Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə51/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   47   48   49   50   51   52   53   54   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              157
uyğunluqların pozulması ilə əlaqələndiririk və hesab edirik ki, 
cəmiyyətlər  Uca Yaradanın  mənəvi  dəyərlərindən  uzaqlaşdıq-
ca  bəşəri  fəlakətlərə  yaxınlaşır.  İndi  qarşımızda  duran  qlobal 
problemlərin hər biri İlahi mənbəyə müraciətin vacibliyini bir 
daha təsdiqləyir: bioetika pozuntuları – süni demoqrafik artıma, 
istehsal sahələrinin azalması - iqtisadi böhrana, enerji resursları-
nın istismarı - ekoloji fəlakətlərə, mənəvi dəyərlərin ucuzlaşma-
sı isə – ailə və cəmiyyətlərin dağılmasına gətirib çıxara bilər. İn-
san hüquqlarının pozulması, narkotik maddələrin və digər uyuş-
durucu vasitələrin yayılması, kosmosa nəzarət, nüvə terrorizmi, 
kütləvi qırğın silahlarının bəşəriyyət üzərində tətbiqi hamımı-
zı  çox  ciddi  narahat  edir.  Biz  din  xadimləri  fövqəldövlətlərin 
nüvə tərk-silahı istiqamətində atdıqları addımları bəyənirik. He-
sab edirik ki, əgər bu fəlakətlərə qarşı mübarizədə dini liderlər 
öz  nüfuzlarından,  elm  adamları  təcrübi  biliklərindən,  dövlət 
rəhbərləri  ölkələrinin  rifahı  naminə  mütərəqqi  əməkdaşlıqdan 
istifadə  etməsələr  sabah  tarix  və  bəşəriyyət  qarşısında  cavab 
verəcəklər.
Planetimizin müxtəlif guşələrində - Fələstində, Əfqanıstan-
da,  İraqda  və  bizim  Qafqaz  regionunda  terror  aktlarının  baş 
verməsi, bu halın qlobal xarakter alması da bizi narahat etməyə 
bilməz. Heç bir din terror, zor və təcavüzə haqq qazandırmır. 
Dini şüarlardan günahsız dinc əhalinin qətlə yetirilməsi, terror 
və vandalizm aktları üçün istifadə edənlər Vahid Yaradanımız 
qarşısında ağır günah işlətmiş olurlar. Unutmaq olmaz ki, Uca 
Yaradanın göndərdiyi dinlər insan həyatına qəsdi bütün insanlı-
ğa qarşı qəsd kimi dəyərləndirir.
Konfessiyalararası dialoqun gücləndirilməsi, xalqlarımızın 
və  cəmiyyətlərimizin  tolerantlıq  və  qarşılıqlı  hörmət  ruhunda 
tərbiyə edilməsi din xadimlərinin ümdə vəzifəsi olmalıdır. Bir 
ali həqiqət heç zaman unudulmamalıdır ki, bizləri bəşər ailəsinin 
üzvləri  kimi  birləşdirən,  bir-birimizə  bağlayan  dəyərlər,  bizi 
fərqləndirən, ayıran amillərdən qat-qat möhkəm, dərin və mü-
hümdür. Dövlətlərin ərazi bütövlüyünə və təhlükəsizliyinə zidd 
olan ekstremist, radikal və separatçı qüvvələrə qarşı din xa dim-


158                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
ləri hər zaman vahid mövqedə olmalıdırlar. Biz əminik ki, fiziki 
və mənəvi təcavüz planlarının qarşısını yalnız dövlətlərin, icti-
mai və dini birliklərin birgə fəaliyyəti sayəsində almaq olar. Çox 
təqdirəlayiq haldır ki, bu gün bu istiqamətdə ardıcıl fəaliyyətin 
önündə zəmanəmizin görkəmli din xadimi, Rus Pravoslav Kil-
səsinin başçısı, Moskva və Bütün Rusiyanın Patriarxı, Zati-mü-
qəddəsləri Kirill həzrətləri dayanır.
Möhtərəm Kirill həzrətlərinin dini tolerantlıq və qarşılıqlı 
əməkdaşlıq  sahəsindəki  xidmətləri  danılmaz  tarixi  həqiqətdir. 
2006-cı ildə dünya din xadimlərinin Moskva Sammitində qəbul 
olunmuş Yekun qərara əsasən, BMT ilə əməkdaşlıq çərçivəsində 
birgə işlərin görülməsi, fəaliyyətimizin əlaqələndirilməsi gün-
dəm dədir. Hazırda BMT yanında Dini Məşvərət Şurasının yara-
dılması və ilkin mərhələdə YUNESKO yanında dinlərarası dia-
loq üzrə yüksək səviyyəli Təşəbbüs Qrupunun fəaliyyəti mə sə-
lələri artıq reallaşmışdır.
Bu  gün  bütün  problemlərin  fövqündə  duran  sülh  proble-
minin həm qlobal, həm də lokal miqyasda həllində dövlətlərin, 
hökumətlərin,  ictimai  və  dini  qurumların  birgə  əməkdaşlığı 
səmərəli nəticə verə bilər. Burada əyləşənlərin əksəriyyəti Qaf-
qaz regionunun həllini tapmayan problemlərindən, o cümlədən 
Azərbaycanın Qarabağ mücadiləsindən xəbərdardır. İyirmi ildən 
artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır və 
biz Ermənistan dövləti ilə hərbi münaqişəni sülh yolu ilə aradan 
qaldırmaq üçün səy göstəririk. Bu illər ərzində Eçmiədzinlə bi-
zim görüşlərimizin vasitəçisi və təşkilatçısı əsasən Rus Pravos-
lav Kilsəsi, daha sonra Gürcü Pravoslav Patriarxiyası və Dünya 
Kilsələr Şurası olmuşdur. Bu görüşlərimiz müəyyən konstruktiv 
nəticələr versə də bu gün yenə bu istiqamətdə yeni fəaliyyətlərə, 
yeni danışıqlara ehtiyac vardır. Biz öz tərəfimizdən buna razıyıq, 
çünki sülh Allah-Təalanın bizə əmanət etdiyi elə bir nemətdir ki, 
onun yolunda atılan addımın özü də bir savabdır.
Mən bu gün bəzi çətinliklərə baxmayaraq dəvətimizi qəbul 
edən zati-müqəddəsləri, erməni Patriarx-katolikosu II Qareginin 
Sammitimizdə iştirakını sülh yolunda atılan önəmli əməl kimi 


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              159
də yərləndirirəm və Katolikos həzrətlərini bu istiqamətdə daha 
fəal münasibətə, həm birbaşa, həm də vasitəçilik yolu ilə qar-
şılıqlı ünsiyyətin bərpasına dəvət edirəm. Hesab edirəm ki, bu 
gün Qarabağın, eləcə də Qafqazın bütün münaqişə bölgələrinin 
problemləri ədalətli sülh yolu ilə, beynəlxalq hüquq prinsiplərinə 
uyğun olaraq ərazi bütövlüyü və qarşılıqlı anlaşma çərçivəsində 
həll oluna bilər.
Hörmətli qonaqlar, möhtərəm din xadimləri!
Tolerantlıq Azərbaycan xalqının və dövlətinin həqiqi milli-
mənəvi  dəyəridir.  Bu  Sammitin  keçirilməsi  üçün  müstəqil 
Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəz seçilməsi də dini 
və  milli  demokratiyanın  ölkəmizdə  bərqərar  olmasının  gös tə-
ricisidir. Biz əminik ki, Bakı Sammiti ölkələrimizin və regionu-
muzun  tarixində  yeni  bir  mərhələnin  başlanğıcı  olacaqdır.  O, 
millətlərarası və dinlərarası münasibətlərin davamlı inkişafına 
xidmət edəcəkdir.
Bir daha hamınıza təşəkkür edir, məclisimizin işinə uğurlar 
ar zulayıram. Bu ali məclisin ərsəyə gəlməsində xüsusi diqqət 
və  qayğısına  görə  Azərbaycan  Respublikasının  Prezidenti, 
Zati-aliləri,  cənab  İlham  Əliyevə  minnətdarlığımı  bildirirəm. 
Həm çinin, bizimlə birgə böyük əmək sərf etmiş, mənəvi dəs-
tək olmuş əziz qardaşım, Zati-müqəddəsləri, Patriarx Kirill həz-
rətlərinə,  Bakı  Sammiti  üçün  köməyini  əsirgəməyən  şəxslərə 
tə şəkkürlərimi çatdırır və bütün qonaqlarımıza xeyir-dualar di-
ləyirəm”.
Sonra  Moskva  və  Bütün  Rusiyanın  Patriarxı  Kirill  çıxış 
edə rək dedi:
“Zati-aliləri, möhtərəm cənab Prezident!
Çox hörmətli Şeyxülislam Allahşükür Paşazadə!
Hörmətli dini liderlər və Sammitin qonaqları!
Bu ali yığıncağın iştirakçılarını salamlamağa şadam. Çıxışı-
mın əvvəlində Sammiti hər cəhətdən dəstəklədiyinə görə Azər-
baycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə 
təşəkkürümü  bildirmək  istəyirəm.  MDB  Dinlərarası  Şuranın, 
ilk növbədə, qonaqpərvər ev sahibi, Qafqaz Müsəlmanları İda-


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə