Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə32/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   28   29   30   31   32   33   34   35   ...   83

96                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Şeyxülislam Molla Əliağa  
Süleyman oğlu Süleymanzadə 
Yaşadığı illər 1885-1978,  
şeyxülislamlıq müddəti 1968-1978
Şeyxülislam Axund Əliağa Hacı 
Sü leyman oğlu Süleymanzadə 1885-
ci  ildə  Bakının  Novxanı  kəndində 
din dar bir ailədə dünyaya gəlmişdir. 
Kiçik yaşlarından İslam dininə geniş 
rəğbət  bəsləyən  Axund  Əliağa  ilk 
təhsilini  kəndlərində  fəaliyyət  gös-
tərən  dini  mədrəsədə  almışdır.  Əv-
vəlcə  Qurani-Kərimi  əzbərdən  söy-
lə yən  Axund  Əliağa  sonralar  Sədi 
Şi razinin  “Gülüstan”  və  “Bustan” 
əsər lərini  də  əzbərləmişdir.  İslam  dininə  olan  marağını  görən 
Nov xanı  məscidinin  axundu  Hacı  Məhəmmədəmin  onu  oğlu 
Ağa məmmədlə birlikdə ali dini təhsil almaq üçün İslam elminin 
mərkəzi sayılan İran və İraqa göndərir, bu illər ərzində hər ikisi-
nin təhsil xərcini özü ödəyir.
İranın Xorasan vilayətində bir müddət təhsil alan gənc alim-
lər sonra təhsillərini İslam elmləri mərkəzi sayılan Nəcəfül-Əş-
rəf də davam etdirirlər. Sonda Mədineyi-Münəvvərədə imtahan 
ve rərək ali dini təhsillərini başa vururlar. On iki ildən son ra və-
tənə qayıdarkən Hacı Əliağanın yaxın dostu Hacı Ağa məm məd 
qızdırma xəstəliyindən dünyasını dəyişir. Dostunun vəsiy yə tinə 
əməl edən Axund Əliağa onun bacısı Ümmülbanu ilə ev lə nir.
Bakıya qayıdan Axund Əliağa bir neçə məsciddə axundluq 
edərək dini vəzifəsini layiqincə yerinə yetirir. Axundun söylədiyi 
moizələr indinin özündə də yaddaşlardan silinməmişdir.
Axund  Əliağanın  Bakıda  fəaliyyət  dövrü  mənfur  erməni 
daş naklarının  azərbaycanlılara  qarşı  soyqırımı  törətdiyi  illərə 


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              97
tə sadüf edir. Söylədiyi dini moizələrlə el arasında böyük hörmət 
qazanan Axund Əliağa doğma xalqını erməni daşnaklarına qar-
şı mübarizəyə həvəsləndirmək üçün moizələrinin məzmununu 
dəyişir,  “Qaniçən  kafirlərə  qarşı  mübarizə  aparmaq  hər  bir 
müsəlmanın  borcudur!”  şüarı  ilə  çıxışlar  edir.  Buna  görə  də 
1918-ci ilin sentyabrında Bakıya gələn türk ordusunu alqışla-
yanlardan biri də məhz Axund Əliağa Süleymanzadə olmuşdu. 
Çarizm  dövründə  sonuncu  səmavi  kitab  olan  Qurani-Kə-
rimi  təbliğ  etdiklərinə  və  haqqı  insanlara  çatdırdıqlarına  görə 
yüz lərlə din xadimi imperiya tərəfindən məhv edilmişdi. Sovet 
ha kimiyyəti  qurulduqdan  sonra  isə  digər  din  xadimləri  kimi 
Axund Əliağa Süleymanzadə də şiddətli təqib və təzyiqlərdən 
ya xa qurtara bilməmiş, NKVD-nin nəzarəti altında olmuşdu. 
1943-cü il “islahatlarından” sonra vəziyyətin dəyişməsi ilə 
əla qədar olaraq izləmələrdən xilas olan Axund Əliağaya şeyxü-
lislam vəzifəsini təklif edirlər. Lakin qazılıq vəzifəsinə üstünlük 
verən Axund Əliağa hər dəfə şeyxülislamlıq vəzifəsindən usta-
lıqla imtina edirdi. Qazılıqla yanaşı, Təzəpir məscidində axund-
luq da ona həvalə edilmişdi.
1966-cı ildə Şeyxülislam Mirmöhsün Həkimzadənin vəfa-
tın dan sonra şeyxülislam vəzifəsinin iki il boş qalması Axund 
Əliağa Süleymanzadəni də təklifləri qəbul etməyə məcbur edir. 
Çünki bu vəzifəyə ondan başqa layiqli bir namizəd yox idi. 1968-
ci ildə Zaqafqaziya müsəlmanlarının VI Qurultayı çağırılır və 
bu qurultayda Təzəpir məscidinin axundu Əliağa Süleymanzadə 
83 yaşında Qafqaz Müsəlmanları İdarəsinin şeyxülislamı təyin 
edilir. 
Şeyxülislam Hacı Əliağa Süleymanzadə fəaliyyəti dövründə 
bir çox konfrans, simpozium və beynəlxalq tədbirlərdə öz ölkəsi-
ni layiqincə təmsil etmişdi. 1972-ci ildə Yəmən Xalq Demok-
ratik Respublikasının din xadimlərini qəbul edən Şeyxülislam 
Axund Əliağa belə demişdi: “Allah bizə elm, düşmənlərimizə 
isə əmlak vermişdir. Biz elmin sayəsində maddi və mənəvi cə-
hətdən zənginləşirik. Yaxınlarda Sovet İttifaqı dünyanın ən zən-
gin ölkəsi olmaqla müsəlmanlara kömək edəcək, vicdan və din 


98                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
azadlığı sahəsində də dünyanın ən zəngin ölkəsi olacaqdır. Allah 
hökumətimizə İslam dinini bərqərar etmək sahəsində yardımçı 
olsun”.
80
1970-ci ildə Daşkənddə “Sülh uğrunda mübarizədə birliyin 
və əməkdaşlığın əhəmiyyəti” adlı Ümumittifaq Konfrans təşkil 
edilir.  Qafqaz  Şeyxülislamı  Axund  Əliağa  Süleymanzadənin 
konfrans  iştirakçılarına  ünvanladığı  məktubda  deyilirdi:  “Biz 
elə bir dövrdə yaşayırıq ki, hər bir xalq, hər bir tayfa oyanıb 
öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparır. Biz daim 
Allaha dua edirik ki, bu müqəddəs mübarizə uğurla başa çat-
sın. Bizim dinimiz bütün müsəlmanlarda bu işin təntənəsi üçün 
qüvvələrini sərf etməyi tələb edir. Bununla biz gələcək nəslin 
xoşbəxtliyi naminə öz yardımlarımızı etmiş olar, özümüzü sülh 
uğrunda mübarizlərin sıralarında görmüş olarıq. Qoy Allah sülh 
tərəfdarlarının gücünü artırsın. Amin!”.
81
 
Məktubda deyilənlər sovet-partiya rəhbərlərinin narazılıqla-
rına səbəb olduğu üçün ört-basdır edildi.
1977-ci ildə Moskvada “Din xadimləri möhkəm sülh, tərk-
silah və xalqlar arasında ədalətli münasibətlər uğrunda” Ümum-
dünya Konfransı keçirilir. Dünyanın 107 ölkəsindən gəlmiş nü-
mayəndələrin iştirak etdiyi məclisdə Şeyxülislam Axund Əliağa 
Süleymanzadənin məktubu gurultulu alqışlarla qarşılanır.
Ömrünün  sonuna  qədər  şeyxülislam  olan  və  bu  vəzifənin 
öh dəsindən layiqincə gələn sayca onuncu Şeyxülislam Axund 
Əli a ğa Süleymanzadə 1978-ci ildə 93 yaşında ikən vəfat etmiş 
və Bakı şəhərində dəfn edilmişdir.
80 
Həmin mənbə, səh. 144.
81 
Həmin mənbə, səh. 144-145.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə