Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə46/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   42   43   44   45   46   47   48   49   ...   83

142                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Sovet dövründə Azərbaycanda İslam, yaxud İslamla bağlı 
mə dəniyyət tarixi çox zəif, həm də təhrif edilmiş şəkildə tədqiq 
edil mişdir. Ümummilli Liderimiz Heydər Əliyev cənabları “İs-
lam sivilizasiyası Qafqazda” adlı Beynəlxalq Simpozium da çı-
xış edər kən deyirdi: “Azərbaycan alimləri çox nadir, müs təs na 
hal larda islamşünaslıqla, İslam dininin tədqiqi ilə məşğul olur, 
bu ba rədə kitab yazırdılar. Bəziləri bundan qorxurdular, çə ki-
nirdilər. Zi ya Bünyadov və Cahangir Qəhrəmanov kimi İs lam la 
məşğul olan görkəmli alimlər az idilər. XX əsrdə Azər bay can -
da islamşünaslıq sahəsində demək olar ki, heç bir tədqiqat ol   -
mamışdır”.
95
1990-cı  illərin  əvvəllərində  Şeyxülislam Allahşükür  Paşa-
za dənin  məsləhətçiliyi  və  redaktorluğu  ilə  müqəddəs  Qurani-
Kərim akademiklər - Ziya Bünyadov və Vasim Məmmədəliyev 
tə rəfindən Azərbaycan dilinə tərcümə edildi.
Bundan  qısa  müddət  sonra  Şeyxülislam  həzrətlərinin  bir-
bi rinin ardınca iki kitabı – “Qafqazda İslam: tarix və müasir-
lik”, həmçinin “İslamda ümmət və şüubilik” kitabları işıq üzü 
gör dü. Bir qədər sonra “İrşad” İslam Araşdırmaları Mərkəzinin 
nəşr etdiyi “İslam araşdırmaları” məcəlləsində Hacı Allahşükür 
Paşazadənin “Qurani-Kərimin təfsiri və tərcüməsinin metodo-
loji  əsasları”,  “Qurani-Kərimin  təfsiri:  yaranması,  məktəbləri 
və metodoloji əsasları”, “Qurani-Kərimin ecazkarlığı” və s. mə-
qalələri dərc olundu.
“Qafqazda İslam” kitabının “İslam və elm” adlanan axırın cı 
böl məsində Şeyxülislam bir daha sübut edir ki, qədim və müa-
sir tarixçilərin, filosof və din xadimlərinin elmi irsinə nə qə dər 
dərindən  bələddir.  Kitab AMEA-nın  Z.Bünyadov  adına  Şərq-
şünaslıq İnstitutunda müzakirə olunarkən Şeyxülislam Allahşü-
kür Paşazadə təkcə din xadimi kimi deyil, həm də istedadlı ta-
rixçi və filosof kimi tanındı.
Bu kitabların nəşrindən altı il sonra 1998-ci ildə Şeyxül is-
lam Allahşükür Paşazadə həzrətlərinin “Quranın təfsiri və tər-
95 
Azərbaycan Prezidenti Heydər Əliyevin “İslam sivilizasiyası Qafqazda” möv zu-
sun  dakı Beynəlxalq Simpoziumda nitqi. “Azərbaycan” qəzeti, 12 dekabr 1998-ci il.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              143
cü məsi tarixi” adlı kitabı işıq üzü gördü. Nəşr edilən bu kitablar 
ba rədə görkəmli alim, akademik Ziya Bünyadov yazırdı: “İstər 
“Qafqazda İslam”, istərsə də “İslamda ümmət və şüubilik” əsər-
lərində  hər  şeydən  əvvəl  fəlsəfi  ümumiləşdirmələr  aparılmış, 
Şeyx  sübut  etmişdir  ki,  İslam  Qafqazda  və  başqa  regionlarda 
hərbi-iqtisadi işğal nəticəsində deyil, öz mədəni qüdrəti, mə nə-
viy yat yaratma imkanları sayəsində yayılmışdır”.
96
“Quranın  təfsiri  və  tərcüməsi  tarixi”  geniş  mənbəşünaslıq 
üzə rində  hazırlanmışdır.  Müəllif  bir  çox  Orta  əsr  müsəlman  
alim  lərinin,  o  cümlədən  Cəlaləddin  Siyutinin,  İlməddin  Sə-
xa   vinin,  Mühasibinin,  Mücahidin,  Nəvəvinin,  Şeyx  Səduqun, 
Şeyx Müfidin, Səlahəddin Səfədinin, Rağib əl-İsfəhaninin, İbn 
Xa ləveyhin, İbn əl-Cəzərinin, Küleyninin və başqalarının, ha-
belə Təbəri, İbn Quteybə, İbn Kəsir, Qurtubi, Beyzavi, Tə bərsi, 
Tusi kimi mötəbər müfəssirlərin əsərlərini, Quranın təd qiqi sa-
hə sində Qərb məktəbi nümayəndələrinin – A.Rippinin, R.Bla-
şerin, A.Arberrinin, F.Hittinin, Yusif Əlinin, Muhəmməd Əli nin 
ki tablarını da tədqiqata cəlb edə bilmişdir.
97
Əsərin bu hissəsinə qədər biz Şeyxülislam Allahşükür Pa-
şa zadənin islamşünaslıq və quranşünaslıq sahəsində göstər di yi 
el mi xidmətin yalnız bir qismini açıqlaya bildik. Şeyxülislamın 
qeyd etdiyimiz əsərləri müstəqillik illərində Azər baycanda islam-
şü  naslığın inkişafına güclü təsir göstərən, Azər baycan islamşü-
naslığında bir sıra metodoloji məqamların də qiqləşdirilməsinə, 
is tilahların işlədilməsi ilə bağlı yaranan çətin lik lərin müəyyən 
də rəcədə aradan qaldırılmasına kömək edən, həm çinin müasir 
Azər baycan islamşünaslığı üçün olduq ca aktual olan və bö yük 
əhə miyyət kəsb edən əsərlərdir. Azər bay canda elmi is lam şü nas-
lığın yaranması və inkişafının təməli bu cür əsərlərlə qoyulur.
Bundan əlavə, Şeyxülislamın elmi fəaliyyətinin bö yük bir 
qis mini də onun beynəlxalq elmi konfranslarda etdiyi məruzələr 
təşkil edir. Fransa, Şri-Lanka, ABŞ, Kanada, İran, Türkiyə, İor-
daniya, Səudiyyə Ərəbistanı, Əfqanıstan, İraq, Küveyt, Suriya 
96 
Hüseynqulu Məmmədli. Qafqazda İslam və şeyxülislamlar. səh. 169.
97 
Rafiq Yəhya oğlu Əliyev. Şeyxülislam. İctimai xadim. Alim. Bakı-1999, səh. 76-77.


144                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
və s. ölkələrdə keçirilən konfranslarda iştirak edən Şeyxülislam 
Allahşükür Paşazadə maraqlı elmi məruzələrlə çıxış etmişdir.
Şeyxülislam Allahşükür Paşazadənin elmi fəaliyyəti nəinki 
öl kəmiz  daxilində,  hətta  onun  hüdudlarından  kənarda  yerləşən 
xa rici ölkələrdə, o cümlədən ərəb ölkələrində nüfuzlu elm mər-
kəz ləri tərəfindən etiraf edilmişdir. Şeyxülislam həzrətləri tarix 
elmləri  doktoru, Azərbaycan  Milli Yaradıcılıq Akademiyasının 
hə qiqi üzvü, Vəli Axundov adına Azərbaycan Milli Elmi-Tədqiqat 
Pro filaktika İnstitutunun Elmi Şurasının fəxri üzvü, Azərbaycan 
Milli  Elmlər  Akademiyasının  Z.Bünyadov  adına  Şərq şünaslıq 
İns titutunun  elmi  məsləhətçisi,  İordaniya  İslam  Mə dəniyyətini 
təd qiq edən Kral Akademiyasının müxbir üzvüdür.
Elmə  yüksək  dəyər  verən  Şeyxülislam  həzrətlərinin  təklifi 
ilə  Qafqaz  Müsəlmanları  İdarəsi  nəzdində  Elmi-Dini  Şura  ya-
radılır. Akademik Vasim Məmmədəliyev Elmi-Dini Şuraya sədr 
seçilir. Fəaliyyətə başladığı qısa müddət ərzində Elmi-Dini Şu ra-
nın həyat qabiliyyətli qurum olduğu və qarşısına qoyduğu məq-
sədləri yerinə yetirmək iqtidarına malik olduğu sübuta yeti rilir.
Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətləri elmin, o 
cümlədən ilahiyyat elmlərinin daim dinamikada olması, təbliğ və 
təşviqi üçün dialoq və polemikalardan istifadə etmək zərurətini 
xüsusi qeyd edir, müsəlman ilahiyyatçılarını bu prosesdə yaxın-
dan iştirak etməyə dəvət edir: “İslam bu gün müxtəlif iman və 
əqidələr, cürbəcür həyat tərzləri və dünya duyumları ilə yanaşı 
mövcuddur. Odur ki, Sonuncu Vəhy dini öz ətrafındakı aləmin 
rəngarəngliyini,  bu  aləmin  onun  ardıcıllarına,  nəticə  etibarilə 
müx təlif şəkildə təsir etmək imkanı olduğunu etiraf etməli, elə-
cə də özünün İslam dünyasından fərqli bir aləmə güclü təsir gös-
tərə biləcəyini nəzərə almalıdır. Deməli, müsəlman alimləri bi-
dətçilikdə günahlandırılmaqdan ehtiyat edib müasir dövrün va-
cib məsələlərindən, eləcə də öz dinlərinin tarixi, bu dinin necə 
təşəkkül tapması və indiki nəsillərə necə gəlib çıxması haqqında 
suallardan çəkinməməlidirlər”.
98
98 
Hacı Xanəli Babayev. Şeyxülislam Allahşükür Paşazadə: Elmlə dinin vəhdəti. səh. 
26-27.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə