Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə35/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   31   32   33   34   35   36   37   38   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              105
Şeyxülislamın yüksək vəzifəsi fətva vermək idi. İcrada, əda-
lət və təhsil quruluşlarının başında isə qazəskər dururdu. Proto-
kolda  qazəskər  şeyxülislamdan  öncə  gəlirdi.  Şeyxülislamın 
qaz əskərdən  öncə  gəlməsi,  baş  vəzirdən  sonra  dövlətin  ikinci 
gö rəvlisi  halına  yüksəlməsi  XVI  yüzilin  əvvəllərində Zənbilli 
Əli Əfəndi ilədir. Qəti şəkildə Əbus-Suud Əfəndi ilə bu vəziyyət 
or taya çıxmışdır.
Tənzimatdan sonra təhsil və ədalət işləri yavaş-yavaş şeyxü-
lislamın səlahiyyətindən alınaraq ədliyyə və maarif nəzarətləri 
qurulmuşdur. Lakin protokolda baş vəzirlə bərabər və sırada on-
dan sonra gəlmiş, bu vəziyyət 1922-ci ilin sonuna qədər davam 
etmişdir.
Şeyxülislama  məxsus  məşihət  rütbəsi  sadarəti  daşıyanla-
ra  aid  sadarət  rütbəsinə  bərabər  idi,  rütbələr  isə  müşir,  vəzir, 
qazəskər  rütbələrinin üzərindəydi. Yalnız  üç  şəxs  şeyxülislam 
olmadan məşihət rütbəsini almışdır. II Osmanın müəllimi Ömər 
Əfəndi  heç  şeyxülislam  da  olmamışdır,  Qaraçələbizadə  Əb-
düləziz Əfəndi daha sonra şeyxülislam olmuşdur və Şeyxülis lam 
Ərzurumlu Feyzullah Əfəndinin böyük oğlu Fəthullah Əfən di 
də şeyxülislam olmamış, atası ilə bərabər öldürülmüşdür.
Məşihət rütbəsi şeyxülislamlıqla var idi. Şeyxülislamlıqdan 
alınan kimsənin rütbəsi yenə Ruməli qazəskəri olurdu.
Bütün elmiyyə sinfi kimi, onun başında olan şeyxülislama 
da  edam  cəzası  uyğun  görülməzdi.  Bundan  başqa,  1589-cu, 
hətta 1601-ci ilə qədər şeyxülislamlar vəzifələrindən kənarlaşdı-
rıl mamışlar, vəzifəyə gətirildikdən sonra ölüncəyə qədər orada 
qa lırdılar.
Yalnız üç şeyxülislam öldürülmüş və ya edam edilmişdir. 
Bun lar da 1634-cü də IV Muradın edam etdirdiyi Hüseyn Əfən-
di, IV Məhmədin dövründə - 1656-cı ildə Məsud Əfəndi və II 
Mustafanın dövründə - 1703-cü ildə Ədirnə hadisəsində Feyzul-
lah Əfəndidir.
Azadlıq düşüncəsi ilə hüquq və dövlət mənfəətinin üstünlü-
yü qarşısında heç bir şeydən çəkinmədən hökm etmələri üçün 
şeyxülislamlara  böyük  səlahiyyətlər  verilmişdi.  Padşahların 


106                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
bəzi hərəkətlərinin Şər-i Şərifə uyğunluğu üçün onlardan fətva 
istəmələri nüfuzlarını artırırdı.
Tənzimata qədər şeyxülislam Divani-Hümayun üzvü deyil-
di. Çünki öz başına qərar verəcək bir vəziyyətdə idi. Oturduğu 
sarayda kiçik bir divan toplayar, divanda baş vəzirin əmrinə gir-
məyəcək dərəcədə önəmli bir şəxsiyyət olardı. Bununla birlikdə 
tə yin və azadetmə səlahiyyətləri padşahın mütləq vəkili sa yılan 
baş vəzirin əlində olurdu, ən azından qəbulu və təsdiqi alınırdı.
II Məhməd qanunnaməsində şeyxülislamı və padşah müəl-
lim lərini vəzirlərdən üstün tuturdu. Bu qanunnaməyə görə, ülə-
ma nın rəisi qəbul edilməklə yanaşı, şeyxülislamın elm sinfinin 
başı sayılması XVI əsrin ortalarına doğru gerçəkləşmişdir. XVI 
əsrdə Zənbilli Əli Camali Əfəndi, İbni Kamal Paşazadə və Əbus-
Suud Əfəndi kimi qüdrətli alimlərin bu məqama gəlməsi ilə şey-
xülislamlıq daha da önəm qazandı. Xüsusilə bu üç şəx siy  yətin 
Osmanlı dövlətinin yüksəlməsində önəmli çalışmaları olmuşdur.
Başlanğıcda  qazəskərlik  və  müəllim-i  sultani  vəzifələrinə 
görə ikinci dərəcədə olan şeyxülislamlığın əsasən İbni Kamal 
(1525-1533) və Əbus-Suud Əfəndiyə (1545-1574) keçməsi ilə 
daha bir önəm qazandığı və qazəskərliyin üstündə bir görəv ola-
raq qəbul edildiyi anlaşılmaqdadır.
Osmanlı  tarixində  şeyxülislamlıq  qurumu  eyni  zamanda 
görəv alan üç şeyxülislamın xüsusilə masson olması ilə də olduq-
ca diqqət çəkici oldu. Onlar Şeyxülislam Musa Kazım Əfəndi, 
Şeyxülislam İzzətdin Əfəndi və Şeyxülislam Hayri Əfəndi idi. 
Klassik  Osmanlı  dövründə  dövlət  görəvliləri  qələmiyyə, 
seyfiyyə  və  elmiyyə  olmaqla  üç  sinfə  ayrılırdı.  Elmiyyə  sinfi 
günümüzün Ədalət və Milli Təhsil nazirlikləri ilə Diyanət İşləri 
Başqanlığının görəvlərini əhatə edirdi ki, başında şeyxülislam-
lıq qurumu dururdu.
1920-ci  ildə  Ankarada  qurulan  Məclis  Hökumətində  bu 
məqam Şəriyə və Evkaf Vəkaləti Nazirliyi olaraq yer aldı. Cüm-
huriyyətin elanından qısa müddət sonra, 1924-cü ildə dün yəvilik 
əsasının qəbul edilməsi nəticəsində bu nazirlik ləğv edildi. Onun 
yerini az öncə qeyd etdiyimiz Diyanət İşləri Başqanlığı aldı.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              107
Osmanlı şeyxülislamları
1. Molla Şəmsuddin-i Fənari (1424-1430)
2. Molla Fəxrəddin Acəmi (1430-1460)
3. Molla Husrəv (1460-1480)
4. Molla Gurani (1480-1488)
5. Molla Əbdülkərim (1488-1495)
6. Əlaətdin Çələbi (1495-1496)
7. Əfdalzadə Hamidətdin (1496-1503)
8. Zənbilli Əli Əfəndi (1503-1526)
9. Kamalpaşazadə Əhməd Şəmsətdin Əfəndi (İbni Kamal) 
    (1526-1534)
10. Sədullah Sədi Əfəndi (1534-1539)
11. Çivizadə Muhitdin Mehmet Əfəndi (1539-1542)
12. Hamidi Əbdülqadir Əfəndi (1542-1543)
13. Fənərizadə Muhitdin Əfəndi (1543-1545)
14. Mehmet Əbussuud Əfəndi (1545-1574)
15. Hamid Mahmud Əfəndi (1574-1577)
16. Kadızadə Əhməd Şəmsəddin Əfəndi (1577-1580)
17. Malulzadə Mehmet Əfəndi (1580-1582)
18. Çivizadə Hacı Mehmet Əfəndi (1582-1587)
19. Müeyyətzadə Əbdulqadir Əfəndi (1587-1589)
20. Bostanzadə Mehmet Əfəndi (1589-1592) (birinci dəfə)
21. Bayramzadə Hacı Zəkəriyyə Əfəndi (1592-1593)
22. Bostanzadə Mehmet Əfəndi (1593-1598) (ikinci dəfə)
23. Hoca Sadətdin Əfəndi (1598-1599)
24. Hacı Mustafa Sunullah Əfəndi (1599-1601) (birinci dəfə)
25. Hocasadətdinzadə Mehmet Çələbi Əfəndi (1601-1603)
26. Hacı Mustafa Sunullah Əfəndi (1603) (ikinci dəfə)
27. Əbulmeyamin Mustafa Əfəndi (1603-1604) (birinci dəfə)
28. Hacı Mustafa Sunullah Əfəndi (1604-1606) (üçüncü dəfə)
29. Əbulmeyamin Mustafa Əfəndi (1606) (ikinci dəfə)
30. Hacı Mustafa Sunullah Əfəndi (1606-1608) 
     (dördüncü dəfə)


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə