Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə31/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   27   28   29   30   31   32   33   34   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              93
1920-ci  ildə  tanınmış  tacir  Kərbəlayi  Əbdülhüseynin  qızı 
Mə leykə xanımla ailə quran Şeyx Möhsümün Turab, Gülsüm, 
Üm bül, Hacı Əliağa, Hacı Mirzəağa və Minaxanım adlı övladla-
rı dünyaya gəldi. 
Hazırda Şeyx Möhsümün sağ olan iki övladı - Hacı Mirzəağa 
və qızı Minaxanım Bakı şəhərində yaşayırlar. 
Bir müddət ailəsi ilə birlikdə Sabirabadda çətin vəziyyətdə 
ya şayan Şeyx Möhsüm həmişəlik Bakıya köçərək müəyyən yer-
lərdə fəhlə işləməyə başlayır.
1920-ci  il  aprelin  28-də Azərbaycanda  sovet  hakimiyyəti 
qurulduqdan sonra ziyalılar, xüsusilə də din xadimləri təzyiqlərə 
məruz qaldılar. Sovet hakimiyyətinin apardığı iyrənc siyasət nə-
ticəsində din xadimləri həbs olunaraq zindanlara salınırdı. Yüz-
lərlə imanlı din xadimi işgəncələrə məruz qalaraq heç bir güna-
hı olmadan güllələnirdilər. Bunlardan Axund Kamiyab, Axund 
Mir Bağir ağa, Axund Mir Ələkbər, Şeyx Rəsul ağa Nardarani, 
Şeyx Həsənağa, Axund Möminəli, Şeyx Qəni Badikubeyi, Şeyx 
Əhməd Nardarani, Şeyx Kərim ağa, Seyid Məhəmməd, Axund 
Əhməd və başqaları həmin dövrlərdə həyata keçirilən repressiya 
qurbanları olmuşlar.
1928-ci ildə Şeyx Möhsümün evində axtarış aparılır və o, 
NKVD tərəfindən həbs olunur. Heç bir günahı olmayan Şeyx 
Möhsüm altı ay Bakıda həbsxanada saxlanılır. Altı aydan sonra 
Şeyx Möhsüm azadlığa buraxılsa da nəzarət altına alınır, əsərləri 
isə yandırılır.
1930-cu  ildə  repressiyanın  tüğyan  etdiyi  bir  dövrdə  gizli 
ola raq  Bakıya  gələn  Şeyx  Möhsüm  ailəsi  ilə  birlikdə  Şamaxı 
yo  lunda kirayə tutduğu evdə yaşamağa başlayır. Burada ailə və-
ziyyəti ağır olan Şeyx Möhsüm ailəsini dolandırmaq üçün müx-
təlif illərdə “Cındırtrest” adlanan yerdə fəhlə, mağazada əhəng 
satan satıcı, çayxanada gözətçi və başqa yerlərdə bir çox işlərlə 
məşğul olmuşdur.
İkinci Dünya müharibəsinin başlanmasından sonra ailə və-
ziyyəti daha da ağırlaşan Şeyx Möhsüm əvvəl yaşadığı və əhalisi 
arasında böyük hörmət qazandığı Sabirabada qayıdır.


94                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
1944-cü ilin 14 aprelində SSRİ Ali Soveti Rəyasət Heyətinin 
çı xardığı qərara əsasən, 1920-ci ildə ləğv edilmiş Qafqaz Mü-
səl manları Ruhani İdarəsi yenidən bərpa olundu və Axund Ağa 
Əli zadə  ikinci  dəfə  Qafqaz  Müsəlmanları  Ruhani  İdarəsinin 
Şey xülislamı təyin olundu.
1944-cü  ildə  Təzəpir  məscidində  Zaqafqaziya  müsəlman 
ru haniləri və dindarları nümayəndələrinin I Qurultayı çağırılır. 
Qu rultayda  Gürcüstan  və  İrəvanda  yaşayan  azərbaycanlıların 
vi layətlərindən nümayəndələr dəvət olunur. Axund Ağa Əlizadə 
yeni şeyxülislam və Şeyx Möhsüm Həkimzadə isə onun birinci 
müavini təyin olunur. O, bu vəzifədə 1954-cü ilə kimi çalışmış-
dır. Vəzifə bölgüsünə görə Şeyx Möhsüm maliyyə, təsərrüfat və 
təh sil işlərinə nəzarət edirdi. Vəzifəsi ilə əlaqədar Azərbaycanın 
bütün rayonlarında olan Şeyx Möhsüm məscidlərin təmir və bər-
pasını yoxlayır, işlərin icrasını nəzarət altında saxlayırdı. Onun 
ən böyük xidmətlərində biri Təzəpir məscidi nəzdində ruhanilik 
məktəbinin tikilməsi olmuşdur. 
Şeyxin təqdirəlayiq elmi fəaliyyəti də unudulmazdır. O, ilk 
də fə  Gəncədəki  “İmamzadə”  və  Bakıdakı  “Nardaran”  pirinin 
daş  kitabələrinin  şəkilini  oxutdurmuş  və  elmi  cəhətdən  sübut 
et   mişdir ki, bu müqəddəs yerlərdə İmam (ə) nəslindən olanlar 
dəfn olunmuşdur.
79
1954-cü il  dekabrın 15-də Şeyxülislam Axund Ağa Əli za-
də vəfat edir. Axundun ölümündən sonra Zaqafqaziya mü səl -
manlarının  “Böyük  yolun  başlanğıcı”  adlı  qurultayı  çağırılır. 
Qurultayda  Özbəkistan,  Qazaxıstan  və  SSRİ-nin  digər  mü-
səlman respublika və muxtar vilayətlərindən olan din xadimləri 
iştirak edirdilər. Qurultayın yekun qərarı ilə Şeyx Möhsüm Hə-
kimzadə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin şeyxülis lamı 
təyin  edilir.  Ümumdünya  Sülh  Komitəsinin  üzvü  olan  Şeyx 
Möh süm Həkimzadə dini ehkam, adət və ənənələrdə çox qə-
tiy yətli idi.
Dünyəvi elmlərə bələd olan Şeyx Möhsüm Həkimzadə tə-
ba bət  elminin,  xüsusilə  insan  fiziologiyasının  gözəl  bilicisi, 
79 
Həmin mənbə, səh. 42.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              95
şeir, qəzəl həvəskarı idi. O, Sədinin “Gülüstan” və “Bustan”ını, 
Ömər Xəyyamın qəzəllərini əzbər bilirdi.
Bütün  dünya  müsəlmanlarında  olduğu  kimi,  Azərbaycan 
xalqı da daim öz mənəvi dəyərlərini qorumuş və günümüzə qə-
dər yaşatmışdır.
Respublikanın əksər bölgələrində - istər Bakı ərazisində, is-
tərsə də rayonlarda müxtəlif ocaqlar vardır və bu ocaqlar daim 
ina ma ehtiyacı olanlarla doludur. Həqiqətən də insanda Allaha 
inam, gələcəyə ümid hər şeydən üstündür. Tarix boyu süzgəcdən 
ke çən, nəsildən-nəslə ötürülən mənəvi dəyərlərimiz bu gün də 
bizi yaşadır və sabaha doğru işıqlı gələcəyə aparır.
Məhz Allah yolunda fədakarlıq göstərən Axund Ağa Əlizadə 
və Şeyx Möhsüm Həkimzadə kimi alimlərin bilik və bacarığı 
sayəsində  müasir  nəsli  bir  inam  ocağında  –  müqəddəs  İslam 
dinində birləşdirir və tərbiyə edirik. Respublikamızda yerləşən 
minlərlə ziyarətgahın qorunub saxlanması özü bir möcüzədir. 70 
il Azərbaycanda hakimlik edən sovetlər birliyi digər dövlətlərdə 
olduğu kimi, Azərbaycanda da dinə, dindarlığa qarşı üsyan edən 
zaman  ağına-bozuna  baxmayaraq  harada Allahın  evi  vardısa, 
oranı partladıb yox edirdi. Ermənilərin vasitəsilə bir çox yerlərdə 
müqəddəs ocaqlara təcavüz olunur, yerlə-yeksan edilirdi.
Lakin bütün bunlara baxmayaraq daim öz mənəvi dəyərlərini 
qoruyan Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən son-
ra  həmin  məscid  və  ocaqlar  təmir  edilərək  müsəlmanların  o 
cüm lədən, din xadimlərinin ixtiyarına verildi.
Bir  sözlə,  sosializm  quruculuğuna,  dini  ayinlər  haqqında 
so  vet qanunvericiliyinə real münasibət bəsləyən, sülhsevərlik, 
əmək sevərlik, dindarların öz vətəndaşlıq borclarını namusla ye-
rinə yetirməsini təbliğ edən, yüksək natiqlik bacarığı və mömin 
müsəlmanlar arasında böyük nüfuza malik olan bu din xadimi 
1967-ci il sentyabrın 15-də Bakıda vəfat etdi və Yasamal qə-
biristanlığında dəfn edildi.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə