Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə43/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   39   40   41   42   43   44   45   46   ...   83

132                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Rusiya  dövlətinin  federal  hökuməti  tərəfindən  daim  yüksək 
qiymətləndirilmişdir. O, Uca Allahın vacib buyurduğu hökmlərə 
uyğun olaraq, özünün Qafqaz xalqları içərisində mövcud ağsaq-
qal nüfuzu, dini lider xarizmasından istifadə edərək bölgədə sülh 
və qarşılıqlı anlaşma şəraitinin yaradılması üçün əlindən gələni 
əsirgəməmişdir. 1992-ci ildə Qafqaz Xalqları Ali Dini Şurasının 
sədri  seçilmiş  Şeyxülislam Allahşükür  Paşazadənin  təşəbbüsü 
ilə yaradılmış “Qafqazinform” xəbər agentliyi ən gərgin vaxt-
larda  Çeçenistan  və  İnquşetiyada  baş  verən  hadisələrlə  bağlı 
əsl həqiqətlərin yayılmasına yardımçı olaraq radikal qüvvələrin 
bədxah  niyyətlərinin  reallaşması  yolunda  tutarlı  informasiya 
səddi yaratdı. Şeyxülislam həzrətləri Çeçenistan müftisi olmuş 
mərhum Əhməd Kadırovla birgə Çeçenistanda dini durumun sa-
bitləşdirilməsi, dini təfriqə salan radikal təmayüllü qüvvələrin 
xal qa  zidd  əməllərinin  qarşısının  alınması  yönündə  mühüm 
əmə li  tədbirlər  görmüş,  “Qafqaz  Evi”  çərçivəsində  ümumən 
böl   gədə barış mühitinin formalaşması istiqamətində gərgin fəa-
liy  yət göstərmişdir.
Qafqaz müsəlmanlarının ali dini rəhbəri kimi Hacı Allah-
şükür Paşazadə təmsil olunduğu bütün qurum və təşkilatlarda 
xalqlarımızın  maraq  və  mənafelərini  ən  yüksək  şəkildə  qoru-
muş,  bütün  Qafqazın  problem  və  qayğılarını  bəyan  etmişdir. 
Şey xülislam  həzrətləri  1999-cu  ildə  Rusiya  Prezidenti  Boris 
Yeltsinə onun çeçen xalqının məhvinə yönəlik siyasətini ifşa və 
tənqid edən etiraz məktubunu ünvanlamaqdan çəkinməmiş, İs-
lam ekstremizmi və terrorizmlə mübarizə şüarından sui-istifadə 
edərək bütöv xalqı terrorist, ekstremist, cinayətkar adlandırma-
sını qətiyyətlə pisləmişdir.
Şeyxülislam Allahşükür Paşazadə Çeçenistan dövlətçiliyinin 
möh kəmlənməsi,  ölkənin  uzunsürən  müha ri bə dən  qurtularaq 
in kişaf yoluna qədəm qoymasına yaxından yar dımçı olmuşdur. 
Qə dirbilən çeçen xalqı Hacı Allahşükür Pa şazadəyə göstərdiyi 
diq qət və qayğıya görə daim böyük ehtiram bəs ləmişdir. Şeyxü-
lislam Çeçenistan döv lətinin “Çeçen qəhrəmanı” ali dövlət mü-
kafatına layiq gö rül  müşdür.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              133
“Yurdda sülh, cahanda sülh” çağırışlarını rəhbər tutan Ha cı 
Allahşükür  Paşazadə ABŞ  ordusu  İraqa  daxil  olarkən,  Fələs-
tində, Livanda hərbi münaqişələr alovlanarkən də öz qətiyyətli 
möv qeyini səsləndirmişdir. Şeyxülislam həzrətləri bir din xadi-
mi kimi dünyada sabitliyiə, əmin-amanlığa nail olunması isti-
qa mətində fəaliyyət göstərməyi bu gün də öz amalı və mömin 
borcu sayır.
Şeyxülislam Allahşükür  Paşazadənin  təşəbbüsü  ilə  1998-ci 
ildə “Müasirlik və dini-mənəvi dəyərlər” mövzusunda Bey nəl-
xalq  Konfrans  keçirilmişdir.  Konfransda  müstəqilliyinə  qo    vuş -
duqdan sonra Azərbaycanda dini-mənəvi dəyərlərin dir çəl     dilməsi 
istiqamətində görülən işlər, dövlətin dinə qayğısı rəğ     bətlə vurğu-
lanmışdır.  Hacı Allahşükür  Paşazadə,  həmçinin  “Al  lahın  lütfü, 
xalqın xilaskarı” (2003), “Tolerantlıq örnəyi - Azə r   baycan” (2006) 
konfranslarının, AMEA-nın Z.Bünyadov adı  na Şərqşünaslıq İns-
titutu ilə birlikdə “Qloballaşma və İslam” (2004), “Qloballaşan 
dünyada İslam” (2005), “İslamda dözüm lü  lük” (2006) mövzula-
rında beynəlxalq elmi-konfransların tə şəb   büskarı və təşkilatçısı 
olmuşdur.
Mötəbər  beynəlxalq  tədbirlərin  ən  yüksək  xitabət  kürsü-
lə     rindən  etdiyi  çıxışlarında  Şeyxülislam  Allahşükür  Paşazadə 
daim dinlərarası dialoq və əməkdaşlıq, xalqlar və dövlətlər ara -
sın  da münaqişə yaradan problemlərin sülh yolu ilə dinc şə kil  də 
ni zamlanması  ideyalarını  üstün  tutmuşdur.  Tolerantlıq  kur  su-
nun ardıcıl tərəfdarı olan Şeyxülislam həzrətləri postsovet mə-
ka  nında xalqlar, millətlər və dövlətlər arasında dostluq, əmək-
daş lıq  münasibətlərinin  qorunub  saxlanılması,  habelə  inki şaf 
et  dirilməsi naminə daim xoş məram nümayiş etdirmiş və əməli 
fəa  liyyət göstərmişdir. 
Hacı Allahşükür Paşazadə MDB Dinlərarası Şurasının həm-
səd ridir. Onun təşkilatçılığı ilə Tbilisidə “Qafqazda sülh uğrun-
da əməkdaşlıq” Beynəlxalq Forumu (2002) baş tutmuşdur. Şey-
xül islam  həzrətlərinin  təşəbbüsü  ilə  Moskvada  “Beynəlxalq 
Din lərarası Sülhyaratma” Forumu (2004), habelə dini liderlərin 
Ümümdünya Sammiti (2006) keçirilmişdir.


134                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Xristian aləmində böyük nüfuz və ehtirama malik olan Şey-
xül islam Allahşükür Paşazadə Roma Katolik və Rus Pravos lav 
kil  sələrinin təklifi ilə Katolik-pravoslav Məzhəblərarası Əla qə-
lər Komissiyasına üzv seçilmişdir (2006).
Sülh yaradılması və tolerantlığın bərqərarı sahəsində uğurlu 
fəaliyyətinə görə Hacı Allahşükür Paşazadə 2007-ci ildə Sülh 
Fondları Beynəlxalq Assosiasiyası, Ümumdünya Veteranlar Fe-
derasiyası və “Xalq yaddaşı” Beynəlxalq Veteranlar Fondunun 
təsis etdikləri xatirə medalı ilə təltif olunmuşdur.
Şeyxülislam  Allahşükür  Paşazadə  Moskva  və  Ümümru-
si ya  Patriarxı  II  Aleksi  ilə  birlikdə  BMT  yanında  Dinlərin 


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              135
Məş vərət  Şurasının  yaradılması  təşəbbüsü  ilə  çıxış  etmişdir. 
Din  xadimlərinin  BMT  Baş  katibi  Ban  Ki  Munla  Moskvada 
gerçəkləşmiş görüşü zamanı bu ideyanın gerçəkləşməsi isti qa-
mətində danışıqlar aparmış Şeyxülislam həzrətləri Nyu-Yorkda, 
BMT-nin mənzil-qərargahında BMT Baş katibinin müavini İb-
rahim  Qəmbəri  ilə  ideyanın  həyata  keçirilməsi  ilə  bağlı  fikir 
mü badiləsi aparmışdır. Nəticə etibarilə, müsəlman, xristian və 
yəhudi din xadimlərinin ilkin mərhələdə YUNESKO nəzdində 
for malaşdırılması  nəzərdə  tutulan  yüksək  səviyyəli  Məşvərət 
Qru punda  Hacı  Allahşükür  Paşazadənin  müsəlmanları  təmsil 
edə  cəyi qərara alınmışdır.
Şeyxülislam  Allahşükür  Paşazadənin  Azərbaycanda  di ni 
mə rasimlər içərisində xüsusi həssaslıqla yanaşılan Aşura mə ra-
simi ilə bağlı uğurlu təşəbbüsü müasir Azərbaycanın mə nə viy yat 
tarixinə həkk olunmuşdur. Bu təşəbbüs sayəsində Aşu  ra gün lə-
rində simvolik olaraq qan çıxarılması ayininin ma hiyyətinin sax-
lanılması şərtilə onun ictimai baxımdan əhə miy yətli formasının 
tətbiqinə  -  irsi  qan  xəstəliklərindən  əziyyət  çəkən  insanla rın, 
xüsusilə  talassemiyalı  və  hemofiliyalı  uşaqların  ehtiyacları nın 
ödənilməsi  istiqamətində  təmənnasız  qan  verilməsi  aksiya la-
rının  təşkilinə  nail  olunmuşdur.  Şeyxülislam  həzrətlərinin  tə-
şəb büsü ilə Aşura günlərində Azərbaycanın bir çox məscid və 
ziyarətgahlarında  yad  olunan  İmam  Hüseynin  (ə)  şəninə  qan-
vermə  aksiyalarında  iştirak  edən  insanlar,  həm  Məsumlara  (ə) 
olan ehtiramlı münasibətlərini nümayiş etdirir, həm də xəstə in-
sanlara real kömək göstərmələrindən məmnun olurlar. Son illər 
belə Allaha  xoş  gedən  aksiyaların  təşkili  ictimaiyyət  arasında 
olduqca müsbət qarşılanmış və davamlı olmasına sosial sifariş 
yaranmışdır. Beləliklə, Şeyxülislam Allahşükür Paşazadə Aşura 
mərasimi zamanı çox zaman müsbət qiymətləndirilməyən, qınaq 
ob yektinə çevrilən xəncərlə baş yarma, zəncirlə bədənə xəsarət 
ye tirmə ilə qan çıxarma ənənəsinin cəmiyyətə faydalı ictimai ak-
siyaya, insansevərlik nümunəsinə çevrilməsinə nail olmuşdur.
Şeyxülislam Allahşükür Paşazadə bu illərdə elmi fəaliyyətlə 
də  məşgul  olmuş,  1986-cı  ildə  İordaniya  İslam  Mədəniyyəti 


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə