Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə54/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   50   51   52   53   54   55   56   57   ...   83

166                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
mit iştirakçıları Azərbaycanda tolerantlığın yüksək səviyyədə 
ol masına  bir  daha  diqqət  çəkdilər.  Uzun  illərdir  bu  ölkədə 
müxtəlif dinlərə məxsus insanların mehriban şəraitdə yaşadıq-
larını, öz dini dəyərlərini yüksək səviyyədə qoruduqlarını bil-
dir dilər.
2013-cü il may
Mayın 25 - 26-da Rusiya Federasiyasının Çeçenistan Respub-
likasında “İslam sülh və quruculuq dinidir” mövzusunda V Bey-
nəlxalq  Sülhməramlı  Forum  keçirilib.  Qafqaz  Müsəlmanları 
İda rəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin başçılıq 
etdiyi nümayəndə heyəti həmin tədbirdə iştirak edib. Heyətin 
tər  kibinə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini 
Müf  ti Hacı Salman Musayev və idarənin Beynəlxalq əlaqələr 
şö  bəsinin müdiri Hacı Müqəddəs Payızov daxil idi.
Forumda çıxış edən Şeyxülislam həzrətləri bunları söylədi: 
“Hörmətli Beynəlxalq Forum iştirakçıları! 
Hazırkı Forumun “Müasir dünyada din və hakimiyyət” möv-
zusu olduqca vacib və əhəmiyyətlidir. Bu dəyərli təşəbbüsə görə 
Forumun təşkilatçılarına – Çeçenistan Respublikasının Ruhani 
İdarəsinə və Əhməd Kadırov adına İctimai Fonda təşəkkürümü 
bildirirəm.
Mərhum Əhməd Hacı Kadırovun həyat və fəaliyyəti Allaha, 
Vətənə və xalqa sədaqətli xidmətin bariz nümunəsidir. Bu gün 
mərhum qardaşım Əhməd Hacının ruhuna dua edərək fəxr hissi 
keçirirəm ki, onun başladığı iş əmin əllərdədir. Şadam ki, Əh-
məd Hacı Kadırovun siyasi kursunun varisi və mənəviyyat yolu-
nun davamçısı Çeçenistan Respublikasının Başçısı, Zati-aliləri 
Ramzan Kadırov Rusiya Federasiyası Çeçenistan Respublika-
sının sürətli inkişafının, xoş gələcəyinin qarantıdır və ölkəsinin 
mənəvi tərəqqisini də ləyaqətlə davam etdirir.
Mən  hər  dəfə  bildirirəm  ki,  Çeçenistan  Respublikasında 
müşahidə  olunan  sosial-iqtisadi  inkişaf  Rusiya  Federasiya sı 
rəhbərliyinin müdrik və ardıcıl surətdə həyata keçirdiyi sabit-
ləşdirmə və tərəqqiyə hesablanan tədbirlərinin nəticəsidir. Çe-


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              167
çenistan Respublikasının inkişafı isə bütünlükdə RF-nin Şimali 
Qafqaz Federal dairəsinin inkişafıdır.
Bir din xadimi kimi, olduqca şadam ki, Çeçenistan Respub-
likasında zəngin mənəvi irs milli rifahın təməlini təşkil edir. Bu 
yolda  çeçen  müsəlmanlarına  böyük  uğurlar  əldə  etməyi  arzu-
layıram.  Qafqaz  ağsaqqalı  kimi  Şimali  Qafqazda  dini-mənəvi 
dəyərlərin inkişaf prosesi məni yalnız sevindirir.
Öz növbəsində Müfti Hacı Sultan Mirzayev də Çeçenistan 
Respublikası başçısının dəstəyi ilə Əhməd Hacının mənəvi yo-
lunu  layiqincə  davam  etdirir.  Ümumiyyətlə,  Rusiya  Federasi-
yası Şimali Qafqaz respublikalarının bütün müftiləri bu hədəf 
uğrunda yorulmadan səy göstərirlər.
Görüşlərimiz zamanı biz Qafqazda ənənəvi mənəvi dəyərlə-
rin möh kəmlənməsini və dinlərarası əməkdaşlığı müzakirə edi-
rik.  Bu  yaxınlarda  Bakıda  keçirilən  MDB  müsəlmanlarının 
Kon fransında da, mənim Şimali Qafqaz respublikalarına səfər-
lə rim zamanı da, eləcə də müxtəlif beynəlxalq forumlarda birgə 
işti rakımız vaxtı da MDB məkanında, xüsusilə Rusiya və Azər-
bay  canda  dövlət  və  dini  icmalar  arasındakı  əlaqələrin  yük sək 
sə  viyyəsindən məmnuniyyətlə söhbət açırıq.
Cəmiyyətdə dini-mənəvi stabilliyin təmin edilməsində əsas 
amillərdən biri ölkə rəhbərləri tərəfindən din-dövlət mü na  si bət-
lərinin bacarıqla tənzimlənməsi, dindarların ehtiyac və qay ğı-
larına  diqqətlə  yanaşılmasıdır.  Həmd  olsun Allaha  ki,  Rusi ya 
Fe derasiyasında da, Azərbaycanda da biz bunun şahidiyik.
Rusiyanın,  eləcə  də  Qafqazın  ümumi  gələcəyi  və  rifahı 
naminə Rusiya dövlətinin müxtəlif millət və din mənsublarını 
bir ləşdirmək səyləri bizdə xoş təsir yaradır. Qeyd edilməlidir ki, 
Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin 
hər zaman Qafqaz müsəlman ruhani liderlərinin səylərini, eks-
tre mizmə qarşı şücaətli mübarizələrini yüksək qiymətləndirir.
Bəli, dini icmalar dövlət institutları ilə birgə mənəvi dəyər-
lərin  təhrifinə,  ekstremizmə,  terrorçuluğa  və  radikallığa  qarşı 
mü  barizə aparmalıdırlar. Biz müsəlman din xadimləri dəfələrlə 
qeyd etmişik ki, terror, onun bütün təzahürləri İslam nöqteyi-nə-


168                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
zərindən cinayətdir. Bununla əlaqədar mötədil İslamı təbliğ edən 
“Moskva  Deklarasiyası”  ideyalarının  xüsusi  əhəmiyyəti  var. 
Qroznıda qəbul edilən bu sənəd İslam dinini siyasi məq səd ləri 
üçün istifadə etmək istəyən bədniyyət qüvvələrin şəriətin cihad, 
təkfir və xilafət kimi vacib məsələləri barədə yanlış təsəvvürlərinə 
qarşı İslam alimlərinin böyük əksəriyyətinin rəyini əks etdirdi.
Biz bu barədə MDB Müsəlmanları Məşvərət Şurasının Bakı 
Konfransında da söhbət açdıq. Rusiya Federasiyası prezidenti-
nin konfransa ünvanlanan təbrik məktubunda səslənən dəyərli 
ideyalar böyük diqqətlə qarşılandı. Şuranın fəaliyyətinə uğur-
lar  arzulayan  Çeçenistan  Respublikası  başçısının  da  dəyərli 
təkliflərini yüksək qiymətləndiririk. Bütün bunlar Bakı Forumu-
nun Yekun sənədində öz əksini tapdı. Əminəm ki, bu cür diqqət 
və dəstək, xeyirxahlıq və İlahi idealların bərqərar olması bizə 
irəliyə addımlamağa imkan verəcək.
Qardaş çeçen torpağında ikən biz Qroznının və qardaşları-
mızın həyatının necə əsaslı surətdə müsbətə doğru dəyişdiyinin 
şahidi oluruq. Unudulmaz qardaşım Əhməd Hacı Kadırovun ru-
huna dualar oxuyaraq onun səmimi arzularının həyata keçdiyinə 
görə Allaha həmd edirəm. Həmçinin, xalqı və atasının xatirəsi 
qarşısındakı vəzifələri layiqincə yerinə yetirən mərhum qardaşı-
mın oğlu Ramzan Əhmədoviç üçün də dualar edirəm. Biz onun 
Rusiya  Federasiyası  Çeçenistan  Respublikası  naminə,  Rusiya 
Federasiyasının  tərəqqisi  naminə  səylərini  dəstəkləyir  və  Uca 
Allahdan ona böyük nailiyyətlər arzulayırıq.
Qroznı Forumunun möhtərəm iştirakçıları və qonaqları! 
Gəlin, xalqlarımızın xoşbəxtlik və səadəti naminə zəhmə ti-
mizin bəhrə verməsi üçün Uca Allaha dualar edək. 
Allahın salamı, rəhməti və bərəkəti Sizə olsun!”
Şeyxülislam Allahşükür Paşazadənin çıxışı böyük maraq la 
qarşılandı. Sonra Rusiya Federasiyasının Şimali Qafqaz res pub-
likalarından  gələn  din  xadimləri  öz  çıxışlarında  son  zaman lar 
ölkəmizə səfərlərində gördükləri müsbət dəyişiklikləri qeyd et-
dilər, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərini məm-
nunluqla xatırladılar. Çıxış edən din xadimləri ölkəmizdə din-


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə