Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə44/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   40   41   42   43   44   45   46   47   ...   83

136                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Kral Akademiyasına müxbir üzv, 2001-ci ildə isə həqiqi üzv se-
çilmişdir. O, Beynəlxalq Fiqh Akademiyasının həqiqi üzvüdür, 
həmçinin 2008-ci ildə yaradılmış Beynəlxalq Fiqh Təşkilatının 
təsisçilərindən biridir. Şeyxülislam həzrətləri 1992-ci ildə dok-
torluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi 
dərəcəsi almışdır. 
Şeyxülislam  Allahşükür  Paşazadə  Azərbaycan  Ziyalıları 
Mil   li Elmi Yaradıcılıq Qurumunun akademiki və Bakı Dövlət 
Uni   versitetinin professorudur. O, tarix və ilahiyyat üzrə “Qafqaz-
da  İslam”,  “İslamda  ümmət  və  şüubilik”,  “Quranın  təfsiri  və 
tər cüməsi  tarixi”  monoqrafiyalarının,  “Qurani-Kərimin  ilahi 
hökm ləri  və  öyrənilməsi”,  “İslamda  şəhidlik”, “Milli  mü na si -
bətlər və din”, “Qurani-Kərimin ecazkarlığı”, “Qurani-Kə rim -
də insan təbiəti” mövzularında elmi əsərlərin və çox sayda mə-
qalələrin müəllifidir. Şeyxülislam həzrətləri İslam tarixi abi də-
lərinin, qədim əlyazmalarının üzə çıxarılması, mübadiləsi və s. 
sahələrdə bir sıra elmi axtarışlar həyata keçirmişdir.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublika-
sı Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspertlər 
Şurasının üzvüdür. O, onadək kitabın elmi redaktorudur.
Şeyxülislam  Allahşükür  Paşazadə  2005-ci  ildə  “Şeyxül-
is lam  ordeni”ni  təsis  etmişdir.  Sülhün,  tolerantlığın  bərqərar 


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              137
edil  məsi,  mənəvi  dəyərlərin  qorunub  saxlanılması  və  inkişafı 
istiqamətində  böyük  xidmətlərə  görə  təqdim  edilən  bu  orden 
ilk dəfə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əli ye-
və (ölümündən sonra) təqdim olunmuşdur. Bu ali mükafat in-
diyədək Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əli ye-
və,  Rusiya  Federasiyasının  Prezidenti  Vladimir  Putinə,  İslam 
Əmək daşlıq  Təşkilatının  Baş  katibi  Ekmələddin  İhsanoğluna, 
Moskva və Bütün Rusiya Patriarxı II Aleksiyə,  Turkiyənin Baş 
naziri  Rəcəb  Tayyib  Ərdoğana,  Özbəkistan  Prezidenti  İslam 
Əbdülqəni  oğlu  Kərimova,  Moskva  və  Ümumrusiya  Patriarxı  
Ki rillə, Ümumgürcüstan Katolikos-Patriarxı II İliyaya və Türk-
mə   nistan Prezidenti Qurbanqulu Məlikquliyeviç Ber di mə həm  -
mədova təqdim olunmuşdur.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikası 
Pre zidenti yanında Əfv Komissiyasının üzvüdür.
Dini  maarifin,  İslamın  elmi  şəkildə  tədrisinin  təəssübünü 
çə kən Şeyxülislam həzrətləri 1991-ci ildə Bakı İslam İnstitutu-
nu təsis etmişdir. 1997-ci ildən universitet statusu almış bu ali 
di  ni təhsil ocağının hazırda məzun və tələbə bazası durmadan 
art  maqdadır.
1998-ci  ildə  Hacı  Allahşükür  Paşazadənin  təşəbbüsü  ilə 
Qaf    qaz Müsəlmanları İdarəsi nəzdində görkəmli elm və din xa-
dim lərinin daxil olduğu Elmi-Dini Şura yaradılmışdır. Bundan 
əla və, idarə nəzdində “Ürfan” ədəbi məclisi də fəaliyyət göstərir.
Şeyxülislam Allahşükür Paşazadə ziyarət, dini əməkdaşlıq, 
ha belə müxtəlif elmi, dini konfrans və tədbirlərdə iştirak məq-
sədilə Səudiyyə Ərəbistanı, Rusiya, Belarus, Gürcüstan, Qa za-
xıs tan, ABŞ, Kanada, Fransa, Türkiyə, İtaliya, İordaniya, Kü-
veyt, Hollandiya, Hindistan, Pakistan, Əfqanıstan, Liviya, İraq, 
İran, Misir, Şri-Lanka, Mərakeş, Malayziya, İsveçrə, Sudan, Se-
neqal, Çad və başqa xarici ölkələrdə səfərdə olmuşdur.
Şeyxülislam həzrətləri bir sıra tanınmış elm və din mər kəz-
lərində mühazirələr oxumuşdur. Onun yaddaqalan müha zi rə lə-
rindən biri ABŞ-ın tanınmış Yyel Universitetində oxunmuşdur 
(2008). 


138                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Şeyxülislam  Allahşükür  Paşazadənin  həyat  və  fəaliyyəti 
ba rədə “On ikinci Şeyxülislam”, M.Quluzadənin “Mərhəmətli 
və  şəfqətli  qəlb”,  R.Əliyevin  “Şeyxülislam:  ictimai  xadim, 
alim”, A.Mansurzadənin “Bizim bir Şeyximiz var”, A.Ağayevin 
“Mü qəddəs  ömrün  anları”, V.İbayevin  “Qafqaz  Müsəlmanları 
İdarəsi  və  Ermənistan-Azərbaycan  münaqişəsi”,  X.Babayevin 
“Şeyxülislam Allahşükür Paşazadə: elmlə dinin vəhdəti”, Şey-
xülislamlığının 25 illiyi münasibətilə “İki əsrin Şeyxülislamı”, 
“25 il Şeyxülislam” kitabları çap olunmuşdur.
Şeyxülislam Allahşükür Paşazadənin böyük əhəmiyyətə ma-
lik dini-ictimai fəaliyyəti daim yüksək dəyərləndirilmiş və o, bir 
çox ali mükafatlarla təltif olunmuşdur: SSRİ-nin “Xalqlar dost-
luğu” ordeni (1988), Misirin I dərəcəli “əl-Elm və əməl” (1992) 
ordeni, Azərbaycan Respublikasının “Şöhrət” (1994), “İs tiqlal” 
(1999) və “Şərəf” (2009) ordenləri, Çeçenistan Respub likasının 
“Millət qəhrəmanı” ordeni (1998), Rus Pravoslav Kilsəsinin I 
də rəcəli “Müqəddəs Vladimir” (2001) və I dərəcəli “Sergi Ra-
donejski” (2005) ordenləri, Gürcüstan Respublikasının “Şərəf” 
(2002)  ordeni,  Vatikanın  “Müqəddəs  Qreqori”  ordeni  (2005), 
Ru siya  Federasiyasının  “Dostluq”  (2006)  ordeni,  İordaniya 
Kral  lığının I dərəcəli “Kral Hüseyn” ordeni (2007), Rus Pravos-
lav Kilsəsinin “Şöhrət və Şərəf” ordeni (2009), Gürcüs tan Res-
pub likasının  “Qoyunun  qızıl  dərisi”  ordeni  (2009),  Daş kənd 
İs lam  Universitetinin  qızıl  medalı  (2011),  Beynəlxalq  Təh lü-
kə  sizlik  Komitəsinin  (İNTRESAFETY)  “Cəmiyyət  qarşısında 
xid  mətlərinə görə” Beynəlxalq qızıl medalı (2011), “Dədə Qor-
qud” Milli Xeyriyyəçilik Fondunun “Vətən övladı” qızıl medalı 
(2012), “Krans Montana” Forumunun qızıl medalı (2013), Bela-
rus Pravoslav Kilsəsinin I dərəcəli “Svyatitel Kiril Turovski” or-
deni (2013) və s.
2009-cu ilin iyununda Hacı Allahşükür Paşazadə MDB mü-
səlman dini liderlərinin Məşvərət Şurasının sədri, iyulunda isə 
YUNESKO yanında yaradılan din xadimlərinin yüksək sə viy-
yəli Məşvərət Qrupunun üzvü seçilmişdir.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə