Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə48/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   44   45   46   47   48   49   50   51   ...   83

148                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Qaf qazda sülhün bəqrərar olmasında, Qafqaz xalqları arasında 
meh ribanlıq,  əmin-amanlıq  yaradılmasında  böyük  əhəmiyyətə 
malikdir. 
Bəyannamədə deyilir: “Bu gün xalqlarımız öz həqiqi döv-
lət çiliklərini yaratmaq prosesində yeni tarixi şəraitdə yaşamağı 
öyrənirlər. Təəssüf ki, xoşbəxt gələcək quruculuğu üçün möhkəm 
sülh əsaslarının qoyulmasına maneçiliklər törədilir. Üç Qafqaz 
dövlətinin dini başçılarının, habelə bütün maraqlı tərəflərin din 
xadimlərinin iştirakı ilə konfrans keçirilməsinə lüzum vardır və 
biz bu təkliflə çıxış edirik. Ulu Tanrıdan xalqlarımıza xoşbəxtlik 
arzulayaraq  bəyan  edirik  ki,  gürcü  və Azərbaycan  xalqlarının 
dinc, əmin-amanlıq şəraitində yaşamaları üçün bütün səylərimizi 
birləşdirəcəyik”.
1997-ci il oktyabr 
İndoneziyanın  paytaxtı  Cakarta  şəhərində  keçirilən  İslam 
Konfransı Təşkilatının Vəqf Nazirlərinin VI Beynəlxalq Konf-
ransında  iştirak  edən  Qafqaz  Müsəlmanları  İdarəsinin  sədri, 
Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətləri Azərbaycanın 
ümdə problemləri, qaçqınların və məcburi köçkünlərin vəziyyəti 
ba rədə ətraflı çıxış edir. Bütün bunları nəzərə alan konfrans mü-
səlman  ölkələrində  yoxsulluğun  aradan  qaldırılması  ilə  bağlı 
mü hüm qərarlar qəbul edir.
1998-ci il 30 sentyabr 
Bakıda  təşkil  olunan  Qafqaz  müsəlmanlarının  X  Qurulta-
yından sonra “Müasirlik və dini mənəvi dəyərlər” mövzusunda 
Beynəlxalq Konfrans keçirildi. Konfransda Qafqaz, Orta Asiya 
və Pribaltika ölkələrinin, eləcə də Rusiya və Ukraynanın dini 
rəhbərləri çıxış edərək öz fikirlərini bildirdilər. İki saatlıq he-
sabat məruzəsi ilə çıxış edən Şeyxülislam Allahşükür Paşazadə 
həzrətləri  də Azərbaycanın  ümdə  problemlərinə  toxundu.  Elə 
Qafqaz müsəlmanlarının X Qurultayının çağırılması və ke çi ril-
məsindən  də  məqsəd Azərbaycan  həqiqətlərini dünyaya  tanıt-
maqdan ibarət idi.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              149
Qurultayda çıxış edən Çeçenistan nümayəndəsi Hacı Əhməd 
Ka dırov Çeçenistan Başçısı Aslan Məshədovun fərmanını oxu -
maqla  Şeyxülislam  həzrətlərinin  “Koman  turpal”  (Milli  qəh-
rəman) ordeni ilə təltif edildiyini elan edərək ordeni və üzə rində 
mərhum  Cövhər  Dudayevin  portreti  toxunulmuş  xalçanı  ona 
təqdim etdi. 
2012-ci il 26 Aprel
“Gülüstan” sarayında dünya dini liderlərinin ikigünlük Bakı 
Sammiti işə başladı. Azərbaycan Prezidenti İlham Əliyev və xa-
nımı Mehriban Əliyeva Sammitin açılış mərasimində iştirak et-
dilər.
Sammitə dünyanın 33 ölkəsindən ənənəvi dünya dinlərini 
təmsil edən 200-dən çox yüksək səviyyəli nümayəndə, həmçinin 
14 nüfuzlu beynəlxalq təşkilatın, eləcə də Rusiya Federasiyası-
nın 11 subyektinin dini rəhbərləri və nümayəndələri də qatılmış-
dılar. Sammitin iştirakçıları əvvəlcə rəsmi foto çəkdirdilər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allah-
şükür Paşazadə həzrətləri Sammiti açaraq dedi:
“Allahın adı ilə!
Zati-aliləri, Azərbaycan  Respublika sı nın  Prezidenti  cənab 
İl ham Əliyev!
Zati-müqəddəsləri, Patriarx həzrətləri!
Möhtərəm din xadimləri!
Əziz Sammit iştirakçıları!
Çox hörmətli Mehriban xanım!
Uca  Yaradanımızın  adı  ilə  dünya  dini  liderlərinin  Bakı 
Sam mitini açıq elan edir, Zati-müqəddəsləri patriarxları, müfti 
həzrətlərini, dini-mənəvi rəhbərləri, həmçinin dəyərli qonaqları 
bu tarixi tədbirdə səmimi-qəlbdən salamlayıram. Qoy Uca Yara-
dan bugünkü qardaşlıq məclisimizə uğur bəxş etsin!
Dinlərarası dialoqa dair mühüm əhəmiyyətli tədbirin Bakı-
da baş tutması şübhəsiz ki, Azərbaycanın müstəqillik tarixində 
ol duqca  dəyərli  və  unudulmaz  bir  hadisədir.  Belə  bir  mühüm 
və  möhtəşəm  tədbirin  Bakıda  keçirilməsi Azərbaycan  xalqına 


150                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
və dövlətimizin başçısına beynəlxalq aləmdə hörmət və etima-
dın  ifadəsidir.  Tədbirin  Azərbaycanda  keçirilməsi  ideyasına 
vaxtilə ilk xeyir-dua verən məhz Ulu Öndərimiz Heydər Əliyev 
həzrətləri olmuşdur.
Məclisimizə təşrif gətirmiş Heydər Əliyev Fondunun pre-
zidenti, YUNESKO  və  İSESKO-nun  xoşməramlı  səfiri,  Milli 
Məclisin deputatı Mehriban xanım Əliyevanı da salamlayırıq. 
Bu əhəmiyyətli gündə Sammitin iştirakçıları Azərbaycan Res-
publikasının  Prezidenti,  möhtərəm  İlham  Əliyev  həzrətlərini 
din ləmək istərdi”.
Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı:
“Hörmətli Şeyx həzrətləri!
Hörmətli Zati-müqəddəsləri!
Hörmətli din xadimləri!
Xanımlar və cənablar!
Əziz qonaqlar!
Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamla yı-
ram. Azərbaycana xoş gəlmisiniz. Dünya dini liderlərinin Ba kı 
Sammiti  çox  böyük  əhəmiyyətə  malik  olan  bir  hadisədir. Tə-
sadüfi deyildir ki, bu görüş məhz Bakıda keçirilir. Bakıda dün-
ya  dini  liderlərinin  görüşləri  artıq  ənənəvi  xarakter  almışdır. 
Əsrlər boyu Azərbaycanda müxtəlif millətlər, müxtəlif dinlərin 
nümayəndələri  dostluq,  qardaşlıq  şəraitində,  bir  ailə  kimi  ya-
şamışlar. Azərbaycanda dini və milli dözümlülüyün çox böyük 
və şərəfli bir tarixi vardır. Biz çox şadıq ki, son vaxtlar Bakı-
da  sivilizasiyalararası  dialoqun  gücləndirilməsi  işinə  bö yük 
töhfə  verən  mötəbər  beynəlxalq  tədbirlər  keçirilir.  Biz  ke çən 
ilin  noyabr  ayında  dini  dialoqun  gücləndirilməsi  üçün  bö yük 
tədbir keçirmişdik. Azərbaycanın böyük dostu, Zati-mü qəd dəs-
ləri, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill bu gün ol du-
ğu kimi, o tədbirdə də iştirak etmişdir. Bu, çox böyük və gö-
zəl göstəricidir. Bu gün bütün dinlərin nümayəndələrinin, rəh-
bərlərinin Azərbaycana gəlməsi, dünən, bu gün və sabah bir lik-


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə