Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə41/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   37   38   39   40   41   42   43   44   ...   83

126                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Faciənin ilk günündə, günortaya yaxın “Vətən” Cəmiyyətinin 
teleksi Şeyxülislam Allahşükür Paşazadənin haray dolu, səbəb-
karları lənətləyən məktubunun mətnini yayımladı:
“SSRİ Ali Sovetinin Sədri Mixail Qorbaçova.
Surəti: BMT-nin Baş katibi Havyer Peres de Kuelyara.
Bütün dövlətlərin və dinlərin başçılarına.
Yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı günlər Bakı-
da törədilən vəhşiliklər heç bir ölçüyə sığmır. Şəhərin küçələri 
yüzlərlə günahsız qurbanların qanına boyanmışdır. Onların ara-
sında uşaqlar, qadınlar və qocalar da vardır. Tankların tırtılları 
al tında qalmış, pulemyot və avtomatlarla tikə-tikə edilmiş cə-
səd lər insanı dəhşətə gətirir…
Nə qədər kədərli olsa da mənim sözlərim Azərbaycan xalqı-
nın sonsuz kədərini, milyonlarla insanın üzərinə hakim kəsilmiş 
müsibəti çatdırmaq iqtidarında deyil. 
Mən bunları ona görə demirəm ki, siz bizim dərdimizə şərik 
ola sınız,  halımıza  acıyasınız.  Bu,  mənim  bütün  xalqım  üçün 
təh qir olardı. Bu, mənim şəhid olmuş həmvətənlərimin ruhunu 
təh qir etmiş olardı…
Bir  dövlət  başçısı  kimi  sizin  imzanızla  törədilən  bu  qanlı 
qır ğına, bu dəhşətli cinayətə heç bir bəraət ola bilməz…
Qoşunların  yeridilməsi  üçün  uydurulmuş  bütün  səbəbləri 
Azər baycan xalqı nifrət və qətiyyətlə rədd edir. Həmin sə bəb-
lər  dən biri də guya Sovet dövləti üçün təhlükə sayılan “İslam 
fak  toru”dur. Bununla əlaqədar mən aşağıdakıları bildirirəm:
İman  əhli  olmaq,  o  cümlədən  İslam  mənsubiyyəti  əslində 
gü nah  hesab  edilən  şovinizmdən,  milli  lovğalıqdan  uzaq  ol-
maq deməkdir. Çox yaxşı bilirsiniz və bunu mənim sizə vaxtilə 
dediklərim də sübut edir ki, Zaqafqaziyanın müsəlman ruhaniləri 
siyasi və millətlərarası münaqişələrdə dindən silah kimi istifadə 
etmək niyyətində olmamışlar. Çox yaxşı bilirsiniz ki, diyarımız-
da baş verən hadisələrin ən ağır anlarında İslam ağıla və bütün 
məsələlərin dinc yolla həllinə çağırmışdır.
Belə olduğu halda uydurma “İslam faktoru”nu hərc-mərc-
lik törədən səbəb kimi araya atmaq qəzəb doğurmaya bil məz. 


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              127
Ta mamilə  aydındır  ki,  bununla  müəyyən  məqsəd  güdülmüş-
dür.  De mək,  müsəlmanları  xristianlara  qarşı  qoymaqla  mil-
lətlərarası toq quşmaları daha da kəskinləşdirmək niyyəti gü-
dülmüşdür.
Bilin ki, bu faciə ilə bağlı əsl həqiqəti dünya ictimaiyyətinə 
çatdırmaq  üçün  əlimizdən  gələni  edəcəyik.  Bir  dövlət  ki,  im-
periya hökmranlığı niyyəti ilə millətlərarası çaxnaşmanı aradan 
qaldırmaq əvəzinə onu daha da qızışdırır, bir dövlət ki, öz ordu-
sunu öz vətəndaşlarının qatilinə çevirir, bir dövlət ki, öz adam-
larına  layiqli  güzərandan  daha  çox  ölmək  hüququ  verir,  belə 
dövlət ancaq nifrətə layiqdir.
Bakıda canlı insan ürəklərinə tuşlanmış güllələr milyonlarla 
in sanın Yenidənqurmaya olan son ümidlərini məhv edən bir atəş 
idi.
Özlərini  əsl  işğalçı  kimi  aparan  cəza  qoşunlarını  Bakıya 
yeritməklə siz sovet hökumətini rüsvay etdiniz və bununla təs-
diq etdiniz ki, müstəqillik və xalqların ləyaqəti kimi anlayışlar 
bu hökumətə tamamilə yaddır. Siz bununla özünüzü bir siyasi 
xadim və bacarıqsız bir dövlət başçısı kimi ifşa etdiniz. Sizin 
haq qınızda  yaranmış  bir  əfsanə  də  puç  oldu,  çünki  bir  əli  ilə 
xarici məmləkətlərlə sülh sazişi, o biri əli ilə öz vətəndaşlarına 
qarşı cəza tədbirləri imzalayan adamı “Sülh uğrunda mübariz” 
adlandırmaq ən azı ləyaqətsizlikdir.
Ən qanlı müharibələrdə də həkimlərə, tibbi yardım gös tə-
rən lərə atəş açılmamışdı. Sizin əmrinizlə Bakıya hücum edən 
qoşunlar  yaralananlara  kömək  göstərən  iki  həkimi  də  gül lə-
ləmişlər.
Bütün Azərbaycan xalqının iradəsini ifadə edərək mən Ba-
kıdan  qoşun  hissələrinin  dərhal  çıxarılmasını  qətiyyətlə  tələb 
edirəm. Heç bir xalqla, həmçinin azərbaycanlılarla silah gücüylə 
danışmaq olmaz. Bu 10 gün Əfqanıstandakı kimi 10 il davam 
edə bilər. Lakin gec-tez ədalət və haqq işi qələbə çalmalıdır. Al-
lahın izni ilə bu haqq işi Azərbaycanda da qalib gələcəkdir.
Məhz buna görə mənim xalqımın ən yaxşı oğul və qızları 
özlərini sovet qoşunlarının güllələrinə sipər etdilər. Dərin inam 


128                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
hissiylə üzümüzü Allaha tutur və Onun ulu dərgahından bu gün 
şə hid olan balalarımız üçün rəhmət diləyirik. Qoy Allah bu fə-
lakəti mənim xalqımın başına gətirənləri, bu işə rəvac ve rən ləri 
zəlil etsin!
Ya  Rəbb,  vətənimizin,  elimizin,  bu  ağır  günündə  bizlərə 
özün kömək elə. Amin!”.
85
Bu, o dövr üçün görünməmiş cəsarət və atılan addım idi. 
Azərbaycan ziyalılarının, hakimiyyət dairələrinin, xalq nüma-
yəndələrinin  psixoloji  gərginlikdə  olduğu  və  heç  bir  əməli  iş 
görmədikləri  anda  bu  cür  müraciətin  Şeyxülislam Allahşükür 
Paşazadə tərəfindən bütün dünyaya göndərilməsi hadisənin ma-
hiyətini  dünya  ictimaiyyətinə  olduğu  kimi  çatdırmaq  və  mə-
sələlərdən çıxış yolu tapmaq baxımından ölçüyəgəlməz dərəcədə 
əhəmiyyətli idi. Heç bir təhlükə və çətinlikdən qorxmayan Şey-
xülislam həzrətləri tərəddüd etmədən fikrini açıq bəyan etməklə 
ya naşı, şəhidlərin layiqli dəfn mərasiminin önündə dayandı və 
mə rasimə ağsaqqallıq etdi.
Şeyxülislam Allahşükür Paşazadənin bu cəsarətli ad dı mın   -
dan sonra yanvarın 21-də Azərbaycan Respublikası Ali So  ve-
ti nin Sədri Elmira Qafarovanın bəyanatı səsləndi: “Əziz həm-
və tənlər!  Azərbaycan  xalqı,  respublikanın  bütün  və tən daş ları 
adın dan Azərbaycan SSRİ-nin suverenliyinin kobudcasına po -
zulması və Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi ilə 
bağlı qəti etirazımı bildirirəm. Azərbaycan xalqı öz oğul və qız-
la rının faciəli surətdə həlak olmasını heç zaman heç kəsə ba ğış-
lamayacaqdır…”
86
Bundan  iki  gün  sonra,  yəni  yanvarın  22-də  Azərbaycan 
SSRİ Ali Sovetinin sessiyası çağırılsa da Şeyxülislam həzrətləri 
bu sessiyada iştirak edə bilmədi. Çünki İsmayıl Şıxlı, Arif Mə-
li kov,  Arif  Mansurov  və  başqalarının  xahişi  ilə  Şeyxülislam 
Allah şükür Paşazadə Təzəpir məs ci din də şəhidlərin dəfn mə ra-
si minə başçılıq edirdi.
85 
Hüseynqulu Məmmədli. Qafqazda İslam və şeyxülislamlar. səh. 155-157.
86 
Həmin mənbə, səh-158.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə