşevik birləşmələri bu məkrli 
niyyətlərini həyata keçirə bilmədilər.
Mart qırğını nəticəsində on minlərlə şəhid edilən mü səl ma-
nın  dəfn  edilməsi  mərasiminə  Təzəpirin  axundu Ağa  Əlizadə 
rəh  bərlik edirdi.
1918-ci  il  aprelin  25-də  Bakıda  Xalq  Komissarları  Sove-
ti adlanan mənfur bir qurum təşkil edildi. Azərbaycan xalqına 
düş mən olan bu qurum Bakının dini qurumlarına, o cümlədən 
Tə zəpir  və  Göy  məscidlərinə  nəzarət  edilməsi  haqqında  dek-
ret imzaladı. Lakin adıçəkilən məscidlərin axundları, həmçinin 
din dar əhali bu qadağaya baxmayaraq hər iki məsciddə azanın 
ve rilməsinə və dini mərasimlərin yerinə yetirilməsinə fasilə ver-
mədi.
Bakı Soveti rəhbərliyi Təzəpir məscidinin axundu Ağa Əli-
zadədən tələb edirdi ki, Azərbaycan torpaqlarını bolşevik-daşnak 
qüvvələrindən azad etməyə gələn türk əsgərlərinin hərəkətlərini 
lənətləyən fətva versin. Hətta bolşevik rəhbərliyi məzhəb fərqini 
şişirdərək Osmanlı əsgərlərinin Bakı şəhərinə daxil olmasını ba-
ğışlanmaz bir günah kimi qələmə vermək istəyirdi. Bakı Sove-
tinin hədə-qorxularına baxmayaraq Axund Ağa Əlizadə onların 
bu tələbini birmənalı olaraq rədd etdi.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə