Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə40/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   36   37   38   39   40   41   42   43   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              123
ən yüksək xitabət kürsülərindən etdiyi çıxış və məruzələrində 
dünya ictimaiyyətinin diqqətinə çatdırır, bölgəmizdə sülhün və 
əmin-amanlığın möhkəmləndirilməsi ilə bağlı geniş təbliğat işi 
aparır.
Qarabağ probleminin sülh yolu ilə həll olunması üçün əlin-
dən gələni əsirgəməyən Şeyxülislam Allahşükür Paşazadə də-
fə lərlə ermənilərin dini liderləri ilə görüşmüş, münaqişənin di-
ni müstəviyə keçməsinə imkan verməmişdir. O, 1988-ci ildən 
baş  layaraq erməni kilsəsinin rəhbərlərini Qarabağ məsələsi ilə 
bağlı konstruktiv dialoqa dəvət etmişdir.
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin 
həl   lində və beynəlxalq aləmdə Ermənistanın təcavüzkar dövlət 
ki  mi tanınmasında Şeyxülislam Allahşükür Paşazadənin rolu bö-
yükdür. 
Şeyxülislam həzrətləri 1988-ci ildə I Vazgenlə ilk, 1993-cü 
ildə Ümumdünya Kilsələr Şurasının xətti ilə Cenevrədəki son 
görüşündə, həmçinin dünyanın mötəbər dini təşkilatlarının xətti 
ilə reallaşan çoxsaylı səfərlərində həmişə sülh tərəfdarı olduğu-
nu bildirərək xatırlatmışdır: “Dini məfkurəyə xidmət edən şəxs 
milli təcridə, insan qırğınına xeyir-dua verə bilməz. Öz xalqının 
rifahına  çalışan  din  xadimi  başqa  xalqlarla  münasibətdə  əda-
lətsiz  mövqe  tutmamalıdır.  Ermənilər  azərbaycanlılara  mü na-
sibətdə bu vacib cəhətlərə məhəl qoymur və unudurlar ki, başqa 
xalqın torpaqlarına göz dikib işğalçılıq siyasəti aparmaqla gə-
ləcək nəsillərini təhlükə altında qoyacaqlar.
Azərbaycanlılar düşməni bağışlaya bilər, lakin heç vaxt əzəli 
torpaqlarını onlara verməz. Bu gün ermənilər işğal etdikləri tor-
paqları həqiqi sahiblərinə qaytarmaqla gələcək nəsillərini xilas 
etmiş olarlar”.
84
Dünya  miqyasında  nüfuzlu  təşkilatlardan  biri  olan  İslam 
Konfransı Təşkilatı (indiki İslam Əməkdaşlıq Təşkilatı) dünya 
siyasətinə təsir etməklə Azərbaycanın işğal olunmuş torpaqla-
rı nın  azad  olunmasına  kömək  edə  bilərdi.  Məhz  Şeyxülislam 
hə z rətlərinin  bu  beynəlxalq  qurum  daxilində  fəaliyyətləri  nə-
84 
Həmin mənbə, səh. 159-160.


124                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
ti   cəsində  1992-ci  ildə  İstanbulda  keçirilmiş  növbədənkənar 
və 1993-cü ildə Kəraçidə keçirilmiş növbəti konfransda İslam 
Konfransı Təşkilatı Ermənistanı təcavüzkar dövlət kimi tanıdı, 
er məni  qoşunlarının  Azərbaycan  torpaqlarından  çıxarılmasını 
tə ləb etdi.
Konfransın qəbul etdiyi qətnamədə erməni təcavüzü pis lə-
nil məklə yanaşı, Birləşmiş Millətlər Təşkilatından (BMT) tələb 
edildi ki, Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 
884 saylı qətnamələrinə əməl olunsun və onların tələbləri yerinə 
yetirilsin.
BMT ilə yanaşı bəzi dövlətlərin, o cümlədən dünyanın he-
gemon dövlətlərindən olan Rusiya ilə ABŞ-ın da Ermənistanı 
in diyədək  təcavüzkar  kimi  tanımaması  müqabilində  İslam 
Konfransı Təşkilatının aydın və qəti mövqeyi Şeyxülislam həz-
rət lərinin beynəlxalq səviyyədə Ermənistan-Azərbaycan, Dağ-
lıq Qarabağ münaqişəsinin dinc yollarla həlli sahəsində yorul-
maz fəaliyyətinin məntiqi nəticəsidir.
İslam Konfransı Təşkilatının tamhüquqlu üzvü olan Azər-
bay   canı bu beynəlxalq quruma tanıdan, ölkəmizi İslam dövlətləri 
ailə   sinə qovuşmasında məhz Şeyxülislam Allahşükür Paşazadə 
müstəsna rol oynamışdır.
Azərbaycanın  uğurları  naminə  fəaliyyətini  davam  etdirən 
Şey  xülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə 1994-cü ildə 
Ba kıda Ümumdünya İslam Xalq Rəhbərliyi İdarə Heyətinin növ-
bəti toplantısı keçirilir. Toplantının Bakıda təşkil olunmasından 
məqsəd 35 ölkənin 60-a yaxın səlahiyyətli nümayəndəsinin Er-
mənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəti cə ləri 
ilə bilavasitə münaqişə bölgəsində tanış olması idi. Həmin ilin 
yayında Şeyxülislam həzrətləri əldə etdiyi uğurlara görə Azər-
baycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Şeyxülislam Allahşükür Paşazadənin səyləri sayəsində Həcc 
ziyarətinə gedənlərin sayı 1989-cu ildə 3 nəfərdən 1999-cu ildə 
1200 nəfərə çatdırıldı. Belə ki, Milli Məclis 1992-ci ildə “Dini 
etiqad  azadlığı  haqqında”  qəbul  etdiyi  qanuna  Şeyxülislam 
həzrətlərinin təkidi ilə 1996-cı ildə yenidən baxaraq dindarların 


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              125
və dini idarənin fəaliyyətinin daha da genişləndirilməsi barədə 
növbəti müddəalar əlavə etdi. 
Məhz  bu  müddəalar  sayəsində  Şeyxülislam  Allahşükür 
Paşazadə öz ali məqsədlərini qadağalarsız həyata keçirmək im-
kanı qazandı. Bu gün imkan və istəyi olan hər bir Azərbaycan 
vətandaşı  Həcc  ziyarətinə  istədiyi  ildə  gedə  bilər.  Bütün  bu 
nailiyyətlər Şeyxülislam həzrətlərinin gərgin əməyi və fəaliyyəti 
nəticəsində əldə olunmuşdur. 
Şeyxülislam Hacı Allahşükür Paşazadə 20 Yanvar faciə si-
nin, Xocalı soyqırımının ildönümləri, 31 Mart soyqırımı günü 
ilə  bağlı  mütəmadi  olaraq  dünya  ölkələrinin  dövlət  başçıları, 
parlamentləri və xalqlarına, həmçinin nüfuzlu beynəlxalq təş ki-
latlara müraciətlər ünvanlayır, onları Ermənistanın Azər bay ca na 
qarşı haqsız təcavüz və vəhşiliklərinə prinsipial hüquqi qiy mət 
verməyə, xalqımızın faciəsinə biganə qalmamağa çağırır.
1990-cı il 20 Yanvar faciəsinin canlı şahidi olan Şeyxülis-
lam Allahşükür Paşazadə o günlərdə Azərbaycan xalqından öz 
köməyini əsirgəməmişdir. Məhz Şeyxülislam həzrətlərinin gös-
tər diyi qətiyyət nəticəsində keçmiş SSRİ Müdafiə naziri D.Ya-
zov öz əmrini geri götürmüş və şəhidlərin Dağüstü Parkda dəfn 
edil məsinə icazə vermişdir.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə