Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə39/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   35   36   37   38   39   40   41   42   ...   83

120                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Allahşükür Paşazadə 1949-cu ilin 26 avqustunda Azər bay-
canın  cənub  şəhərlərindən  biri  olan  Lənkəranın  Cil  kəndində 
ana dan olmuşdur. Dünyəvi təhsilini Veravul kənd məktəbində, 
ilk ruhani təhsilini isə dövrünün görkəmli din xadimi olan Şeyx 
Qüd rətin evində almışdır.
Gənc yaşlarından iti zəkası və dərin hafizəsi ilə kəskin fərq-
lənən Allahşükür Paşazadə qısa müddətdə Qurani-Kərimi mə-
nim səyərək şəriətin tələblərini dərindən öyrənir. Ateist ideologi-
yanın təbliğ olunduğu, uşaq və yeniyetmələrin tamamilə başqa 
ruh da böyüdüldüyü bir şəraitdə o, orucunu batil etmir, namazla-
rını da vaxtlı-vaxtında qılaraq qəzaya saxlamır.
1966-cı ildə Quranın bilicisi kimi Özbəkistanın Buxara şə-
hə rinə  gedən  Allahşükür  Paşazadə “Mir  Ərəb”  mədrəsəsinə, 
1972-ci ildə isə SSRİ-də yeganə ali dini məktəb olan Daşkənd 
Ali Ruhani İnstitutuna qəbul olur. O, 1975-ci ildə təhsilini ta-
mamlayıb mükəmməl bir ruhani kimi Azərbaycana qayıdır.
Allahşükür Paşazadə 1975-ci ildən 1978-ci ilə kimi Qafqaz 
Müsəlmanları  Ruhani  İdarəsində  Şeyxülislam  Əliağa  Süley-
man zadənin əmri və məsləhəti ilə məsul katib vəzifəsində fəa-
liy yət göstərir. Onu bu vəzifəyə təyin etdiyi zaman Şeyxülislam 
Əliağa Süleymanzadə idarə işçilərinə belə deyir: “Mən olma-
yanda, çətin bir işiniz olanda ona müraciət edin”. 
Allahşükür Paşazadə 1978-ci ildə Təzəpir məscidinin axun-
du təyin edilir. Gənc axundun mühakimələri, İslam fəlsəfəsinə 
özünəməxsus  münasibəti  görüşünə  gəlmiş  ziyalıları  və  xarici 
qonaqları  heyrətə  gətirirdi.  Xüsusi  qabiliyyətinə  və  qeyri-adi 
mü hakimələrinə, təşkilati bacarığına görə çox keçmir ki, o, Qaf-
qaz Müsəlmanları İdarəsinin sədr müavini seçilir.
1978-ci ildə Şeyxülislam Əliağa Süleymanzadə vəfat et dik-
dən  sonra  onu  bu  vəzifədə  əvəzləyən  Mirqəzənfər  İbrahimov 
da Qafqaz Müslmanlar İdarəsinin əsas işlərini gənc və bacarıqlı 
Allahşükür Paşazadəyə həvalə edir. Mirqəzənfər İbrahimovun 
vəfatından sonra isə bu vəzifəyə Allahşükür Paşazadədən başqa 
layiqli namizəd yox idi.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              121
1980-cı ildə çağrılan Qafqaz müsəlmanlarının qurultayında 
30 yaşlı Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin 
sədri, yəni sayca on ikinci şeyxülislam təyin edilir.
Sovet  hakimiyyəti  illərində Azərbaycanda  fəaliyyət  gös tə-
rən 1700 məsciddən 1683-ü məhv edilmişdi. Dağıldılmış məs-
cid lərdən biri də XII əsrdə Şirvanşah II Fərruxun memar Mah-
mud ibn Sadın layihəsi əsasında tikdirdiyi Bibiheybət məscidi 
idi. 1936-cı ildə dağıldılan məscidin yerində Stalinin heykəli qo-
yulmuşdu. Onuncu Şeyxülislam Əliağa Süleymanzadənin im zası 
ilə məscidin bərpası üçün Mərkəzi Komitəyə müraciətlər olun sa 
da bu sahədə lazımi irəliləyiş olmamışdı. XII Şeyxülis lam Allah-
şükür Paşazadə məlum məsələ ilə bağlı mövcud çə tin liyi yaxşı 
başa düşür, dövlət orqanları tərəfindən ciddi xə bər darlıqlar alma-
sına baxmayaraq Bibiheybət məscidinin bərpası üçün daha ciddi 
cəhdlər göstərməyə başlayır. 1990-cı ildə ye nidən hökumət or-
qanlarına xahişlə müraciət edən Şeyxülislam həzrətləri, nəhayət 
tikinti üçün torpaq sahəsi ayrılmasına nail olur.
1995-ci ildə Stalinin abidəsinin qələbə tağı sökülərək yerində 
Xa nım Həkimənin (ə), yeddinci İmam Museyi-Kazimin (ə) üç 
nəvəsinin  və  Hacı  Heybətin  qəbirləri  aşkar  edildi.  Məscidin 
bərpası üçün dövlət büdcəsindən 3 milyard manat ayrıldı. 1997-
ci il iyulun 23-də, Həzrət Peyğəmbərin (s) mübarək Mövluduna 
təsadüf edən gündə Bibiheybət məscidinin tikintisinə başlanıldı, 
cəmi bir il sonra isə bərpa və tikinti işləri başa çatdırıldı.
Fəaliyyətinin ilk günlərindən beynəlxalq aləmdə böyük nüfuz 
qazanan Şeyxülislam Allahşükür Paşazadə 1983-cü ildə İordani-
ya İslam Mədəniyyəti Kral Akademiyasının müxbir üzvü seçilir. 
Hazırda  Ümumdünya  İslam  Konqresi  Rəyasət  Heyətinin 
üz vü olan Şeyxülislam həzrətləri həm də Qafqaz Müsəlmanları 
İda rəsi Qazılar Şurasının sədridir. 
Qafqaz  xalqlarının  sülhməramlı  niyyətlərinin  tərəfdarı  və 
mü dafiəçisi olan Hacı Allahşükür Paşazadə 1986-cı ildə Bakıda 
keçirilən “Müsəlmanlar sülh uğrunda mübarizədə” Beynəlxalq 
İslam Konfransının təşəbbüskarı və onun daimi fəaliyyət gös-
tərən Beynəlxalq Komissiyasının sədridir.


122                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Şeyxülislam Allahşükür  Paşazadə  1987-ci  ildə  Moskvada 
ke çirilən “Nüvə  silahsız  dünya,  bəşəriyyətin  xilası  uğrunda” 
Bey nəlxalq Forumun təşəbbüskar qrupunun başçısı və həmsədri 
olmuşdur. O, 1988-ci ildə sülhsevər fəaliyyətinə görə SSRİ-nin 
“Xalqlar dostluğu” ordeni ilə təltif edilmişdir.
1989-cu ildə SSRİ Ali Sovetinin xalq deputatı seçilən Şey-
xülislam Allahşükür Paşazadə 1990 - 1995-ci illərdə Azərbaycan 
Respublikası Ali Sovetinin deputatı, 1991-ci ilə qədər isə SSRİ 
Sülhü Müdafiə Komitəsinin üzvü olmuşdur.
1991-ci  ildə  keçmiş  sovet  respublikaları  arasında  Azər-
bay canın İslam Konfransı Təşkilatına birinci olaraq üzv qəbul 
olun masında Şeyxülislam Allahşükür Paşazadənin şəxsi təşəb-
bü sünün böyük rolu olmuşdur.
Şeyxülislamlıqla yanaşı, elmi fəaliyyətini də davam etdirən 
Ha cı Allahşükür Paşazadə 1992-ci ildən tarix elmləri doktoru 
el  mi adını daşıyır, şərqşünas alim olaraq ərəb, fars, rus, puştu, 
türk və özbək dillərini mükəmməl bilir.
Şeyxülislam həzrətləri 1994-cü ildə Azərbaycan Respubli-
kasının “Şöhrət”, 1999-cu ildə “İstiqlal” ordenləri ilə təltif edil-
miş, 2001-ci ildə Rusiyanın I dərəcəli “Müqəddəs Vladimir” və 
Gür cüstan Respublikasının “Şərəf” ordenlərinə layiq görülmüş-
dür. 
Qafqaz müsəlmanlarının 2003-cü ildə keçirilmiş XI Qurul-
tayında ömürlük şeyxülislam seçilən Hacı Allahşükür Paşazadə 
bundan bir il sonra Müstəqil Dövlətlər Birliyi ölkələrinin Din-
lər arası Sülhyaratma Şurasının fəxri həmsədri də seçilmişdir.
Şeyxülislam Allahşükür Paşazadə Ümumdünya İslam Kon-
qresi, Ümumdünya Xalq Rəhbərliyi, Ümumdünya Sülh Şurası, 
Avrasiya İslam Şurası, “Vicdana çağırış” Beynəlxalq Fondu və 
bir  sıra  digər  beynəlxalq  təşkilatların  rəyasət  heyətlərinin  üz-
vüdür.
Dini-ictimai xadim kimi beynəlxalq aləmdə malik olduğu bö-
yük nüfuzdan istifadə edərək Şeyxülislam Allahşükür Paşazadə 
Azərbaycan həqiqətlərini, Qarabağ probleminin mahiyyətini ta-
nınmış din və dövlət liderləri ilə yüksək səviyyəli görüşlərində, 


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə