Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə55/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   51   52   53   54   55   56   57   58   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              169
dövlət münasibətlərində əldə olunan uğurlu modeli başqa öl kə-
lər üçün nümunə adlandırdılar. Şimali Qafqazı təmsil edən din 
xa dimləri  Rusiya  Federasiyasında  etiqad  azadlığı,  dinlərarası 
mü nasibətlər sahəsində son illər görülən işlərdən razı qaldıqla-
rını ifadə etdilər.
Forumun sonunda qətnamə qəbul olundu.
Tədbir başa çatandan sonra Qafqaz Müsəlmanları İdarəsinin 
sədri, Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nüma-
yəndə heyətini Rusiya Federasiyası Çeçenistan Respublikasının 
Başçısı  Ramzan  Kadırov  qəbul  etdi.  Şeyxülislam  həzrətlərini 
səmimiyyətlə qarşılayan Ramzan Kadırov Qafqaz Müsəlmanları 
İdarəsi sədrinin regionda, habelə bütün dünyada sülhün və sabit-
liyin qorunmasındakı xidmətlərini xüsusi vurğuladı.
102
2013-cü il sentyabr 
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allah-
şükür Paşazadə sentyabrın 25-də Qazaxıstanın paytaxtı Astana-
da keçirilən “Astana qurultaylarının sivilizasiyaların dialoqunda 
rolu” mövzusunda Beynəlxalq Elmi-praktik Konfransda iştirak 
etmişdir
Konfransdan öncə Şeyxülislam həzrətləri Qazaxıstan Parla-
ment Senatının Sədri Kayrat Mami tərəfindən qəbul edilmişdir. 
Qo nağı səmimi qarşılayan Parlament Senatının Sədri Azərbaycan 
və Qafqaz müsəlmanlarının dini liderinə Astanada keçirilən dün-
ya və ənənəvi dini liderlərin ilk Sammitinin 10 illiyinə həsr olun-
muş Forumun işinə qatıldığı üçün dərin təşəkkürlərini bildirdi. 
Prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə ərsəyə gəl miş 
Astana  qurultaylarının  dinlərarası  dialoq  işinə  verdiyi  önəm 
barədə danışan Kayrat Mami Şeyxülislam Allahşükür Pa şa zadə 
kimi dinlərarası əməkdaşlıq işinə böyük əməli töhfələr ver miş 
bir dini liderin iştirakından məmnunluq duyduqlarını bildirdi.
Azərbaycan dövləti və onun rəhbərinin mədəniyyətlər, ha-
belə sivilizasiyalararası dialoq məsələlərinə xüsusi dəyər ver di-
yindən söhbət açan Şeyxülislam həzrətləri həm Qazaxıstan, həm 
102 
“Haqqın nuru” qəzeti, № 20 (165).


170                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
də Azərbaycanın liderlərinin belə bir önəmli məsələyə yüksək 
diqqət nümayiş etdirmələrinin ölkələrimiz və xalqlarımız üçün 
xoş nəticələrə vəsilə olduğunu, dini lider olaraq bunu mühüm 
amil kimi qiymətləndirdiyini nəzərə çatdırdı.
Ulu  Öndər  Heydər  Əliyevlə  Qazaxıstanın  lideri  Nursul-
tan Nazarbayev arasında mövcud olmuş yüksək ehtiramlı mü-
na  sibətlərin  bu  gün  də  İlham  Əliyevlə  Qazaxıstanın  ağsaqqal 
rəhbəri  arasında  davam  etdirilməsindən  söhbət  açan,  bundan 
döv lətlərimiz və xalqlarımız arasında münasibətlərə böyük fay-
da gəldiyini vurğulayan Şeyxülislam həzrətləri bu dəyərli əla-
qə lərin hər zaman inkişaf etməsi üçün dualar etdiyini bildirdi.
Bu  ilin  aprelində  Bakıda  keçirilmiş  MDB  Müsəlmanları 
Məşvərət  Şurasının  “MDB  müsəlmanları  sülh  və  stabil  inki-
şaf tərəfdarlarıdır” mövzusunda Beynəlxalq Konfransın xüsu-
si  əhəmiyyət  daşıdığını  vurğulayan  Qazaxıstan  Parlamentinin 
Sədri  Kayrat  Mami  bu  qurumun  rəhbəri  kimi  də  Şeyxülisla-
mın  qardaş  xalqlarımız  arasında  dini-mənəvi  əlaqələrin  daha 
da inkişaf etdirilməsi yolunda səylərini əsirgəməyəcəyinə əmin 
ol duğunu  bildirdi.  Kayrat  Mami  həmin  tədbirdə  Qazaxıstan 
nümayəndə heyətinə göstərilən qonaqpərvərlikdən, qardaş ölkə 
başçısı tərəfindən qəbul edilmələrindən, habelə birgə Ümrə zi-
yarətində iştirak etmələrindən məmnunluqla söhbət açdı.
Konfransın açılış mərasimində çıxış edən Şeyxülislam həz-
rətləri çıxışında Azərbaycan xalqının və dövlət başçımızın sə mimi 
salamlarını konfrans iştirakçılarının diqqətinə çatdıraraq indiyə 
qədər  baş  tutmuş  4  Astana  qurultaylarının  tarixi  əhəmiyyəti, 
on ların  keçirilmə  təşəbbüsünün  müəllifi  Qazaxıs tan  Preziden-
ti  N.Nazarbayevin  dəyərli  missiyası  barədə  fi kir lərini  bildirdi. 
Dinlərarası dialoqa dair Azərbaycan və Qaza xıstan dövlət başçı-
larının  dünya  çapında  dinlərarası  dialoq  mə sələlərində  dəyərli 
tə şəbbüslərlə  çıxış  etmələrini,  multikul turalizm  ideyalarına  sa-
diq liklərini olduqca əhəmiyyətli hal hesab edən Şeyxülislam Al-
lahşükür Paşazadə ümumi yaşam mə kanımızın bütün dünyada 
to lerantlıq  məkanı  kimi  tanıdılması  va cibliyindən  çıxış  edərək 
bir gə tədbirlər keçirilməsi zərurətini vurğuladı.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              171
QMİ  sədri  konfransın  kuluarlarında  bir  sıra  tanınmış  din 
xadimləri, o cümlədən Vatikandan təşrif buyurmuş Papa yanın-
da Dinlərarası Əlaqələr üzrə Şuranın başçısı, Kardinal Jan Lui 
Toran, iranlı Məhəmməd Bağır Xürrəmşad, Məcid əl-Turki və 
b. ilə səmimi görüşlər keçirmişdir.
103
2013-cü il 16-17 oktyabr
2013-cü  ilin  oktyabrında  Belçikanın  paytaxtı  Brüsseldə 
təşkil olunan Krans Montana Forumunun XV Sessiyasının işin-
də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Pa-
şazadə  də  iştirak  etmişdir. YUNESKO  və  İSESKO-nun  bir gə 
həmsədrlik  etdikləri  “Dinlərin  sülh  və  strukturlaşdırmada  ro-
lunun  inkişafı”  mövzusunda  Sessiyasının  işində  iştirak  edən 
Qaf  qaz  Müsəlmanları  İdarəsinin  sədri  xüsusi  qonaq  qismində 
rə   yasət heyətində yer almışdı.
Oktyabrın 16-da öz işinə başlayan sessiyanı açan İSESKO-
nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilk sözü 
Şey xülislam Allahşükür Paşazadəyə verib.
İştirakçılara Azərbaycan xalqının və Qafqaz müsəlmanlarının 
səmimi salamlarını və xoş arzularını çatdıran Şeyxülislam həz-
rətləri  qeyd  edib  ki,  hansı  millətə  və  dinə  mənsubiyyətindən 
asılı olmayaraq hamımız bəşər övladıyıq, sülhə və rifaha nail 
ol maq ən ümdə vəzifələrimizdəndir. O, xüsusi olaraq dini li der-
lə rin bu sahədə öz məsuliyyətlərini dərk etmələrinin zəru ri liyini 
vur ğulayıb və iştirakçıların diqqətinə dini liderlərin ali hör məti 
və  dövlət  xadimləri  ilə  birgə  əməkdaşlığı  sayəsində  həm  öz 
ölkələrinin, həm də bütün dünyanın problemlərinə çarə tapılma-
sının mümkünlüyünü çatdırıb.
Şeyxülislam Allahşükür Paşazadə qlobal təhlükələr fonun-
da dinlərarası dialoqun qaçılmaz olduğunu, Uca Yaradanın ira-
də sinin  əksinə  nə  varsa,  onu  rədd  etməyin,  habelə  müqəddəs 
rəmzlərdən  zor  işlətmək,  təcavüzə  haqq  qazandırmaq  üçün 
istifadə olunmasının, millətlərarası münaqişələrin əldə əsas tu-
tul masının  qəbuledilməz  olduğunu  diqqətə  çatdırıb.  Qafqaz 
103 
“Haqqın nuru” qəzeti, № 37 (182).


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə