Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə49/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   45   46   47   48   49   50   51   52   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              151
də keçirilən və keçiriləcək müzakirələrdə iştirak etmələri böyük 
əhə miyyətə malik olan bir hadisədir.
Mən  şübhə  etmirəm  ki,  bu  görüşün  çox  gözəl  nəticələri 
ola caq, dinlər, millətlər və ölkələr arasında daha da yaxşı an-
laş  manın  əldə  edilməsinə  xidmət  göstərəcəkdir.  Buna  böyük 
eh  tiyac vardır. Bir daha vurğulamaq istəyirəm ki, biz Bakının, 
Azər baycanın dinlərarası dialoqun bir növ mərkəzinə çev ril mə-
sinə də çox böyük ümidlərlə baxırıq. Bir tərəfdən, bunu Azər-
bay canda dini və milli zəmində vəziyyətin çox yaxşı olmasının 
təzahürü kimi qiymətləndiririk. Bu, bizim üçün böyük şə rəfdir. 
Digər tərəfdən, dinlərarası dialoqun praktiki nöqteyi-nə zərdən 
gücləndirilməsi işinə Azərbaycan öz töhfəsini verə bilər, verir 
və verməyə davam edəcəkdir.
Azərbaycan Avropa  ilə Asiya  arasında  təbii  bir  körpüdür. 
Əsrlər  boyu  bu  diyarda  müxtəlif  dinlərin,  millətlərin  nü ma-
yəndələri bir ailə kimi yaşamışlar. Bu gün Azərbaycanın müasir 
həyatında da bu iki vacib amil özünü göstərir. İyirmi ilə yaxındır 
ki, Azərbaycan  İslam  Konfransı Təşkilatının,  on  ilə  yaxın  isə 
Avropa  Şurasının  üzvüdür.  İslam  bizim  müqəddəs  dinimizdir. 
Biz öz dini və milli ənənələrimizə çox sadiqik. Çalışırıq ki, gənc 
nəsil də vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə alsın. Eyni 
zamanda, Azərbaycan bütün dünyaya açıq olan, bütün ölkələrlə 
əməkdaşlığa meylli ölkədir.
Keçən il Bakı İslam mədəniyyətinin paytaxtı seçilmişdi və 
bir il ərzində bununla əlaqədar çoxsaylı tədbirlər keçirilmişdir. 
Mən keçən dəfə də söyləmişdim, bu gün də söyləmək istəyirəm 
və ümid edirəm ki, gün gələcək, Bakı Avropa mədəniyyətinin də 
paytaxtı seçiləcəkdir. Beləliklə, Azərbaycan Avropa və Asiya, 
xristian və müsəlman dünyası ilə əlaqələrin inkişafı işinə daha 
da böyük töhfə verəcəkdir. 
Qeyd  etdiyim  kimi,  əsrlər  boyu  Azərbaycanda  bütün 
millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşamış-
lar, ölkəmizin inkişafına öz dəyərli töhfələrini vermişlər. Bu gün 
də bu proses uğurla davam edir. Azərbaycanda bütün azadlıqlar 
mövcud olduğu kimi, dini azadlıqlar da tam şəkildə təmin edilir. 


152                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Azər baycanda gündəlik fəaliyyət göstərən mindən çox məscid 
möv cuddur.  On  bir  kilsə,  altı  sinaqoq  və  digər  dini  məbədlər 
fəa liyyət göstərir. Bu, bizi gücləndirir.
Ölkənin  gücü  təkcə  onun  iqtisadi  imkanları  ilə  ölçülmür. 
Baxmayaraq ki, Azərbaycanda bu istiqamətdə də böyük uğurlar 
əldə edilmişdir. Bizim gücümüz milli birliyimizdə, ölkəmizdə 
hökm  sürən  hərtərəfli  sabitliyin  möhkəmlənməsində,  dini  və 
milli sülhün mövcudluğundadır. Bu amillər ölkəmizi gücləndirir. 
Bu  amillər  ölkəmizi  gələcəkdə  də  inkişaf  etdirmək  üçün  bizə 
kö mək göstərəcəkdir. 
Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Biz milli 
də yərlərimizə  çox  sadiqik.  Ümumbəşəri  dəyərləri  bölüşürük. 
Eyni zamanda, əlbəttə ki, ölkədə gedən ümumi meyillər ölkənin 
müa sirləşməsinə, modernləşməsinə xidmət göstərəcəkdir.
Bu gün Azərbaycanda işləmək və yaşamaq üçün bütün şərait 
möv cuddur: sabit ictimai-siyasi vəziyyət, artan iqtisadi imkan-
lar, bütün azadlıqların mövcudluğu, vətəndaş cəmiyyətinin for-
malaşması. Son 6 il ərzində ölkəmiz iqtisadi inkişaf baxımın dan 
dünyada  birinciliyi  saxlayır.  İqtisadiyyatımız  son  altı  ildə  2,8 
dəfə,  təxminən  300  faiz  artmışdır.  Ölkədə  köklü  sosial  prob-
lemlər  öz  həllini  tapmışdır. Yoxsulluq  şəraitində  yaşayanla rın 
sayı altı il ərzində 49 faizdən 11 faizə düşmüşdür. Bu onu gös-
tərir ki, ölkəyə gələn maddi resurslar ədalətli şəkildə bölünür. 
Sosial  ədalət  bizim  fəaliyyətimizin  əsas  istiqamətlərindən  bi-
ridir. Əlbəttə ki, ədalət, sosial ədalət hər bir dində yüksək ye-
rə malik olan bir anlayışdır. Ədalət olmadan insanlar razı ola 
bil  məzlər.  Ən  böyük  faciələrdən  biri  də  məhz  ədalətsizlikdir. 
Əda  lətsizliyin aradan qaldırılması, ölkələr, xalqlar arasında da-
ha da yaxşı münasibətlərin qurulması üçün dini liderlərin bir-
gə fəaliyyəti çox böyük əhəmiyyətə malik olan məsələdir. Biz 
Azər baycanda istəyirik ki, bölgəmizdə sülh, əməkdaşlıq təmin 
olun sun, heç bir qarşıdurma, heç bir ədavət olmasın. Azərbaycan 
döv ləti regional əməkdaşlıq baxımından öz töhfəsini verir.
Mən ümid edirəm ki, dünya dini liderlərinin birgə fəaliyyəti 
nəticəsində, dünən, bu gün və sabah qəbul olunmuş və qəbul olu-


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              153
nacaq qərarların icrası nəticəsində həm xalqlararası münasibətlər 
daha da yüksək səviyyəyə qalxacaq, eyni zamanda bölgəmiz və 
dünyamız  daha  da  əmniyyətli  olacaqdır.  Biz  elə  etməliyik  ki, 
bütün münaqişələr tezliklə öz həllini tapsın. Elə etməliyik ki, 
insanlar bir-biri ilə xoş, mehriban ünsiyyətdə olsunlar. Bu işdə 
təkcə  siyasətçilərin  fəaliyyəti  kifayət  ola  bilməz.  Cəmiyyətdə 
yük sək hörmətə malik olan dini liderlərin sözünə böyük ehtiyac 
var dır. Bu söz eşidilir. Bu gün Bakıdan səslənən sözlər, verilən 
bə yanatlar əlbəttə ki, dünyada da geniş əks-səda yaratmışdır.
Baxmayaraq  ki,  bu  görüşdə  müxtəlif  mövzular  haqqında 
fi kir mübadiləsi aparılacaq, bu gün bütün dini konfessiyaların 
nü mayəndələrinin bir masa arxasında oturması özlüyündə bö-
yük bir hadisədir. Dünən mənə verilən məlumata görə, Təzəpir 
məs cidində çox gözəl görüş keçirilmişdir. Bütün dinlərin nüma-
yəndələri bir-birinin sözlərinə qulaq asırdılar, fikir mübadiləsi 
apa rırdılar. Əlbəttə ki, bu gün də açıq, səmimi fikir mübadiləsi 
üçün çox gözəl şərait yaradılacaqdır.
Bununla bərabər, müzakirələrin mövzusunun biri də qlobal-
laşma ilə bağlı olan məsələlərdir. Bu, əlbəttə ki, dünya üçün nis-
bətən yeni bir mövzudur. Ancaq çox sürətlə yayılan bir proses dir. 
Əlbəttə ki, hər bir ölkə, hər bir xalq milli, mənəvi də yərlərinin 
qorunması üçün öz tədbirlərini görməlidir.
Azərbaycan müasir, müasirləşən, dünya birliyinə sürətlə qo-
vu şan ölkədir. Baxmayaraq ki, bizim dini, milli ənənələrimiz çox 
güclüdür, Azərbaycan  dünyəvi  dövlətdir. Təbii  ki,  qloballaşma 
prosesləri  bizdən  də  yan  keçə  bilməz.  Sadəcə  olaraq,  mən  he-
sab edirəm, biz elə etməliyik ki, qloballaşma adı altında öz milli 
dəyərlərimizi unutmayaq. Biz milli dəyərlərimizə sadiq olma lı yıq. 
Hər bir ölkə, hər bir xalq üçün onun milli dəyərləri hər şeydən üs-
tün olmalıdır. Bu dəyərlər, müxtəlif xalqların dəyərləri bir-biri ilə 
ziddiyyət təşkil etməməlidir. Ona görə biz qloballaş ma deyəndə 
Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş mü nasibətləri, dost-
luğu nəzərdə tuturuq. Qloballaşma adı altında xalqlara zidd olan, 
milli mentalitetə xas olmayan dəyərlər aşı lanmamalıdır. Hər hal-
da biz buna hazır olmalıyıq ki, milli mən liyimizi qoruyaq.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə