Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə42/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   38   39   40   41   42   43   44   45   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              129
20  Yanvar  şəhidlərinin  Dağüstü  Parkda  dəfn  mərasiminə 
həsr  edilmiş  mitinqdə  Şeyxülislam  həzrətləri  xalqa  müraciət 
edə rək deyirdi: “Xalqımız üç gündür ki, matəm içindədir. Xal-
qın matəmi onun təhqirə qarşı qəzəbi, etirazı və nifrətinin ifa-
də sidir. Mən sizin hüzurunuzda bütün Azərbaycan xalqının ira-
dəsini ifadə edərək qoşunların Bakıdan təxirəsalınmadan çıxa-
rılmasını tələb edirəm”.
87
Ölkənin ağır günlərində xalqın önünə çıxaraq bütün ağırlığı 
çiyinlərinə götürən Şeyxülislam Allahşükür Paşazadə 20 Yanvar 
faciəsində bir ictimai lider, xalqın ürəyindəki sözlərin ifadəçisi 
və təcavüzə qarşı üsyan edən xalqın haqq səsiydi.
Sovet qoşunları Azərbaycandan tez bir zamanda çıxarılmasa 
da hadi sə lərin sürətli inkişaf etməsi nəticəsində Qırmızı imperi-
yanın da yaqları buz kimi əriməkdə idi. Çox keçmədi ki, Pribal-
tika res publikaları öz müstəqilliklərini elan etdilər, Azərbaycan 
xalqı bü tün dünyada ən mübariz xalq kimi tanındı, bir il sonra 
isə - 1991-ci ildə SSRİ tamamilə süqut etdi.
Faciə günlərində Şeyxülislam həzrətlərinin söylədiyi söz lər 
minlərin, milyonların ürəyində özünə yer tapdı. Uzun il lər dən 
sonra,  nəhayət  Şeyxülislam  Allahşükür  Paşazadə  öz  cə sa rəti, 
qətiyyəti, elmi, fərasəti, müdrikliyi və ağlı ilə Qafqaz Mü səl-
man ları İdarəsinin əvvəlki qüdrətini özünə qaytardı.
Şeyxülislam  həzrətləri  müsəlman  həmrəyliyi  prinsipindən 
çıxış  edərək  qardaş  İraq  dövlətinin  dünyadan  təcrid  edildiyi, 
blokada şəraitində olduğu çətin məqamlarda bu ölkəyə humani-
tar yardımların çatdırılmasına nail olmuş, İraq xalqının yaşamaq 
hüququnun, sivilizasiyanın beşiyi sayılan bu ərazilərdə yerləşən 
müqəddəs ziyarətgahların, qədim tarixi abidələrin hifz olunması 
üçün dəfələrlə beynəlxalq təşkilatlar və dünya dövlət başçılarına 
müraciətlər etmişdir.
Çeçenistan Respublikasına səfər edən Şeyxülislam Allahşü-
kür  Paşazadə  çeçen  xalqının  müstəqilliyi  və  azadlığı  uğrunda 
mübarizə  aparan  Şeyx  Şamilin  heykəli  qarşısında  dayanaraq 
bunları söyləyir: “O xalq Allah və bəşər qarşısında azaddır ki, 
87 
Həmin mənbə.


130                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
onun istiqlaliyyət və müstəqilliyi var. İmperiya dağıldı. Bu, onun 
ərazisində yaşayan xalqlara tarixi bir imkan verdi – öz mənəvi 
dəyərlərinə malik olma imkanı. Bir-birinə yardımçı olmaqla bu 
imkandan millətinizin, torpağınızın mənafeləri naminə istifadə 
etməyinizdə bir olan Allah sizə yardımçı olsun!”
88
1994-cü ildə Çeçenistanın paytaxtı Qroz  nı şəhərində “Ümum-
qafqaz Evi” ideyasının reallaşdırılma sı məqsədi ilə görüş keçirilir. 
Bu ideyanı həyata keçirməklə Qafqaz xalqla rının mənafelərini 
qorumaq və Qafqazda münaqişələrə son qoy maq mümkün idi. 
“Dəyirmi masa” arxasında təşkil edilən gö rüş də Qafqazın bütün 
dövlətləri və konfederasiya rəhbərləri, gör  kəmli din xadimləri 
və üləmaları iştirak edirlər.
Qafqaz xalqlarının problemlərini müzakirə edən “Dəyirmi 
masa” 9 bənddən ibarət bəyannamə qəbul edir. Həmin bə yan-
namədə deyilir:
- Qafqaz Xalqları və Dövlətləri Konfederasiyasının yaradıl-
ması zəruri hesab edilsin;
-  Beynəlxalq  hüquq  prinsiplərinə,  xalqların  özünü  ida rə-
etmə  hüquqlarına,  bir-birlərinin  daxili  işlərinə  qarışmamaq, 
in san hüquq və azadlıqlarına riayət etmək prinsiplərinə sadiq 
qa lınsın;
- Öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan Qaf-
qaz xalqları müdafiə edilsin;
- Bütün mübahisəli məsələlər ədalət və humanizm prin sip-
lərinə sadiqliklə, dinc vasitələrlə həll edilsin;
- Qafqazın vahid təhlükəsizliyinin vahid sistemi yaradılsın;
- Qeyri-Qafqaz dövlətlərinin bütün silahlı qüvvələrinin Qaf-
qaz ərazisindən çıxarılması zəruri hesab edilsin;
- “Qafqaz Evi” çərçivəsində Qafqaz Ali Dini Şurası yaradıl-
sın;
- Məsləhət Şurası, onun daimi fəaliyyət göstərən bürosu və 
Qafqaz Vahid İnformasiya Mərkəzinin yaradılması bəyan edil-
sin.
89
88 
Həmin mənbə, səh. 166.
89 
Həmin mənbə, səh. 167.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              131
Bəyannamənin yekdilliklə qəbul olunmasından sonra Çeçe-
nistan müftisi Məmmədhüseyn Aslanbəyovun təklifi ilə Azər-
baycan, Gürcüstan, Dağıstan, Kabarda-Balkar, Çeçenistan, İn-
quşetiya, Qaraçay-Çərkəz və Adıgeyin din xadimləri tərəfindən 
Şeyxülislam  Allahşükür  Paşazadə  Qafqaz  Xalqları  Ali  Dini 
Şurasının sədri vəzifəsinə seçilir. Bu arada qeyd etmək yerinə 
düşər ki, Şeyxülislam həzrətləri Çeçen-İçkeriya Respublikası-
nın Milli qəhrəmanı və Qroznı şəhərinin fəxri vətəndaşıdır.
Daim  çeçen  xalqının  azadlıq  mübarizəsini  bütün  dünyada 
mü dafiə  edən  Şeyxülislam Allahşükür  Paşazadə  iştirak  etdiyi 
tədbirlərdə,  görüşlərdə  və  konfranslarda  onların  haqq  savaşı 
haq qında ətraflı məlumat vermiş və Rusiyanın işğaçılıq si ya sə-
tini hər zaman pisləmişdir.
Hacı  Allahşükür  Paşazadənin  Qafqaz  Şeyxülislamı  ola-
raq  fəaliyyətində  mühüm  istiqamətlərdən  biri  bölgədə  sabitli-
yin yaradılması istiqamətində sülhyaratma missiyası olmuşdur. 
Ötən əsrin 90-cı illərində sovetlər birliyinin çökməsindən son-
ra  Qafqazın  qaynar  bölgələrindən  birinə  çevrilmiş  Çeçenistan 
və  İnquşetiyada  gərginliyin  azaldılması  yönündə  Şeyxülislam 
həzrətlərinin gördüyü işlər həmin bölgənin vətəndaşları, habelə 


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə