Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə62/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   58   59   60   61   62   63   64   65   ...   83

196                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Öz dini əqidəsinə görə heç kəs qanunla müəyyən edilmiş 
vəzifələrin icrasından imtina edə və ya boyun qaçıra bilməz. Bir 
vəzifənin icrasının dini əqidəyə görə digər vəzifənin icrası ilə 
əvəz edilməsinə yalnız Azərbaycan Respublikasının qanunveri-
ciliyi ilə nəzərdə tutulmuş hallarda yol verilir.
Maddə 4-1. Peşəkar dini fəaliyyət və din xadimi
4-1.1.  Peşəkar  dini  fəaliyyət  dini  tərbiyəyə  və  dini  təhsilə, 
din  darların  dini  tələbatının  ödənilməsinə,  dinlərin  yayılmasına, 
dini ayinlərin icrasına, moizələrin (xütbələrin) oxunma sına, dini 
qurumun inzibati və təşkilati idarəetməsinə yö nəl miş fəaliyyətdir.
4-1.2. Din xadimi peşəkar dini fəaliyyətlə məşğul olan dini 
ali və ya orta ixtisas təhsilli şəxsdir.     
Maddə 5. Dövlət və dini qurumlar
Azərbaycan Respublikasında din və dini qurumlar dövlətdən 
ayrıdır.
Dövlət ona aid olan hər hansı işin yerinə yetirilməsini dini 
qurumlara tapşırmır və onların fəaliyyətinə qarışmır.
Bütün  dinlər  və  dini  qurumlar  qanun  qarşısında  bərabərdir. 
Heç bir din (dini cərəyan) və dini qurum barəsində digərlərinə nis -
bətən hər hansı üstünlük və ya məhdudiyyət müəyyən edilə bil  məz. 
Dini qurumlar ictimai həyatda iştirak etmək, habelə, ictimai 
birliklərlə yanaşı kütləvi məlumat vasitələrindən istifadə etmək 
hüququna malikdirlər.
Dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir 
və onlara maliyyə yardımı göstərmirlər.
Din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olun-
duqda onların peşəkar dini fəaliyyəti həmin vəzifədə olduqla rı 
müddətdə dayandırılır.
Dini qurumlar Azərbaycan Respublikası qanunvericiliyinin 
tələblərinə əməl edir və onları pozduqda məsuliyyət daşıyırlar. 
Dini qurumlar cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və 
ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliy yə-
ləşdirilməsinin qarşısının alınması məqsədi ilə onlar üçün müvafiq 
qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə ye tir məlidirlər.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              197
Maddə 6. Dinin məktəblə münasibəti
Azərbaycan  Respublikasında  dövlət  təhsil  sistemi  dindən 
ay rıdır.
Dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs dini 
ki  tabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris 
proq ramına daxil edilə bilər.
Vətəndaşlar istədikləri dildə fərdi qaydada və ya başqaları 
ilə birlikdə ilahiyyatı öyrənə və dini təhsil ala bilərlər.
Dini qurumlar öz nizamnamələrinə uyğun olaraq, qanun ve-
ri ciliklə müəyyən edilmiş qaydada gənclərin və yaşlıların dini 
təh sili  üçün  təhsil  müəssisələri  yaratmaqla  müəyyən  olunmuş 
for mada təlim-tərbiyə prosesini həyata keçirə bilərlər.
Dini  qurumlar  tərəfindən  gənclərin  və  yaşlıların  mü qəd-
dəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qu rumların 
nizamnamələrinə uyğun olaraq, tabe olduqları di ni mərkəz və 
idarələrin razılığı ilə yaradılır.
II Fəsil
AZƏRBAYCAN RESPUBLİKASINDA DİNİ QURUMLAR
Maddə 7. Dini qurumlar
Dini mərkəz və idarələr, dini təhsil müəssisələri və dini ic -
malar, onların birlikləri dini qurumlardır.  Dini qurumlar öz mər -
kəzi (idarələri) ilə təmsil olunurlar.
Dini qurumlar bu Qanuna və təsdiq olunmuş nizamnamələri-
nə müvafiq surətdə fəaliyyət göstərirlər.
Azərbaycan Respublikasında fəaliyyət göstərən islam dini 
qu rumları Qafqaz Müsəlmanları İdarəsinə öz fəaliyyətləri haq-
qında hesabat təqdim edirlər. 
Maddə 8. Dini icma
Dini icma dinə birlikdə ibadət etmək və digər dini tələbatı 
ödə mək məqsədilə könüllülük əsasında birləşmiş yetkinlik yaşı-
na çatmışdindar şəxslərin yerli dini qurumudur.


198                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Azərbaycan  Respublikasında  təşkilat  məsələlərində  islam 
dini icmaları Qafqaz Müsəlmanları İdarəsinə tabedirlər, qeyri-
mü səlman dini  icmalarının Azərbaycan Respublikasında və xa-
ricdə fəaliyyət göstərən dini mərkəzlərə (idarələrə) tabe olmaq 
və tabeliyini dəyişdirmək hüququ  vardır.
İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri 
müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz 
Müsəlmanları İdarəsi tərəfindən təyin edilir.
İslam dini icmaları məscidlərdə Azərbaycan Respublikası-
nın vətəndaşları tərəfindən yaradılır.
Maddə 9. Dini mərkəzlər və idarələr 
Azərbaycan Respublikasında islam dini qurumları öz tarixi is-
lam dini mərkəzində – Qafqaz Müsəlmanları İdarəsində bir lə şir lər.
Təşkilati mərkəzləri xaricdə olan qeyri-islam dini qurumları 
öz  fəaliyyətində Azərbaycan  Respublikasının  qanunvericiliyinə 
zidd olmayan  hallarda həmin mərkəzlərin nizamnamələrini rəh-
bər tuta bilərlər.
Dövlətin dini mərkəzlə və idarələrlə, o cümlədən, Azərbaycan 
Res  publikasının hüdudlarından kənarda olan dini mərkəzlərlə və ida -
rələrlə qanunla  tənzimlənməyən münasibətləri onların öz araların da 
və dövlət orqanları ilə razılaşmalara müvafiq surətdə nizamlanır.
Dini mərkəz və idarələr öz nizamnamələrində nəzərdə tutul muş 
qaydada ibadətgahlar və dini təhsil müəssisələri yarada bilərlər.
Maddə 10. Dini təhsil müəssisələri
Din xadimləri və dini ixtisaslar üzrə digər kadrlar hazırlan ması 
üçün dini təhsil müəssisələrini yalnız dini mərkəz və ida rələr yara-
da bilərlər. Dini  mərkəz və idarələr birdən çox ali dini təhsil mü-
əssisəsi yarada bilməz. Dini təhsil müəssisələri ilə dini mərkəz və 
ya idarələr arasında münasibətlər təsis sənədləri ilə mü əyyən edilir.
Dini təhsil müəssisələri Azərbaycan Respublikasının qanun-
ve riciliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında fəa-
liy yət göstərirlər.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə