Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə33/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   29   30   31   32   33   34   35   36   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              99
Şeyxülislam Axund Mirqəzənfər İbrahimov 
Yaşadığı illər 1909-1979,  
şeyxülislamlıq müddəti 1978-1979
1978-ci  ildə  93  yaşlı  Şeyxülis-
lam Axund Əliağa Süleymanzadənin 
vəfatı yaşlı olmasına baxmayaraq ru-
hani idarəsi tərəfindən ürək ağrısı ilə 
qarşılandı. Lakin bütün bunlarla ya-
naşı, yeni şeyxülislamın seçilməsi də 
lazım və zəruri idi.
1978-ci  ildə  Zaqafqaziya  Mü səl-
man ları Ruhani İdarəsinin VII Qurul-
tayı  çağırılır  və  qurultayda  yeni  şey  -
xülislamın  kim  olacağı  məsələsi  mü   -
zakirəyə çıxarılır. Müzakirələrdən sonra Göyçay məscidinin axun -
du Mirqəzənfər İbrahimov Qafqaz Müsəlmanları Ruhani İda  rə sinin 
yeni şeyxülislamı təyin edilir. Ali dini təhsil almasa da Şey xü l islam 
Mirqəzənfər İbrahimov kamil dini biliklərə malik şəxs idi.
Güclü hafizəyə malik olmasına görə dini məclislərdə eşit-
dik lərini dəqiqliklə yadında saxlayan Axund Mirqəzənfər Qu-
rani-Kərimi mükəmməl öyrəndikdən sonra Qubada molla kimi 
fəa liyyətə başlamışdı.
Şeyxülislam Axund Əliağa Süleymanzadənin xeyir-duasın-
dan sonra Mirqəzənfər İbrahimov əvvəlcə Quba, sonra isə Göy-
çay məscidinə axund göndərilmişdir. Onun axundluğu döv rün-
də Göyçay məscidi Azərbaycanda fəaliyyət göstərən digər ra-
yon məscidlərindən fərqliənmiş, etdiyi moizələr insanların bu 
məscidə axınına səbəb olmuşdu. Hətta buna görə Axund Mir-
qə  zənfəri Göyçay rayon Partiya Komitəsinə çağıraraq bir qədər 
eh  tiyatlı olmağı tövsiyə etmişdilər.
Şeyxülislam Mirqəzənfər İbrahimov Sovet dövlətinin sülh 
siyasətinin nailiyyətlərinə inanan və onlara güclü rəğbət bəsləyən 


100                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
ru hanilərdən idi. O, hətta Marksizim-Leninizim nəzəriyyəsinin 
İs lamın mövqeyinə tamamilə uyğun gəldiyini iddia edir, Sovet 
döv lətinin milli məsələ haqqında siyasətini İslam dininin “İslam 
tə limi qarşısında vahid olan beynəlxalq islamiyyət vardır, İslam 
bay rağı altında bütün millətlərin birliyi və qardaşlığı mövcud-
dur” prinsipi ilə eyniləşdirirdi. Şeyxülislam Axund Mirqəzənfər 
qeyri-rəsmi söhbətlərində tutarlı dəlillərlə sübut edirdi ki, sovet 
xalq ları  o  halda  mehriban  qonşuluq  şəraitində  yaşaya  bilərlər 
ki, hamılıqla İslam dinini qəbul etsinlər. Yalnız İslam dini in-
sanlar  arasında  milli  mənsubiyyəti  saxlamaqla  milli  fırqələri 
inkar  edir  və  bu  xüsusda  milli  ədavətə  son  qoyur.  İslam  dini 
bə şəriyyətə göndərilmiş sonuncu din olduğu üçün bütün dünya 
mi l lətləri gec-tez bu dini qəbul edəcəklər. Şeyxülislam Axund 
Mir qəzənfərin inandırıcı dəlilləri və sübutları qarşısında alim və 
fi losoflar belə, geri çəkilib razılaşmaq məcburiyyətində qalırdı-
lar.
82
İslam dininə qəlbən, hədsiz bağlı olan Şeyxülislam Axund 
Mir  qəzənfər  müsəlmanlığı  hər  şeydən  üstün  tutur,  Axirətdə 
Cən nətin qapılarının yalnız müsəlmanların üzünə açıq olacağını 
bildirirdi. Şeyxülislam Mirqəzənfərin üstünlüyü onda idi ki, et-
di yi çıxışlarda o qədər güclü və inandırıcı dəlillərdən istifadə 
edir di ki, dinləyənlərin hamısı ona valeh olur, söhbətlərinə ina-
nırdı. Hətta deyilənlərə görə, Axund Mirqəzənfərin moizələrinə 
qu  laq asan çoxlu sayda xristian sonradan müsəlmanlığı qəbul 
et  mişdir.
Bütün bunlar onu göstərir ki, Şeyxülislam Axund Mirqə zən-
fər İbrahimov sosializm quruluşunu tərifləməklə əslində özünün 
dini təbliğatını ustalıqla aparmışdır. 
1979-cu ildə vəfat edən Şeyxülislam Axund Mirqəzənfər İb-
rahimov Bakı şəhərində dəfn edilmişdir.
82 
Həmin mənbə, səh. 148-149.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              101
1.4. Osmanlı dövlətində şeyxülislamlıq  
və şeyxülislamlar
Şeyxülislam və ya Şeyx-ül İslam - dini mövzularda ən yük-
sək bilgi və səlahiyyətə sahib olan şəxs anlamına gəlir. Bu ba-
xımdan Osmanlı dövlətində də şeyxülislam böyük səlahiyyətə 
sa hib dövlət vəzifələrindən sayılırdı. Belə ki, lazım olan zaman 
şeyxülislam dini məsələlərlə bağlı görüşlərini fətva yayımlaya-
raq açıqlayar və bu fətvalar qanuni keyfiyyət daşıyardı.
İslamiyətin  ilk  illərində  fətva  işlərinə  şəxsən  Həzrət  Pey-
ğəmbər (s) özü baxırdı. İslam Peyğəmbərinin (s) vəfatından son-
ra dörd xəlifə dövründə islamiyyətin yayılması və sərhədlərinin 
genişlənməsi səbəbi ilə işlər çoxaldı. Bu üzdən xəlifələr fətva 
işlərinə baxacaq kimsələr təyin etdilər. Onlara öncə müfti, Hicri 
dördüncü əsrdən etibarən isə şeyxülislam deyildi. Fətva işlərinin 
alimlərə verilməsi vəziyyəti Əməvi, Abbasi və Səlcuqilər zama-
nında da davam etdirildi.
Osmanlılarda fətva verməklə vəzifəli ilk zat Osman qazının 
qayınatası Şeyx Ədabalidir. Onun vəfatı ilə tələbəsi Dursun Fə-
qih osmanlılara müfti (şeyxülislam) olmuşdur. Dövlətin quruluş 
dövrlərində müftilik, qazılıq və müdərrislik eyni şəxslərə həvalə 
olundu. Məsələn Xızır Bəy və Molla Hüsrəv həm qazı, həm də 
müf ti idilər.
Osmanlılarda elmiyyə sinifinə daxil olan müftilərə rəis-ül-
üləma  və  müfti-yül-ənam  kimi  ünvanlar  da  verilmişdi. Yavuz 
Sul tan Səlim Xanın zamanında (1512-1520) Şeyxülislam Əh-
məd ibn Kamal Paşaya müfti-yüs-səqəleyn (insan və cinlərə fət-
va verən) ünvanı verilmişdi. 
Qanuni Sultan Süleyman Xanın zamanına (1520-1566) qə-
dər şeyxülislamlığın istiqamətləndirilməsində əməl olunası zə-
ruri bir qanun yox ikən, Əbüs Suud Əfəndinin hazırladığı bir 
düs turla (qanun) Ruməli qazəskərliyindən sonra yüksələn mə-
qam halına gəldi. Çox nadir olaraq Anadolu qazəskərlərindən də 
şey xülislamlar seçildi.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə