Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə50/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   46   47   48   49   50   51   52   53   ...   83

154                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Azərbaycan xalqı böyük tarixə malik olan bir xalqdır. Ancaq 
müstəqillik dövrümüz o qədər də uzun deyildir. Baxmayaraq ki, 
əvvəlki  dövrlərdə  Azərbaycan  müstəqil  ölkə  kimi  yaşamırdı, 
biz  öz  milli  dəyərlərimizi,  ənənələrimizi  qoruya  bilmişik.  Elə 
et məliyik ki, qloballaşmaya qarşı bəzi dairələrdə olan şübhələr 
ərisin, bu şübhələr aradan götürülsün. Bunu etmək üçün, əlbəttə, 
bü tün dünya birliyi bu məsələ ilə bağlı yəqin ki, öz fikrini bil-
dirməlidir. Bu anlayışa müəyyən düzəlişlər edilməlidir.
Biz öz milli və dini dəyərlərimizə sadiqik. Biz gənc nəsli 
və  tənpərvərlik ruhunda, milli ruhda tərbiyə etmək istəyirik və 
bu nu  edirik.  Eyni  zamanda,  biz  müasirliyə  doğru  uğurla  ad-
dımlayırıq.  Təhsil  sahəsində  böyük  islahatlar  aparılır.  Əmi-
nəm,  bu  gözəl  fürsət  hər  bir  iştirakçıya  imkan  verəcək  ki,  öz 
fi   kirlərini  səmimi,  açıq  şəkildə  bildirsin.  Bu  fikir  mübadiləsi 
bi  zi zənginləşdirəcəkdir. Eyni zamanda, əminəm ki, açıq və sə-
mi  mi fikir mübadiləsi mövcud olan problemlərin də müəyyən 
də  rəcədə aradan qaldırılması üçün gözəl bir fürsət olacaqdır.
Mən bir daha bütün görüş iştirakçılarını səmimiyyətlə sa-
lamlayıram. Bir daha Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm. 
Sammitin  işinə  uğurlar  arzulamaq  istəyirəm.  Ümid  etmək  is-
tə yirəm  ki,  gələcəkdə  də  Bakıda, Azərbaycanda  belə  mötəbər 
tədbirlər keçiriləcək, Bakı haqlı olaraq dünya dinlərinin dialoqu 
və inkişafı üçün beynəlxalq mərkəzlərdən birinə çevriləcəkdir. 
Diqqətinizə görə sağ olun”.
Sonra çıxış edən Şeyxülislam Allahşükür Paşazadə həz rət-
ləri bildirdi ki, Sammitin ünvanına dünyanın bir çox ictimai təş-
ki latlarından və dini birliklərdən çoxlu təbrik məktubları daxil 
olmuşdur.
Daha  sonra  Rusiyanın  Bakıdakı  səfiri  Vladimir  Doroxin 
Pre   zident  Dmitri  Medvedevin  Sammit  iştirakçılarına  təbrik 
mək    tubunu oxudu.
Qafqaz  Müsəlmanları  İdarəsinin  sədri,  Şeyxülislam  Hacı 
Al lahşükür Paşazadə həzrətləri yenidən çıxış edərək dedi:
“Zati-aliləri, möhtərəm cənab Prezident! 
Zati-müqəddəsləri, möhtərəm patriarxlar! 


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              155
Möhtərəm din xadimləri və konfessiya rəhbərləri! 
Hörmətli Sammit iştirakçıları! 
Əziz qonaqlar!
Bu ali məqamda – tarixi zirvə görüşündə bizləri bir araya 
gə tirən və xoş məramlar naminə bəşəri vəhdət yoluna yönəldən 
Uca  Yaradanımıza  həmd-sənalar  edir,  hər  birinizə  xalqımızın 
qədim adəti üzrə “Xoş gəlmisiniz!” deyir və dünya dini li der-
lərinin Bakı Sammitinin işində birgə fəаliyyətimizə uğurlar ar-
zulayıram.
Bu gün öz tarixinin silinməz möhtəşəm səhifələrindən bi-
ri  ni yazan müstəqil Azərbaycan hər zaman müxtəlif xalqla rın, 
mil lətlərin  və  dinlərin  birgə  yaşadığı,  mədəniyyətlərin  qo vuş-
du ğu müqəddəs məkan olmuşdur. Biz sizlərə, müxtəlif din lə rin 
rəhbərlərinə  və  təmsilçilərinə  əldə  etdiyimiz  böyük  nai liy yət-
ləri – tolerantlığımızı, dünyaya açıqlığımızı, din-dövlət mü na-
si bətlərində  qazanılmış  dəyərləri  və  qlobal  problemlərin  həlli 
yol larında birgə əməkdaşlığımızı nümayiş etdirmək üçün Bakı 
Sam mitinə toplaşmışıq. Bu gün burada bir araya gəlməyimiz, 
şübhəsiz ki, dünya miqyasında dinlərarası dialoq və əməkdaşlıq 
sahəsində yeni mərhələ, irəliyə atılmış böyük addımdır. Ümid-
varam ki, bəşəriyyətin ümumi maraqları və qlobal problemlərin 
–  terrorizmin,  dini  fanatizmin,  ekstremizmin  və  separatizmin 
ara dan  qaldırılması  naminə  dinlərarası  və  mədəniyyətlərarası 
mü nasibətlərin inkişafına yeni təkan verən bu tədbir tarixi əhə-
miyyətli bir hadisəyə çevriləcəkdir.
Bildiyiniz kimi, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan 
Res  publikasının  böyük  bir  tarixi  mərhələsi  Ümummilli  lide-
ri  miz  Heydər  Əliyevin  adı  ilə  bağlıdır.  Ulu  Öndər  ictimai-si-
ya si  həyatın  bütün  sahələrində,  o  cümlədən  dövlət-din  mü na-
si bətlərinin  tənzimlənməsində,  dini  etiqad  azadlığının  tə mi-
na tında,  dini-mənəvi  dəyərlərin  qorunmasında  müstəsna  xid-
mət lər göstərmiş və bu sahədə özündən sonra böyük siyasi və 
dövlətçilik  təcrübəsi  miras  qoymuşdur.  Heydər  Əliyev  siyasi 
xəttini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əli-
yev bu gün Azərbaycanın iqtisadi qüdrətinin, mədəni intibahı-


156                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
nın və beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsi 
üçün böyük işlər görür. Eyni zamanda, tarixi mədəniyyət abi-
də lərinin, məscid və ziyarətgahların, xristian, yəhudi və digər 
dinlərə məxsus məbədlərin bərpası və təmiri, dilindən və dinin-
dən asılı olmayaraq ölkənin bütün vətəndaşlarının etiqad azadlı-
ğının qorunması və dini ehtiyaclarının təmin olunması – bütün 
bunlar Azərbaycanın dini-mənəvi mühitini əks etdirən real gös-
təriciləridir.
Tolerantlığın  Azərbaycanda  çox  möhkəm  təməl  sütunla-
rı, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri vardır. Bu 
gün mötəbər iştirakı ilə bizi şərəfləndirən əziz qardaşım, Zati-
müqəddəsləri, Moskva və Bütün Rusiyanın Patriarxı, möhtərəm 
Kirill həzrətlərini, bütün ermənilərin Patriarx-katolikosu II Qa-
regin həzrətlərini, eləcə də məclisimizə təşrif gətirmiş pravoslav 
kilsəsinin görkəmli nümayəndələrini aramızda görməkdən bö-
yük məmnunluq duyuruq. Roma Papası, Zati-aliləri Benediktin 
və  Zati-müqəddəsləri Varfolomeyin  şəxsi  təmsilçilərinin  Bakı 
Sammitində  iştirakı  bizim  son  dövrlərdə  möhkəmlənən  əla-
qələrimizin göstəricisidir.
Müsəlman dünyasının tanınmış dini liderlərinin, mənim əziz 
din qardaşlarımın, İslam Konfransı Təşkilatı nümayəndələrinin, 
İSESKO-nun  Baş  direktoru  hörmətli  Əbdüləziz  Tüveycri 
c ənablarının, o cümlədən Yaxın və Uzaq Şərqin, Mərkəzi Asi-
yanın,  Qafqazların  nüfuzlu  din  xadimlərinin,  həmçinin  başqa 
dini  cərəyan  nümayəndələrinin  dəvətimizi  qəbul  edərək  Bakı 
Sammitinə təşrif gətirmələri Azərbaycan Respublikasının dialoq 
apar maq mədəniyyətindən, müxtəlif əqidəli insanları bir araya 
top lamaq istəyindən xəbər verir, ayrı-ayrı millətlər və dinlərin 
nü mayəndələri  arasındakı  münasibətlərdən  yaranan  qürur  və 
hör mət hissini artırır.
Möhtərəm Sammit iştirakçıları!
Bu  gün  “qloballaşma”  məfhumu  altında  həyatımıza  daxil 
olan bir sıra problemlər əslində bizdən – dövlət, din və elm xa-
dimlərindən vahid ideya ətrafında birləşməyi tələb edir. Biz, din 
xadimləri  bu  problemlərin  yaranma  səbəblərini  İlahi  qanuna-


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə