Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə34/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   30   31   32   33   34   35   36   37   ...   83

102                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Yenə bu dövrdən (1574) etibarən şeyxülislamlar elmiyyə si-
nifinin başçısı  oldu,  bütün  qazılar,  müfti və  müdərrislər onun 
əm rinə verildi.
Şeyxülislamları şəxsən padşah təyin edərdi. Şeyxülislamlı-
ğa  gə tirilən  şəxsi  baş  vəzir  başda  olmaqla  saraydan  gələn  on 
be şə  qə dər  görəvli  evindən  alaraq  Paşa  qapısına  götürərdilər. 
Ora  dan sa raya gəlib padşah hüzuruna çıxardılar. Padşah dinə və 
elmə duy duğu sayğıdan dolayı şeyxülislamlığa namizədi ayaq 
üstə qar şılayardı. Sonra namizədə özünü şeyxülislam təyin edə-
cəyini söyləyərdi.
Bu surətlə saraydan çıxan baş vəzirlə şeyxülislamı yüksək 
vəzifəli hökumət adamları şeyxülislam seçilməsi münasibəti ilə 
təbrik edərdilər.
1826-cı  ilə  qədər  şeyxülislamların  müstəqil  dairələri  yox 
idi. Öz evlərində və ya uyğun bir evdə vəzifələrini yerinə ye ti-
rərdilər. Sultan II Mahmud Xanın yeniçəri ocağını qaldırmasın-
dan sonra Süleymaniyyə Camisi yaxınlığındakı Ağaqapısı şey-
xül islamlara daimi iqamətgah olaraq verildi. Bura şeyxülislam 
qa pısı olaraq məşhur oldu. 1836-cı ildən etibarən bu binaya qaz-
əskərlərlə İstanbul qazısı da nəql edildi.
Şeyxülislamlar Divani-Hümayun üzvü olmasalar da dini bir 
məsələnin  həlli  və  ya  düzəldilməsi  lazım  olduqda  divana  də-
vət edilir və görüşləri alınırdı. Yenə hərb və sülhə qərar verilə 
bil məsi üçün şeyxülislamın təsdiqi gərəkirdi. Səfərlərdə padşah 
ha rada olardısa şeyxülislamlar da orada olur, çadırlarının önünə 
və zirlər kimi üç tuğ tikilərdi. Lakin baş vəzirin sərdarı əkrəm 
ol  duğu səfərlərdə şeyxülislam iştirak etməzdi.
Şeyxülislamların  çuxadar,  təlhisçi,  kəndxuda  və  s.  kimi 
məiy  yətindən  başqa,  başlarında  fətva  əmini  olan  və  çox  mü-
hüm bir dairə olan fətva qələmi var idi. Bu dairədə müsəvvid, 
mü  bəyyiz, müqabiləçi, katib, möhürdar və müvəzzilər olurdu. 
Fiqh, yəni İslam hüququna yaxşı bələd olanlardan təyin edilməsi 
icab edən fətva əmini, fətva qələminin başda gələn amiriydi. Bu 
şəxs, istənilən fətvanı mötəbər fiqh kitablarından tapır və bu-
nun məiyyətində olan iyirmiyə qədər katib də fətvaları kağıza 


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              103
kö çürərdilər. Daha sonra bu, fətva əmini tərəfindən yoxlanılır 
və mübəyyiz tərəfindən bəyaza çəkilərək şeyxülislama təqdim 
olunurdu. Şeyxülislam bunu tədqiq edər, təliq qırması deyilən 
öz əl yazısıyla cavab qismi imzalayardı. Bundan sonra müvəzzi 
isimli məmur bu fətvanı məhəllinə verirdi.
Fətva hər hansı bir şeyin (ümumi və ya xüsusi, dini və ya hü-
quqi) İslamiyyətə uyğun olub-olmadığını bildirmək deməkdir. 
Ümumi hüquqa (Hüquq-i ümumiyyəyə) aid fətvaların alın-
ması hökumətə aiddir. Bunlar da hərb elanı, sülh əqdi, əsgəri 
qanun təbdili, islahat icrası, qeyri-müsəlman təbəqənin üsyanı, 
şəqavətdə olanların (asilərin) qətli kimi fətvalardır. 
Xüsusi hüquqa (Hüquq-i xüsusiyyəyə) dair fətvalar doqquz 
barmaq  uzunluğunda  və  dörd  barmaq  genişliyində  bir  kağıza 
incə hərflərlə yazılırdı. Məsələnin az və çox əhəmmiyyətinə gö-
rə veriləcək cavab qısaca - “vardır və ya yoxdur”, “olar və ya 
olmaz”, “gələr və ya gəlməz”, “məşrudur və ya məşru deyildir”, 
“caizdir və ya caiz deyildir” şəklində olardu. Bəzən də verilən 
cavab izah edilərdi. 
Fətvalar Hənəfi məzhəbi imamlarının qavillərinə (ictihadla-
rına) görə verilirdi.
Şeyxülislam  dairəsində  olan  kəndxuda  şeyxülislamın  si-
yasi və iqtisadi işlərində, şeyxülislamın nəzarətində olan vəqf 
müamələlərində onun vəkili olub namına uyğun hərəkət edərdi.
Təlhisçi - şeyxülislamın hökumət nəzdindəki məmuru olub 
di ni işlərə və qanunlara aid müamələlərdə hökumətlə təmas edər-
di. Şeyxülislamın müdərrisləri təyinləri və digər xüsuslar bu nun 
va sitəsi ilə və rəisül-quttabın dəlalətiylə vəziri-əzəmə ərz olu nardı.
Məktubçu - şeyxülislamın divan əfəndisi və ya möhürdar, in-
diki ismiylə yazı işlərinin müdüri idi. Məşihatdan (şeyxülislam-
lıq məqamından) çıxan yazılar, təyin rüusu və bəraətləriylə ica-
zətnamələrin yazıldığı dairədən bu şəxs məsuliyyətli idi. Şey-
xülislamın möhürü də möhürdarda olardı.
Osmanlı  donanmasının  Xəlicdən  dənizə  çıxmaq  zamanı  gə-
lin   cə rəisül-qüttab əfəndi vasitəsiylə dəvət edilən şeyxülislam Ya lı 
köş künə gəlir və padşahla bərabər təşyi mərasimində olurdu. Ay-


104                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
rı  ca şahzadə və sultan xanımların doğumları münasibətiylə edi lən 
təb  riklərdə, sultanların nişan və nikah mərasimində şeyxülis lam lar 
da iştirak edər, sultanın nikahını onlar kəsərdilər. Pad şah və şah zadə 
və fat edəndə də cənazə namazlarını şeyxülis lamlar qıldı r ardılar.
Osmanlı tarixində baş vəzir olmaq üçün təhsilli olmaq o qə-
dər də vacib deyildi. Lakin şeyxülislam olmaq, hətta bunun ilk 
pilləsi olan qazılıq, müftilik və müdərrislik üçün belə, məd rə-
sələrin ən yüksəyini bitirmək lazım idi. Bu vəziyyət şeyxülis-
lamlığa verilən dəyəri göstərdiyindən önəmlidir. 
Osmanlı şeyxülislamlarından bir qismi verilən fətvaları top-
lamış və kitab halına gətirmişlər. Bunlardan bəziləri nəşr edil-
miş, nəşr edilməyənlər də mühafizə edilmişdir.
1424-cü ildə Molla Fənariyə bu ünvanın verilməsi ilə son Os-
manlı Şeyxülislamı Mədəni Nuri Əfəndinin 1922-ci ildə kabineti 
ilə birlikdə istefa etməsi arasındakı müddət 498 il davam etmişdir.
1424-1922-ci  illər  arasında  131  şeyxülislam  175  dəfə  bu 
mə qama təyin edilmişdir. Əbus-Suud Əfəndi 29 il olmaqla ən 
çox, Məmikzadə Mustafa Əfəndi isə 13 saat olmaqla ən az bu 
mə qamda  qalan  şeyxülislamdır.  131  şeyxülislamın  yalnız  9-u 
türk əsilli deyildir. 
Şeyxülislamlar  içində  müstəsna  alim  və  yazarlar,  şair  və 
xət tatlar, bəstəkar və huquqçular olub. Onların arasında Yəhya, 
Bəhai, Arif Hikmət kimi böyük şairlər, Əsad Əfəndi kimi böyük 
bəstəkarlar və sözlük alimləri, tarixçilər, hüquqçular və böyük 
dövlət  adamları  var  idi.  Onların  əksəriyyəti  özlərindən  sonra 
dəyərli əsərlər qoyan alimlərdir. 
Bir çox şeyxülislam verdikləri fətvaları toplayaraq özlə rin-
dən sonra həm islami elmlər, həm də Osmanlı hüquq tarixi baxı-
mından dəyərli əsərlər yadigar olaraq qoymuşlar.
Bu müəssisə bu adla XV yüzilliyin əvvəllərində qurulmuş-
dur. Bu tarixdə imperatorluğun ən böyük müftisinə şeyxülislam 
de yilmişdir.
1453-cü  ildən  etibarən  İstanbul  müftisi  bu  adı  daşımağa 
baş lamışdır. Onun göstərişi ilə şeyxülislamlara sonralar da müf-
ti əfəndi və müftil-ənam deyilmişdir.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə