Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə53/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   49   50   51   52   53   54   55   56   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              163
mənəvi xarakter daşıyırlar. Xarici aləmdə baş verən fəlakətlər 
müasir insanın düşüncəsində və dəyərlər sistemindəki böhranı 
əks etdirir”.
Moskva və Bütün Rusiyanın Patriarxı Kirill zamanın çağı-
rışlarına və qlobal problemlərə layiqincə cavab vermək üçün din 
xadimlərinin də üzərinə böyük vəzifələr düşdüyünü vurğuladı, 
onları daha fəal və konkret mövqe tutmağa çağırdı. O, bu ba-
xımdan dinlərarası dialoqu gücləndirməyin vacibliyini bildirdi. 
Patriarx Kirill YUNESKO ilə də dini qurumların əlaqələrinin 
genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini dedi. O, 
BMT  yanında  Dini  Məşvərət  Şurasının  yaradılması  və  YU-
NESKO yanında dinlərarası dialoq üzrə yüksək səviyyəli Tə-
şəb büs  Qrupunun  fəaliyyətə  başlamasının  da  bu  yöndə  əsaslı 
tədbirlərdən  olduğunu  bildirdi.  Moskva  və  Bütün  Rusiyanın 
Patriarxı  Kirill  ümumi  amallar  naminə  tədbir  iştirakçılarına 
uğurlar arzuladı və Bakı Sammitinin dinlərarası dialoqa əsaslı 
töh fələr verəcəyinə inamını ifadə etdi.
Türkiyənin  Diyanət  İşləri  başqanı  Əli  Bardakoğlu  dünya 
di ni  liderlərinin  Bakı  Sammitinin  əhəmiyyətindən  danışdı.  O, 
Sam mitin təşkilinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə 
tə şəkkür etdi və müasir Azərbaycanın gözəl mənzərəsi ilə bağlı 
minnətdarlığını çatdırdı. 
Əli Bardakoğlu dedi ki, indi dünyanın sülhə ehtiyacı vardır, 
həm də dinlə bağlı dolğun məlumatların insanlara çatdırılması 
da vacibdir. Bu baxımdan din adamları insanların qəlbində sev-
gi və sayğı yaratmalıdırlar. Əli Bardakoğlu dinlərarası dialoqun 
genişləndirilməsinin  zəruriliyindən  danışaraq  bildirdi  ki,  dinə 
münasibət hər bir ölkənin gələcəyidir. Onun sözlərinə görə, din 
azadlığı, onun doğru təlimi gələcəyin təməl prinsipi olmalıdır. 
Yalnız bu, birgəyaşayışın vasitəsi ola bilər.
Ermənilərin  baş  Patriarx-katolikosu  II  Qaregin  Sammitin 
təşkilinə  görə Azərbaycan  hökumətinə  təşəkkür  etdi.  O,  etnik 
münaqişələrin mövcudluğunun bir çox dini dəyərləri də təhlükə 
altına saldığını dedi. Dinlərarası dialoqun bəşər mədəniyyətinin 
xilasına xidmət etdiyini deyən erməni katolikosu azad və dinc 


164                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
həyata doğru getməyin vacib olduğunu diqqətə çatdırdı. II Qa-
regin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması 
üçün Ulu Tanrıya dua etdiklərini dedi və bildirdi ki, bu yolda 
səylər davam etdiriləcəkdir.
YUNESKO-nun  nümayəndəsi  Bendev  Badarç  bildirdi  ki, 
Ba kı Sammitı dünyada bu baxımdan yeni platformaların əsasını 
qo yacaqdır. Yeni istiqamətlərin yaranmasında isə dünyanın dini 
li derlərinin böyük rolu vardır.
“Siz sülh yaradan şəxslərsiniz” deyən YUNESKO-nun nü-
ma yəndəsi təmsil etdiyi qurumun baş direktoru İrina Bokovanın 
təbrik məktubunu Sammit iştirakçılarının diqqətinə çatdırdı.
Papa Şurasının Dinlərarası Dialoq üzrə nümayəndəsi, Kardi-
nal Jan Lui Taran isə Sammitin yüksək səviyyədə təşkilinə görə 
Azərbaycan dövlətinin başçısına təşəkkür etdi. O, Poma Papası 
XVI Benediktin salamlarını din xadimlərinə çatdırdı və bildirdi 
ki, Papa da dini liderlərin bu təşəbbüsünü dəstəkləyir və Sammi-
tin işinə uğurlar arzulayır.
Jan Lui Taran dünyada dini icmalar arasında əlaqələrin sıx-
laşdırılmasının  vacibliyini  diqqətə  çatdırdı,  qeyd  etdi  ki,  indi 
dün yanın  sülhə  daha  çox  ehtiyacı  vardır,  sülhün  əhəmiyyəti 
gən c nəslə də öyrədilməlidir.
Ayətullah Məhəmməd Əli Təsxiri həzrətləri İslamın din lər  ara-
sı dialoqu və bu çərçivədə din xadimləri arasında dialoqu dəs tək -
lədiyini dedi və dini liderlərin münaqişə regionlarında sülhün bər-
qərar olunmasına çalışmalarının vacib olduğunu diq qətə çatdırdı.
Mitropolit Nikitas Avropa ilə Asiya, Qərb ilə Şərq arasında 
körpü rolunu oynayan Azərbaycanda müxtəlif dinlərin və mə-
dəniyyətlərin sülh şəraitində yaşadığını dedi. Mitropolit bildirdi 
ki, indi dinlərarası münasibətlərdə dialoqun əhəmiyyətinin daha 
çox artdığı bir vaxtda bu sahədə çalışan insanların sayının daha 
çox olmasına ehtiyac vardır.
İslam Konfransı Təşkilatının nümayəndəsi, səfir Sadəddin 
Tasib dedi ki, dünya dini liderlərinin Sammitinin Bakıda keçiril-
məsi tarixi hadisədir və bu, məsul şəxslərin bir araya gəlməsinə, 
qar şılıqlı dəstəyin əldə olunmasına xidmət edir.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              165
Çexiya  və  Slovakiya  patriarxı  Xristofor  dinə  və  ənənəvi 
dəyərlərə qloballaşmanın təsirlərinin müzakirə olunması baxı-
mından Bakı Sammitinin əhəmiyyətini vurğulayaraq dedi ki, bu 
sahədə  inkişafa  müxtəlif  millətlərin  və  xalqların  bir-birilərinə 
xoş münasibətilə nail olmaq mümkündür.
Avropa Ravvinləri Konfransının nümayəndəsi Pinxas Qold-
şmidt Prezident İlham Əliyevin dəstəyi ilə keçirilən Sammitin 
mü hüm nəticələrlə yadda qalacağına əmin olduğunu dedi.
Mitropolit  Gerasim  Bakı  Sammitinin  önəmli  mövzuların 
mü zakirəsi  baxımından  mühüm  əhəmiyyət  daşıdığını  dedi  və 
bil dirdi ki, bu görüş qloballaşan dünyada mövcud olan mənfi 
tə sirlərin aradan qaldırılması baxımından əhəmiyyətli olacaqdır.
Rusiya bütpərəstləri adından çıxış edən Sanjeylama Rimpo-
çet də tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hö-
ku mətinə təşəkkür etdi. O, dini liderlərin dünyada sülhün əldə 
edil məsi baxımından mühüm səylər göstərməsinin vacib oldu-
ğunu diqqətə çatdırdı.
İSESKO-nun  Baş  direktoru  Əbdüləziz  bin  Osman  əl-
Tüveycri dini dözümlülüyü ilə diqqət çəkən Azərbaycanda belə 
bir mötəbər tədbirin keçirilməsinə görə təşəkkür etdi. O dedi ki, 
qlo ballaşma dövründə din və ənənəvi dəyərlər arasında mü na si-
bətlər pozulub. Həmin əlaqələrin yenidən bərpa olunmasına di ni 
liderlər böyük töhfə verə bilərlər.
Fasilədən sonra dünya dini liderlərinin Bakı Sammiti işini 
davam etdirdi.
Günün ikinci yarısında iştirakçılar dünya üçün vacib mə sə-
lələrin müzakirə olunduğu dini liderlərin Bakı Sammitinin əhə-
miyyətindən danışdılar. Bildirildi ki, Azərbaycan bu Sammiti 
keçirməklə  dünyada  dinlərarası  və  mədəniyyətlərarası  dialo-
qun qurulmasına öz töhfəsini verir. Din xadimləri indi dünyada 
baş verən mühüm çağırışlara etinasız qalmamağın və qloballa-
şan dünyada baş verən problemlərin həllində yaxından iştirak 
etməyin vacibliyini də diqqətə çatdırdılar. Onlar ənənəvi dinlər 
arasında  mehriban  münasibətlərin  bərqərar  olmasının  dünya 
bir  liyi  üçün  xüsusi  əhəmiyyət  kəsb  etdiyini  bildirdilər.  Sam-


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə