Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə45/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   41   42   43   44   45   46   47   48   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              139
Şeyxülislam  Allahşükür  Paşazadə  1980-ci  ildən  etibarən 
Qaf q az  Müsəlmanları  İdarəsinin  sədridir.  İdarənin  səlahiyyət 
dairə si Azərbaycan, Gürcüstan, Dagıstan, Çeçenistan, İnquşeti-
ya, Qaraçay-Çərkəz, Kabarda-Balkar, Adıgey və Şimali Oseti-
ya-Alaniyanı əhatə edir.
Qafqaz Müsəlmanları İdarəsinin ali orqanı Qafqaz müsəl-
man larının Qurultayıdır. Qafqaz müsəlmanlarının XII Qurultayı 
2009-cu ilin 12 avqustunda Bakıda keçirilmişdir.
Şeyxülislam Allahşükür Paşazadə Qafqaz müsəlmanlarının 
29  iyul  2003-cü  il  tarixində  keçirilmiş  XI  Qurultayında  yek-
dilliklə ömürlük sədr - şeyxülislam seçilmişdir.
Şeyxülislam  Allahşükür  Paşazadə  2003-cü  ildən  -  MDB 
Din  lərarası Şurasının yarandığı zamandan etibarən bu qurumun 
həm  sədridir. Digər həmsədr Rus Pravoslav Kilsəsinin başçısı, 
mər hum  Patriarx  II Aleksi  olmuşdur.  Hazırda  qurumun  digər 
həm sədri Moskva və Bütün Rusiya Patriarxı Kirilldir.
Qurumun təşəbbüs və himayəsi ilə Beynəlxalq Sülhyaratma 
Forumu (2004, Moskva), dünya dini liderlərinin Moskva (2006) 
və Bakı (2010) Sammitləri gerçəkləşmişdir.
90
Qafqaz Xalqları Ali Dini Şurası 1993-cü ildə Qroznıda təsis 
edilmişdir. Yaradılma ideyası Şeyxülislam Allahşükür Paşazadə 
tərəfindən irəli sürülən Şura Qafqazda yaşayan müsəlman, xris-
tian və yəhudi dininə mənsub olanların birgə təmsil olunduğu 
mö təbər qurumdur. Şeyxülislam Allahşükür Paşazadə Şuranın 
yarandığı andan bugünədək sədridir. 
Qurumun vaxtaşırı Qafqazın müxtəlif bölgələrində hesabat 
toplantıları keçirilir. Sonuncu belə toplantı 2011-ci ilin 21 de-
kabrında Bakı şəhərində keçirilib.
Şeyxülislam  Allahşükür  Paşazadə  2009-cu  ilin  iyulunda 
Moskvada təsis olunmuş MDB Müsəlmanları Məşvərət Şurası-
nın, həmçinin QMİ Qazılar Şurasının sədridir.
90
 http://qafqazislam.com.


140                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
2.2. Şeyxülislam Hacı Allahşükür Paşazadənin  
elmi yaradıcılığı
Şeyxülislam Allahşükür  Paşazadənin  elmi  fəaliyyəti  də  di-
ni və ictimai fəaliyyəti ilə vəhdət təşkil edir. Onun bir çox əsər-
lərində Qafqazda İslam mövzusu öz əksini tapmışdır. Şey xülislam 
həzrətləri İslam tarixi, İslam mədəniyyəti tarixi sa hə sin də öz dəsti-
xətti olan, yeni bir istiqamətin əsasını qoyan təd qi qatçıdır. Onun 
əsərləri  islamşünaslıq,  İslam  mədəniyyəti  və  İs lam  fikri  tarixi, 
İslamda təfsirçiliyin tarixi, Qurani-Kərimin təf siri və tərcüməsi 
tarixinə dair tədqiqatlara təsir göstərmiş və gös tərəcəkdir. 
1998-ci  ilin  dekabrında  Bakıda  “İslam  sivilizasiyası  Qaf-
qazda” mövzusunda keçirilmiş Beynəlxalq Simpoziumda Azər-
bay canı  təmsil  edən  iştirakçıların  bir  çoxu  öz  məruzələrində 
Şeyxülislam həzrətlərinin əsərlərinə də istinad etmişlər.
91
Şeyxülislam Allahşükür Paşazadə “Qafqazda İslam” əsə rində 
elmlə dinin vəhdəti məsələsinə toxunaraq yazır: “Respublikamız-
da xalqımızın ictimai fikir və fəlsəfəsi, tarix və mə  dəniyyətinin 
öyrənilməsi sahəsində aparılan tədqiqatlarda İs lam çox vaxt na-
haqdan, əsası olmadan geriçillik meyli ilə əla  qələndirilir, onun 
ümummədəni və əxlaqi dəyərləri heçə en di rilirdi. Yaradıcı fikir 
dühalarının əzəməti, nəhəngliyi, gör kə m liliyi əksər hallarda İsla-
ma qarşı çıxıb-çıxmamaları ilə öl çü lür dü. Unudulurdu ki, əsrlər 
boyu xalqın ictimai fikrini, mədəni ənə nələrini, yüksəlişini, bir-
liyini din müəyyən etmişdir, elmin, maarifin, təhsilin ziyası dini 
mədrəsələrdən işıq saçmışdır. Din də baş verən donuqluğa, dur-
ğunluğa qarşı mübarizə heç də dinə qarşı mübarizə demək deyil-
dir. Dində ehkamçılığa, atil li yə, öl  günlüyə qarşı Peyğəmbər (s) 
da mübarizə aparıbmış. Mə də niy  yət tarixində dinin yerini dan-
maq isə tarixin özünü danmaq deməkdir.
Mənəvi-mədəni  irsə  etinasız  münasibət  təəssüf  doğuracaq 
haldır və bu etinasızlıq xalqı öz tarixi yaddaşını itirməyə doğru 
sürükləyə  bilər.  Xalqın  tarixi  varlığının  bir  hissəsi  kimi  dinin 
mənasına gəldikdə isə deyə bilərəm ki, İslam təkcə dindarların 
91 
İslam sivilizasiyası Qafqazda. Beynəlxalq Simpozium, Bakı, Azərbaycan Res pub -
likası, 9-11 dekabr 1998. Tezislər.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              141
şüurunda əhatəli dünyagörüşü, onların həyat tərzini və davra-
nış qaydalarını müəyyən edən əsas deyil, həm də bu gün dinə 
münasibətindən  asılı  olmayaraq  bütün  həmvətənlərimiz  üçün 
əzəmətli bir mənəvi ənənə, misilsiz mənəvi təcrübədir ki, onsuz 
xalqın  mədəniyyətini,  mədəniyyət  tarixini  tam  dolğunluğu  ilə 
dərk etmək mümkün deyildir”.
92
İslamın təşəkkül tapması ilə ictimai, mədəni, mənəvi həyatda 
baş verən tərəqqini, o cümlədən elmin inkişafı üçün yaranan im-
kanları Qafqaz müstəvisində təhlil edən Şeyxülislam həzrətləri 
yazır: “İslamın Qafqazda yayılması və bu ərazidə yerləşən bəzi 
ölkələrin xilafətin tərkibində birləşdirilməsi uzunmüddətli siya-
si sabitlik üçün şərait yaratdı. Şəhər mədəniyyəti inkişaf etdi, 
müsəlman  şəhərləri  siyasi  və  mədəni  mərkəzlərə  çevrildilər... 
İqtisadiyyatın sürətli inkişafı coğrafiya, riyaziyyat, həndəsə, tə-
ba bət,  nücum  elmləri  sahələrində  əldə  edilmiş  biliklərin  daha 
da  dərinləşdirilməsi  zərurətini  ortaya  atdı.  Elmlərin  yüksəlişi 
ümummədəni səviyyənin artması üçün zəmin yaratdı. Fəal mə-
dəni  həyatın  təşkiledici  mərkəzləri  məscidlər  və  məscidlərin 
nəz dində fəaliyyət göstərən mədrəsələr idi. Burada elmi, təbii, 
dini və fəlsəfi tədqiqatlar aparılırdı”.
93
İslamın yayılması sayəsində təşəkkül tapmış yeni müsəlman 
mədəniyyəti elmə misli görünməmiş maraq oyatmışdı. Qurani-
Kərimin  özü  də  “bilənləri”  “bilməyənlərdən”  üstün  tutmaqla 
müsəlmanları elmə, biliyə yiyələnməyə həvəsləndirirdi. Həzrət 
Peyğəmbər (s) öz hədisi-şəriflərində dərrakə ilə hərəkət etməyi, 
elm yolunda hər cür məşəqqətə dözməyi tövsiyə edirdi. “Allahın 
ilk xəlq etdiyi şey əqildir”, yaxud “Çində də olsa, elmi axtarın” 
kəlamları Peyğəmbərin (s) belə hədislərindəndir. Həzrət Əli ibn 
Əbu Talib (ə) Kümeyl ibn Ziyad ən-Nəxəi ilə söhbətində elmə 
belə qiymət verir: “Elm mal-dövlətdən yaxşıdır: elm səni qoru-
yur, mal-dövləti isə sən qoruyursan; mal-dövlət xərcləndikcə 
azalır, elmi isə işlətdikcə artır”.
94
92 
Hacı Allahşükür Paşazadə. Qafqazda İslam. Bakı-1991, səh. 9.
93 
Həmin mənbə, səh. 106.
94 
Həmin mənbə, səh. 113-114.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə