Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə68/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   64   65   66   67   68   69   70   71   ...   83

216                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
V. QAZILAR ŞURASI
5.1. Qazılar Şurası üzvlərinin sayı və fərdi tərkibi idarə rəh-
bər liyinin təklifi ilə, bütün bölgələrin təmsil olunması göz lə nil-
mək lə qurultayda müəyyən edilir.
5.2. Yüksək dini təhsilli və nüfuzlu din xadimləri arasından 
seçilən qazılar yerlərdə dindarların şəri məsələlərini həll edirlər.
5.3. Qazılar Şurasının iclası üzvlərinin azı yarısı iştirak et-
dikdə səlahiyyətlidir.
5.4. Qazılar Şurasının iclaslarına idarənin sədri sədrlik edir.
5.5.  Mübahisəli  məsələlər  Qazılar  Şurasının  iclasında  səs 
çoxluğu ilə həll edilir.
5.6. Qazılar Şurası qurultaylararası dövrdə idarənin yeni re-
daksiyada Nizamnaməsini qəbul edə və ya Nizamnaməyə də-
yişikliklər və əlavələr edə bilər. Bu barədə qərar Qazılar Şurası-
nın üzvlərinin ən azı 2/3 hissəsi iştirak etdikdə, üzvlərin 2/3 səs 
çoxluğu ilə qəbul olunur.
5.7. Qazılar Şurası dini bayram, mərasim və digər vacib dini 
məsələlərlə əlaqədar fətvalar və tövsiyələr verir.
5.8. Qazılar Şurası mükafatlandırma barədə məsələlərə ba-
xır və bununla əlaqədar idarənin sədrinə təkliflər verir.
5.9. Qazılar Şurası idarənin və ya onun tabeliyində olan dini 
qurumların şəri normaları, qüvvədə olan qanunvericiliyi pozan, ya-
xud öz üzərinə düşən vəzifələri yerinə yetirməyən istənilən vəzifəli 
şəxsini vəzifədən azad etmək haqqında qərar qəbul edə bilər.
5.10. Müəyyən səbəblərə görə öz vəzifəsini icra edə bil mə yən 
bölgə qazısının səlahiyyəti idarənin sədri tərəfindən qurulta ya qədər 
müvəqqəti olaraq din xadimlərindən birinə həvalə oluna bilər.
5.11. Qazılar Şurasının üzvü iclasda iştirak edən Şura üzv lə-
rinin azı 2/3-nin səs çoxluğu ilə Şura üzvlüyündən çıxara bilər.
5.12. Bölgə qazısı cavabdeh olduğu ərazidə fəaliyyət gös tə-
rən dini icmaların, məscidlərin, ziyarətgahların (pirlərin) dini tə-
lim ocaqlarının fəaliyyətinə nəzarət edir və görülən işlər haqqın-
da idarəyə vaxtaşırı hesabat verir.
5.13. Qazılar Şurasının qərarlarını idarənin sədri imzalayır 
və onun qərarları dərhal qüvvəyə minir.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              217
5.14. Qazılar Şurasının fəaliyyəti ilə bağlı bu Nizamnamədə 
nə zərdə tutulmayan və qurultay tərəfindən həll edilməyən mə-
sələlər  idarənin  sədri  tərəfindən  təsdiq  olunan  Qazılar  Şurası 
haq qında Əsasnamə ilə tənzimlənir.
VI. NƏZARƏT-TƏFTİŞ KOMİSSİYASI
6.1. Nəzarət-təftiş komissiyasının say və fərdi tərkibi idarə 
sədrinin təklifi ilə qurultayda müəyyən edilir.
6.2. Nəzarət-təftiş komissiyası yoxlamalar üzrə aktlar tərtib 
edir və onları Qazılar Şurasının növbəti iclasına təqdim edir.
6.3. Nəzarət-təftiş komissiyası:
6.3.1. əmlakın vəziyyətini izləyir və inventarizasiyalar aparır;
6.3.2. dini qurumların maliyyə-təsərrüfat fəaliyyətini təftiş edir;
6.3.3. aşkar edilmiş maliyyə-təsərrüfat pozuntuları haqqın-
da idarənin rəhbərliyinə məlumat verir;
6.3.4. dini qurumların idarəyə təqdim etdikləri maliyyə he-
sabatlarını araşdırır;
6.3.5. İdarənin qurumlarının və vəzifəli şəxslərinin bu Ni-
zam naməyə uyğun fəaliyyət göstərmələrinə nəzarət edir;
6.3.6. zəruri hallarda öz işinə mütəxəssis cəlb edilməsi üçün 
idarə sədri qarşısında təkliflərlə çıxış edir;
6.3.7. daxil olmuş ərizələrə, şikayətlərə və müraciətlərə mü-
vafiq qaydada baxılmasını təmin edir.
VII. İDARƏNİN MÜLKİYYƏTİ VƏ VƏQF ƏMLAKI
7.1.  İdarə  əmlak,  şəxsi  qeyri-əmlak  hüquqlarına  malikdir. 
İda rənin  mülkiyyətindən  bina,  avadanlıq,  nəqliyyat  vasitələri, 
po liqrafiya avadanlığı, kütləvi informasiya vasitələri və qanunla 
qadağan olunmamış hər hansı başqa əmlak ola bilər.
7.2. İdarənin mülkiyyətində vəqf əmlakı ola bilər. Vəqf əm-
lakı xeyriyyə məqsədləri üçün istifadə olunur.
7.3. İdarənin xaricdə də vəqf əmlakı ola bilər.


218                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
7.4. Vəqf mülkiyyəti ayrı-ayrı şəxslərin, təşkilatların, qurum-
ların və dövlətin ianə, xeyriyyə və digər şəkildə verdiyi əm lak və 
torpaq sahəsi, habelə, vəsiyyət edilmiş əmlak hesabına ya ra nır.
7.5. İdarənin maliyyə vəsaiti onun əhatə etdiyi ərazidəki di-
ni qurumların ayırmalarından, öz fəaliyyətindən, əmlakın isti fa-
dəsindən əldə olunan gəlirlərdən, ayrı-ayrı şəxslərin, fondların, 
müəssisələrin, dövlət və ictimai təşkilatların ianələrindən və qa-
nunla qadağan olunmayan digər mənbələrdən yaranır.
VIII. İDARƏNİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
8.1. İdarə hüquqi şəxs kimi müstəqil istehsalat və təsərrüfat 
sahələri, təmir-tikinti, tikinti, bərpa müəssisələri, kənd təsərrüfatı 
məhsulları istehsal edən, dini əşyalar hazırlayan sahələr yarat-
maq və nəşriyyat işi ilə məşğul olmaq hüququna malikdir.
8.2. İdarə hər hansı xarici müəssisə ilə birlikdə müxtəlif tə-
yinatlı istehsalat, mətbəə, ticarət, ictimai iaşə, məişət və digər 
xid mət sahələri yarada və DQİDK-in razılığı ilə dini ədəbiyyat 
nəşr edə bilər.
8.3. İdarə və onun tabeliyində olan dini qurumlar xeyriyyə 
məqsədləri  ilə  müəssisələr,  internatlar,  yeməkxanalar,  qocalar 
və əlillər evləri, xəstəxanalar yarada və digər xeyriyyə işləri hə-
yata keçirə bilərlər.
8.4. İdarə dini mərasimlərin və ayinlərin keçirilməsi barədə 
vaxtaşırı fətva verir. Dini mərasimlər və ayinlər şəriətin tələbləri 
əsa sında  idarənin  təyin  etdiyi  qazılar,  axundlar  (imamlar)  və 
baş qa din xadimlərinin rəhbərliyi altında və onlar tərəfindən ic-
ra olunmaqla keçirilir.
8.5. İdarə xaricdəki dövlət qurumları, qeyri-hökumət təş ki-
lat ları,  dini  mərkəzlərlə,  ziyarətgahlarla, Azərbaycan  diasporu 
və başqa şəxslərlə birbaşa yaxından əlaqələr yarada bilər və ya 
hə  min məqsədlərlə öz nümayəndəliklərini təşkil edə bilər.
8.6. İdarə beynəlxalq İslam təşkilatlarında əhatə etdiyi əra-
zi nin təmsil olunmasına, İslam ölkələri və digər ölkə lər lə döv -


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə