Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə66/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   62   63   64   65   66   67   68   69   ...   83

210                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
1.3. Azərbaycan Respublikasında təşkilat məsələlərində İs-
lam dini icmaları Qafqaz Müsəlmanları İdarəsinə tabedirlər.
1.4. İdarəyə, həmçinin başqa ərazilərdə yaşayan müsəl man-
ların dini qurumları birləşə bilərlər. Belə dini qurumlarla ida-
rənin münasibətləri qarşılıqlı razılıq üzrə həyata keçirilir.
1.5. İdarə Qurani-Kərimin tələb və müddəalarını, Peyğəm-
bər (s) hədislərini əsas tutaraq, bütün şəri və öz səlahiyyətləri da-
xi  lində di ni icmaların təşkilat məsələlərinin həllini təmin et mək, 
on ların fəa liyyətlərinə nəzarət etmək və fəaliyyətlərini əla qə lən-
dirmək, məz həb ayrı-seçkiliyinə yol verməmək məqsədi daşıyır.
1.6. İdarə dünya dinlərinin beynəlxalq və ərazi təşkilatları 
ilə xeyirxah münasibətlər saxlayır, milli, irqi, dini ayrı-seçkiliyə 
yol vermir, başqa dinlərin və millətlərin adət-ənənələrinə hör-
mətlə yanaşır.
1.7. İdarə fəaliyyətini Azərbaycan Respublikasının Konsti-
tusiyasının,  “Dini  etiqad  azadlığı  haqqında” Azərbaycan  Res-
publikası  Qanununun,  Azərbaycan  Respublikasının  tərəfdar 
çıx   dığı beynəlxalq müqavilələrin, başqa normativ-hüquqi aktla-
rın müddəaları və bu Nizamnamə əsasında həyata keçirir. İdarə 
başqa  dövlətlərdə  fəaliyyətini  həmin  dövlətlərin  qanunlarına 
hörmət və riayət etməklə həyata keçirir.
1.8. İdarə və qurumları siyasi fəaliyyət göstərmir və öz bina-
larında siyasi tədbirlər keçirilməsinə yol vermirlər.
Din  xadimləri  dövlət  orqanlarına  seçildikdə  və  ya  təyin 
olun  duqda  onların  din  xadimi  kimi  fəaliyyəti  həmin  vəzifədə 
ol  duqları müddətdə dayandırılır.
1.9. İdarə dövlət qeydiyyatına alındığı vaxtdan qeyri-kom-
mersiya hüquqi şəxs statusuna malikdir.
1.10. İdarə öz adından müqavilələr bağlaya, əmlak və şəxsi 
qeyri-əmlak  hüquqları  əldə  edə,  vəzifələr  daşıya,  məhkəmədə 
iddiaçı və cavabdeh ola bilər.
1.11. İdarənin müstəqil balansı, ştampı, möhürü, blankları 
və digər rekvizitləri var. İdarənin öz rəmzləri ola bilər.
1.12. İdarə Azərbaycan Respublikasının banklarında və xa-
rici banklarda milli və xarici valyuta hesabları aça bilər.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              211
1.13. İdarənin mərkəzi iqamətgahı Başı şəhəri, M.Fətəli kü-
çəsi, 7 saylı binadır və həmin ünvan həm də idarənin olduğu yeri 
bil dirən hüquqi ünvandır.
II. İDARƏNİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ
2.1. İdarə:
- təmsil etdiyi dini qurumların hüquqlarını və qanuni məna-
fe yini təmin edir və qoruyur;
- müvafiq qaydada əhatə etdiyi ərazidə yerləşən müsəl man-
ların  dini  qurumlarının,  İslam  təhsili  və  elm  ocaqlarının  fəa-
liyyətinə təşkilati rəhbərlik edir, onlara nəzarət edir, dini rəhbər 
şəxsləri (axundları, imamları və b.) Azərbaycan Respublikasının 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) məlumat 
verməklə vəzifəyə təyin edir və vəzifədən azad edir, onların işi-
ni qanunvericiliyə və bu Nizamnaməyə əsasən istiqamətləndirir; 
qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  ibadətgahlar  və 
ziyarətgahlar yaradır, onların fəaliyyətinə nəzarət edir.
Bu məqsədlə mütəvəlli və ya digər din xadimi təyin edir və 
bu barədə DQİDK-ə məlumat verir;
- dövlət orqanları ilə razılaşmalar əldə edilməsində və dövlət 
orqanları tərəfindən həlli tələb olunan məsələlərdə dini qurum-
lara lazımi yardım göstərilməsi üçün DQİDK-ə vəsatətlər verir;
- DQİDK-in səlahiyyətlərinə aid məsələlərə dair onun yazılı 
sorğularına cavab verir;
-  beynəlxalq  işgüzar  əlaqələrdə,  ziyarətlərin  təşkilində  və 
mü vafiq sənədlərin hazırlanmasında kömək göstərilməsi üçün 
DQİDK-ə müraciət edir;
- DQİDK-in təşəbbüsü ilə aparılan dinşünaslıq ekspertiza-
sında iştirak edir və bu məqsədlə müvafiq nümayəndələr və mü-
təxəssislər ayırır;
- rayon və şəhər icra hakimiyyətləri yanında yaradılmış dini 
mə sələlər üzrə komissiyaların işində dini qurumların iştirakına 
təşkilati-metodik köməklik göstərir;


212                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
- dini etiqad azadlığı ilə bağlı qanunvericiliyə zidd hərəkətlər 
barədə DQİDK-in təqdimatlarına baxır;
- qanunvericiliyə uyğun surətdə məqsədəuyğun sayılan qu-
rum  ları,  o  cümlədən  nümayəndəlikləri  və  dini  təmayüllü  xid-
mət  ləri təşkil edir, təsərrüfat və istehsal sahələri yaradır;
- idarənin işini aparmaq, vəzifələrini yerinə yetirmək üçün, 
habelə, iş görülməsi və xidmət göstərilməsi barədə əmək mü qa-
vilələri və mülki-hüquqi müqavilələr bağlayır;
- İslam dininə aid şəri və başqa mübahisəli məsələləri həll edir;
- DQİDK-in razılığı ilə dini elmi-tədqiqat işlərinə xaricdəki 
elmi-dini mütəxəssislər dəvət edir;
- DQİDK-in razılığı ilə xarici ölkələrlə mütəxəssislər mü ba-
diləsi aparır;
- xaricdə yerləşən İslam dini ziyarətgahlarına vətəndaşların 
qrup halında ziyarətlərini təşkil edir, ibadətlər, dini ayinlər, mə-
rasimlərlə bağlı tədbirlər təşkil edir, keçirir və ya onların ke çi-
ril məsinə kömək göstərir;
- uşaq evlərinə, internatlara, qocalar evlərinə, xəstəxanalara, 
cəzaçəkmə müəssisələrinə, əlillərə və maddi korluq çəkən insan-
lara təmənnasız dini ayin xidmətləri və öz imkanları daxilində 
maddi yardım göstərir;
- dini mövzuda seminarlar, görüşlər, konfranslar, disputlar 
keçirir;
- DQİDK ilə razılaşdırmaqla dini təyinatlı ədəbiyyat, dini 
ayinlər  üçün  əşyalar,  audio-video  və  s.  materiallar  hazırlayır, 
xaricdən gətirir və onları sərbəst surətdə yayır;
- müxtəlif formalarda mədəni-maarif fəaliyyəti göstərir;
- beynəlxalq dini tədbirlərdə, xaricdə keçirilən dini məra-
sim lərdə iştirak edir;
- xaricdə yerləşən dini mərkəzlərlə, ziyarətgahlarla, dövlət 
qu rumları  və  qeyri-hökumət  təşkilatları  və  ayrı-ayrı  şəxslərlə 
əla qələr yaradır;
- DQİDK-in rəyi nəzərə alınmaqla Azərbaycan Respublikası-
nın Təhsil Nazirliyi tərəfindən verilən xüsusi razılıq (lisenziya) 
əsasında dini xadimləri və dini ixtisaslar üzrə digər kadrlar ha-


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə