Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə47/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   43   44   45   46   47   48   49   50   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              145
2.3. Seyxülislam Hacı Allahşükür Paşazadənin  
siyasi fəaliyyəti
1993-cü il 25 mart 
Şeyxülislam Allahşükür Paşazadə ABŞ səfiri Riçard Mayls 
və  onun  müavini  Robert  Finni  ilə  öz  iqamətgahında  görüşür. 
Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ mü na-
qişəsi və  bu münaqişəyə ABŞ-ın münasibətinin araşdırılması 
mə  sələləri müzakirə edilir. Sonda Şeyxülislam həzrətləri ABŞ 
pre  zidenti və konqresinə ünvanladığı məktubları səfirə təqdim 
edir. Məktubda deyilir:
“Müsəlmanlar  və  xristianlar  üçün  müqəddəs  olan  İsa  (ə) 
de    mişdir: “Öldürmə, öldürən mühakimə edilməlidir”. Mü ha ri-
bənin Azərbaycan  torpağında  bu  qədər  davam  etməsinin  əsas 
səbəblərindən biri də budur ki, dünya birliyi bu nəsihətə mə-
həl qoymamış, Ermənistanın Azərbaycana qarşı işğalçılıq hə rə-
kətlərini pisləməmiş, əksinə təcavüzkara mənəvi və maddi yar-
dım  etməklə  müharibənin  daha  da  genişlənməsinə  faktiki  kö-
mək göstərmişdir. Allah Özü yaradılmışların hamısına sülh di-
ləmişdir... Məktubumu başa çatdıraraq Sizi Ermənistanın Azər-
bay cana qarşı təcavüzünü dayandırmağa, başıbəlalı Azərbaycan 
tor pağında sülhün bərpası üçün əlinizdə olan imkanlardan is ti-
fadə etməyə çağırıram”.
99
1993-cü il iyul 
Əmman şəhərində çağırılmış Kral İslam Araşdırmaları Aka-
demiyasının  IX  Konfransında  geniş  məruzə  edən  Hacı Allah-
şükür  Paşazadə Azərbaycan  həqiqətlərindən,  Ermənistanın  iş-
ğalçılıq  siyasətindən  danışır.  Məruzənin  sonunda  Şeyxülislam 
həzrətləri bir daha vurğulayır ki, bəşəriyyətin və xüsusilə də İs-
lam aləminin başı üzərindən asılmış təhlükəni aradan qaldırmaq-
dan ötrü ən təsirli vasitə dünya müsəlmanlarının həmrəyliyidir.
99 
Hüseynqulu Məmmədli, “Qafqazda İslam və şeyxülislamlar”, səh. 170.


146                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
1993-cü il dekabr
Sudanın  paytaxtı  Xartum  şəhərində  təşkil  olunan  konf-
ransda Azərbaycan nümayəndə heyəti ilə iştirak edən Şeyxül-
islam Allahşükür Paşazadə böyük bir nitq söyləyərək konfrans-
da iştirak edən ölkələri təcavüzkarları pisləməyə çağırır və bu 
məzmunda Yekun sənədin qəbul olunmasını təklif edir. Qə bul 
olunmuş qətnamədə qeyd olunur ki, Ermənistanın silahlı qüv-
vələri Azərbaycan  ərazilərindən  çıxarılmayınca  müsəlman  öl -
kələri  Ermənistan  Respublikası  ilə  hər  cür  siyasi,  iqtisadi  və 
mə dəni əlaqələri dayandırmalıdırlar.
1994-cü il fevral 
İstanbulda “Yaşa və başqalarını da yaşamağa qoy!” devizi al -
tında təşkil olunan dini başçıların görüşündə çıxış edən Şeyxül-
islam Allahşükür Paşazadə dindarların diqqətini ermənilərin ge-
nosid siyasətinə yönəldir, Eçmiədzinin başçılarını sülhü dəs tək-
ləməyə dəvət edir. Şeyxülislam həzrətlərinin birbaşa Eç miəd zini 
sülhü  dəstəkləməyə  dəvət  etməsi  üzdəniraq  qonşularımızın  qa-
baqcadan hazırladığı “Ermənilər sülhə çağırır” planını alt-üst edir.
1995-ci il oktyabr 
Ankarada “Türk respublikaları, Balkan-Qafqaz ölkələrində 
türk  və  müsəlman  cəmiyyətləri din  xadimlərinin fəaliyyətinin 
isti qamətləndirilməsi”  mövzusunda  təşkil  edilən  Konfransda 
“Avrasiya İslam Şurası” adlı qurum yaradıldı. Bir il sonra bu 
qurumun dini idarə təmsilçilərinin təşkil etdiyi toplantıda çı xış 
edən Şeyxülislam Allahşükür Paşazadə deyir: “Qafqaz Müsəl-
manları  Ruhani  İdarəsi  keçmiş  sovetlər  birliyi  ərazisində  dini 
ida rələrdən yeganəsidir ki, öz fəaliyyətini indiyədək davam et-
di rir. Nəhəng imperiyanın süqutundan sonra üç ruhani idarəsi 
(Ufa Ruhani İdarəsi, Sibir Xalqları Müsəlman Ruhani İdarəsi 
və Orta Asiya Xalqları Ruhani İdarəsi) sarsıntılara məruz qa-
lıb daxildən parçalandı, bu da İslamın inkişafına və yayılmasına 
böyük  zərbə  vurdu.  Böyük  çətinliklərə  baxmayaraq  idarəmiz 
zərbələrə tab gətirərək öz strukturunu qoruyub saxladı və indi 


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              147
çox millətli Qafqaz xalqları arasında sülh və əmin-amanlıq ya-
ratmaqla məşğuldur...
1990-cı ildə Mixail Qorbaçovun Azərbaycanı Əfqanıstana 
çe virmək cəhdləri var idi və biz bunun qarşısını ala bildik. Lakin 
hələ də erməni təcavüzünün qarşısını ala bilmirik. Mən konf-
ransa böyük önəm verirəm və ümid edirəm ki, bizi düşündürən 
problemlərin həlli yollarını tapacağıq”.
100
1996-cı ildə Bakıda təşkil edilən iclas 
Qafqaz Müsəlmanları İdarəsinin dəvəti ilə Ümumdünya Xalq 
İslam Rəhbərliyi Təşkilatı Baş Katibliyinin Bakıda keçirilən V 
İclasında çıxış edən Şeyxülislam Allahşükür Paşazadə həzrətləri 
dünyanın  bir  sıra  bölgələrində  müsəlmanların  məruz  qaldığı 
təcavüzlərə toxunur, Baş Katibliyin bütün təsisat və üzvlərinin 
Azərbaycan xalqı ilə həmrəyliyinə və bir olacağına əmin oldu-
ğunu bəyan edir, həmçinin ermənilərin xalqımıza qarşı törətdiyi 
təcavüzkarlıq əməllərindən danışır. İclasda İslam dünyası üçün 
əhəmiyyətli olan mühüm qərarlar qəbul olunur: 
“Baş Katiblik:
-  Çeçenistan  hadisələrini  izləyərək  Rusiyanın  təcavüzünü 
pi sləyir;
-  Fələstin  xalqı  başda  olmaqla  millətlərin  azadlıq  mü ba-
rizəsini dəstəkləyir;
- Sudan ilə Misir arasında əmələ gəlmiş ixtilafın ərəb-İslam 
çərçivəsində həllini istəyir və Qərbin bu bölgədəki mənafelərini 
pisləyir;
- Azərbaycan xalqına özünün Ermənistan Respublikası tə-
rə findən işğal olunmuş torpaqlarının geri qaytarılmasına kö mək 
edə cəyini bildirir”.
101
1997-ci il “Bakı bəyannaməsi” 
Şeyxülislam Allahşükür Paşazadə ilə Ümumgürcüstan Ka-
talikos-Patriaxı  II  İliya  arasında  imzalanmış  bu  bəyannamə 
100 
Həmin mənbə, səh. 173.
101 
Həmin mənbə, səh. 174.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə