Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə58/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   54   55   56   57   58   59   60   61   ...   83

178                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Həmin gün Şeyxülislam həzrətləri Qaraçay-Çərkəz Res pub  -
likasının başçısı Rəşid Temrezovla, Şimali Qafqaz Mü səl man-
la rının  Koordinasiya  Şurasının  sədri,  Qaraçay-Çərkəz  Müf ti si 
İs mayıl Berdiyevlə görüşmüşdür. 
* * *
Aprelin 29-30-da Vaşinqtonda “ABŞ-Azərbaycan: gələcəyə 
ba xış” mövzusunda Forum keçirilmişdir.
Tədbirdə Azərbaycan və ABŞ siyasətçiləri, alimlər, habelə 
ic timaiyyət nümayəndələri və din xadimləri iştirak etmişlər. Fo-
rumda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Al-
lah şükür  Paşazadə  “Dialoqun  möhkəmlənməsi  –  tolerantlığın 
təş viq olunması” adlı məruzə ilə çıxış etmişdir.
* * *
Mayın 30-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxül-
islam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə he-
yəti Rusiya Federasiyasının Çeçenistan Respublikasında “İslam 
sülh və quruculuq dinidir” mövzusunda keçirilmiş VI Bey nəl-
xalq Sülhməramlı Forumda iştirak etmiş və geniş nitqlə çıxış 
et mişdir.  
* * *
İyunun 14-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şey-
xü l islam Allahşükür Paşazadə Rusiya Federasiyasının Tata rıs-
tan  Respublikasında  Voljsk  Bulqar  tərəfindən  İslamın  qə bul 
edilməsinin 1125-ci ildönümünə həsr olunmuş təntənəli tədbir-
lərdə iştirak edib. 
Bulqar şəhərinin “Ağ məscid” kompleksinin inzibati bina-
sında Şeyxülislam həzrətləri Tatarıstan Prezidenti Rüstəm Min-
nixanovla və Dövlət müşaviri Mintimir Şaymiyevlə görüşmüş, 
ke çirilmiş Forumda nitqlə çıxış etmişdir. 
Həmin gün dünyada çap olunmuş ən böyük Quranın saxlan-
dığı  Bulqar  Dövlət  Tarix-Arxitektura  Muzey-Qoruğunun  əra-
zisində 30 min nəfərdən çox insanın iştirakı ilə tədbirdə Qafqaz 
Mü səlmanları  İdarəsinin  sədri,  MDB  Müsəlmanları  Məşvərət 
Şu rasının sədri, Şeyxülislam Allahşükür Paşazadə mərasim işti-
rak çılarını salamlamışdır.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              179
2.4. Şeyxülislam Hacı Allahşükür Paşazadə haqqında 
deyilənlər
“Müqəddəs dinimiz olan İslamın gözəl ənənələrinin öl kə miz   -
də və bütün Qafqaz bölgəsində qorunub saxlanılmasında, möh    -
kəmləndirilməsində Şeyxülislam Allahşükür Paşazadənin xü    susi 
xidmətləri vardır. Onun Qafqaz Müsəlmanları İdarəsinə rəh    bərlik 
etdiyi illər ərzində bu dini qurum İslam dəyərlərinin ge   niş təbliğ 
olunması, müsəlmanların dini-mənəvi birliyinin möh   kəm lən di ril-
məsi, onların cəmiyyətin həyatında fəallığının ar   tırılması işində 
bö yük rol oynayan mühüm mərkəzlərdən bi ri nə çevrilmişdir. 
Azərbaycan xalqının azadlığı uğrunda mübarizəsində Şey-
xülislam həzrətlərinin tutduğu əsl vətəndaş mövqeyi onun öl-
kədə cərəyan edən mürəkkəb ictimai-siyasi prosesləri obyektiv 
qiy mətləndirmək,  yaranmış  problemlərin  həllində  dini  ami lin 
gü cündən  düzgün  istifadə  etmək  bacarığını  nümayiş  etdirdi. 
Azər baycanın  dini  rəhbəri  müqəddəs  İslam  dinini  nəinki  öl-
kə mizdə, hətta bütün Qafqazda təmsil edən ən yüksək rüt bəli 
şəxs dir. Əgər Azərbaycanın dini rəhbəri bütün Qafqaz mü səl-
manlarının Şeyxülislamı adını alıbsa, demək, bu bizim üçün bö-
yük iftixar hissidir” 
Ümummilli lider Heydər Əliyev.
“Şeyxülislam Allahşükür Paşazadə təkcə Azərbaycanda və 
ümumən Qafqazda deyil, bütün beynəlxalq aləmdə geniş tanı-
nan, çağdaş dünyamızın nüfuzlu din xadimləri və dövlət adam-
ları tərəfindən ehtiramla qəbul edilən, böyük hörmətə və nüfuza 
sahib olan şəxsiyyətdir” 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.
“Əlbəttə, mən istər “Qafqazda İslam”, istərsə də “İslamda 
ümmət və şüubilik” kitablarının yazılması ilə əlaqədar Şeyxin 
qarşısında duran problemləri yaxşı başa düşürəm: bir din xadimi 
ki mi  müəllif  elmdə  qəbul  edilmiş  meyarları  büsbütün  olduğu 


180                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
kimi məqbul saya bilməz, eyni zamanda bir alim kimi də o, dini 
fikirdə, xüsusilə, ilahiyyat sahəsində hökm sürən konsepsiyaları 
öz əsərlərinə daxil edə bilməzdi. Lakin ədalət naminə deməliyəm 
ki, Şeyx bu problemlərin öhdəsindən bacarıqla gələ bilmişdir; 
onun kitabları həm elmi, həm də dini nöqteyi-nəzərdən qəribə 
görünmür,  irəli  sürdüyü  və  müdafiə  etdiyi  müddəalar  tutarlı 
səslənir. Yəqin ki, tarixşünaslarımız gələcəkdə öz tədqiqatlarının 
nəzəri və metodoloji əsaslarını müəyyən edərkən dinə hörmətli 
münasibət əsasında elmi axtarışlar aparmağın mümkün olduğu-
nu nəzərə alacaqlar...” 
Akademik Ziya Bünyadovun Şeyxülislam Allahşükür 
Paşazadənin tarix elmləri doktoru alimlik dərəcəsi almaq 
üçün məcmu halında təqdim edilmiş “Qafqazda İslam” 
(Bakı, 1991) və “İslamda ümmət və şüubilik” (Bakı, 1992) 
kitablarına opponent rəyindən.
“Çox  fərəhli  haldır  ki, Azərbaycan  Respublikasının  müs-
təqilliyi bərpa edildikdən, vicdan və din azadlığı haqqında veril-
miş qanundan sonra Qafqazda İslam dininin yayılması, ümmət 
və şüub haqqında ilk dəfə gerçəkliyə əsaslanan dərin məzmunlu 
elmi əsərlər müdafiə üçün Elmi Şuraya təqdim edilmişdir. Keç-
miş sovetlər birliyində İslam dini və onun yayılmasına aid ya-
zılmış bəzi tədqiqat əsərlərindən məzmun və obyektivlik baxı-
mından tamamilə fərqlənən belə elmi əsərlərin keçmişdə yazıl-
masına nə imkan verilərdi, nə də müdafiəyə buraxılardı. Çünki 
ateizm təbliğatı o qədər qüvvətli idi ki, tədqiqatçı İslam dininin 
müsəlmanların mədəniyyətinə, mənəviyyatına, məişətinə burax-
dığı müsbət izləri təhrif etməyə məcbur olurdu. 
Digər tərəfdən, hər cür təhrifə yol vermədən İslam dininin 
ma  hiyyətini  olduğu  kimi  açıb  şərh  və  təhlil  etmək  üçün  təd-
qi   qatçıdan  ərəb  dilini,  İslam  dinini  dərindən  bilmək,  dünyəvi 
elm lərə yiyələnmək, təbiət və cəmiyyətdə baş vermiş hadisələr 
və bu hadisələrə İslam dininin qüvvətli təsirini dərindən dərk 
et   mək  bacarığı  və  məharəti  tələb  olunur.  Həmin  tələb  olunan 
şərt lər,  bütövlükdə,  elmi  əsərlərini  Elmi  Şuraya  təqdim  etmiş 


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə