Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə27/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   23   24   25   26   27   28   29   30   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              81
di. Beləliklə, Məhəmmədəli Pişnamazzadə başda olmaqla ruha-
ni rəhbərlər bu çətin ideyanın öhdəsindən gələrək onu həyata 
keçirdilər. Bu, məzhəb ayrılıqlarından istifadə edərək Qafqazda 
müsəlmanlar  arasında  düşmənçilik  yaratmaq  istəyən  çarizmin 
siyasətinə son nöqtə qoydu. Dini rəhbərlərin irəli sürdüyü birgə 
səylər nəticəsində 1 sentyabr 1918-ci il tarixli birgə qərar ilə hər 
iki idarə “Məşixət” adlanan vahid bir idarədə birləşdirildi. Bakı-
nın azad edilməsindən sonra Məşixət ölkənin paytaxtına köçü-
rüldü. Həmçinin, paytaxtın Gəncədən Bakıya köçməsindən son-
ra  Şeyxülislam Axund  Məhəmmədəli  Pişnamazzadə  xəstəliyi 
ilə  əlaqədar  olaraq  1918-ci  ilin  10  dekabrında  şeyxülislamlıq 
və zifəsindən istefa verib Gəncə Cümə məscidində axund kimi 
fəa liyyət göstərməyə başladı.
1920-ci ilin 28 aprelində Azərbaycanın bolşeviklər tərəfin-
dən  işğal  edilməsindən  sonra  ruslar  tərəfindən  təqiblərə  mə-
ruz qalan Pişnamazzadə yenidən həbs olunur. Lakin qısa müd-
dət sonra N.Nərimanovun əmr və tələbi ilə azadlığa bura xılan 
Pişnamazzadə  yenidən  vəzifəsinə  qayıdır.  1925-ci  il  N.Nə ri-
manovun  vəfatından  sonra  yenidən  sorğuya  tutulan  Mə həm-
məd əli Pişnamazzadə haqsız yerə incidilir. 
Bütün Azərbaycanda olduğu kimi, Gəncənin din xadimləri 
də çar məmurları tərəfindən təzyiqlərə məruz qalırdılar. Azər-
baycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  antisovet  təb-
liğatçıları kimi bu şəhərin din xadimləri – Şeyx Həsən Mollazadə, 
qar daşı  Mirzə Abbas  Mollazadə,  Firudin  bəy  Köçərli, Axund 
Mə hərrəm Əfəndi Ağdaşlı, Axund Zərif Əfəndi, ilahiyyat mü-
əl limi Məsumə Musabəyova və bir çox başqaları 1920-ci il iyun 
ayı nın 16-da XI rus ordusu tərəfindən Nargin adasına aparılaraq 
məh kəməsiz, istintaqsız güllələndilər. 
Məhəmmədəli Pişnamazzadənin də evində axtarışlar aparıl-
dı, dini kitabları müsadirə edildi və fəaliyyətinə qadağa qoyuldu.
Baş verən hadisələrə, din xadimlərinin heç bir günahı olma-
dan repressiyalara məruz qalmalarına dözməyən 84 yaşlı Axund 
Məhəmmədəli Pişnamazzadə, nəhayət 1937-ci ildə vəfat etdi və 
Gəncədə “İmamzadə” qəbiristanlığında dəfn edildi.


82                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Şeyxülislam Axund Ağa Əlizadə 
Yaşadığı illər 1871-1954,  
şeyxülislamlıq müddəti 1918-1920; 1944-1954
      Onun əsil adı Zeynalabidindir. Ali 
ru hanilik  təhsilini  başa  vurub  və-
təninə qayıtdıqdan sonra xalq arasın-
da ona Molla Ağa Axund deyər dilər. 
O, 1871-ci ildə Bakının Pirşağı kən-
dində, tanınmış ruhani Axund Molla 
Cavadın ailəsində dünyaya göz açıb. 
Atası Axund Hacı Məhəm məd Molla 
Cavad  dövrünün  tanınmış  din  xa-
dimlərindən idi. Axund Molla Cavad 
dörd  oğlunun  dördünü  də  ruhani, 
ülə ma kimi görmək istəyirdi. Bu məqsədlə o, Bakı şəhərinə kö-
çür, keçmiş Aşağı Priyutski küçəsində (sonralar Kamo adlanan, 
ha zırda S.Rəhimov) özünə üç mərtəbəli, yaraşıqlı bir bina tikdi-
rir. Qardaşlarından dərin zəkası ilə fərqlənən Zeynalabidini atası 
mollaxanaya  qoyur.  Mədrəsə  təhsilini  başa  vurduqdan  sonra 
Zeynalabidin ali ruhani təhsili almaq üçün əvvəlcə Ərəbistana 
gedir, sonra isə Bağdad əyalətinin Nəcəfül-Əşrəf şəhərində təh-
silini davam etdirir. Yaxın Şərqdə yerləşən ali ruhani ocaqlarının 
müdavimləri ali ruhanilik rütbəsi almaqla yanaşı, xüsusi bir ix-
tisasa  da  malik  olurdular.  Zeynalabidin  də  ali  ruhani  olmaqla 
bərabər, təbabət elmini seçmişdi. O, 1896-cı ildə təhsilini başa 
vu raraq “Axund” rütbəsi ilə Bakıya qayıdır. Şeyxülislam Axund 
Əbdüssəlam Axundzadənin və Bakı qazısının vəkaləti ilə Zey-
nalabidini Təzəpir məscidinə axund təyin edirlər. 
Molla Ağa Axund 1899-cu ildən 1927-ci ilə kimi müxtəlif 
ruhani vəzifələrə seçki yolu ilə seçilib. 1918-ci il mayın 28-də 
Azər baycan  Xalq  Cümhuriyyətinin  elan  olunmasından  sonra 
hö kumətin  qarşısında  belə  bir  məsələ  durur:  Tiflis  şəhərində 


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              83
yerləşən  Qafqaz  (Zaqafqaziya)  Müsəlmanları  Ruhani  İdarəsi 
Bakı şəhərinə köçürülməli və 1917-ci ildə ləğv edilmiş şeyxülis-
lamlıq vəzifəsi yenidən təsis olunmalıdır. Beləliklə, 1918-ci ilin 
əvvəlində  Ruhani  İdarəsi  Bakıya  köçürüldü  və  Axund  Mol-
la Ağa Əlizadə ən yüksək ruhani rütbəsi olan şeyxülislamlığa 
yeganə namizəd oldu. O, eyni zamanda Məvarayi-Qafqaz Mü-
səl  manları Ruhani İdarəsinin sədri idi. 
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra din xa-
dimlərinə qarşı hücumlar başlandı. Onları düşmən kimi tamamilə 
rədd  və  inkar  etməyə  başladılar.  Yuxarıdan  verilən  hökmlər 
nəticəsində ağına-bozuna baxmadan bütün din xadimlərini qu-
ruluşa  zidd  qüvvələr  kimi  hər  yerdən  qovur,  onlara  müftəxor 
damğası vurur, hətta sinfi düşmən kimi məhv edirdilər. Həmin 
dövrdə Ağa Axund da hücum və təqiblərə məruz qalırdı. Böyük 
Vətən  müharibəsi  illərində  (1941-1945)  əvvəllər  ləğv  edilmiş 
Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani İdarəsi, nəhayət bu 
müharibənin dəhşətlərinin dinin qüvvəsi ilə unudulmasını başa 
düşən bir qrup rəhbərin təklifi ilə (Zaqafqaziya Müsəlmanları 
Ruhani  İdarəsi)  SSRİ Ali  Soveti  Rəyasət  Həyətinin  14  aprel 
1944-cü  il  tarixli  17  saylı  qərarına  əsasən  24  ildən  sonra  ye-
nidən bərpa edildi. 1944-cü il mayın 25-28-də Zaqafqaziya mü-
səl manlarının I Qurultayı oldu. Qurultayda Axund Ağa Əli zadə 
ikinci dəfə Zaqafqaziya Müsəlmanları Ruhani İda rə sinin sədri 
seçildi  və  ona  yenidən  şeyxülislam  dini  rütbəsi  ve rildi.  İdarə 
sədri öz ata-baba mülkündə (indiki S.Rəhimov kü çəsindəki 70 
saylı binada) yerləşdirildi. O, həmin vəzifəni ömrünün sonuna - 
1954-cü ilə kimi icra etdi.
Şeyxülislamın  ən  böyük  məziyyəti  ondan  ibarət  idi  ki,  o, 
di ni elmlərlə yanaşı, riyaziyyat, astronomiya, təbabət, tarix və 
ədə biyyatı mütaliə edir, əsrin əvvəllərində Cənubi Qafqazda, o 
cüm lədən Azərbaycanda  baş  verən  siyasi  hadisələri  layiqincə 
qiy mətləndirə bilirdi. 1905-ci ildə baş verən erməni-müsəlman 
qır ğınının əsas günahkarı kimi Bakı çar Rusiyasını ittiham etdi. 
Şeyxülislam Ağa  Əlizadəyə  görə  bu  münaqişəni  qəlizləşdirən 
“Daşnaksutyun” partiyasının ideoloqları və ermənilərin Cənubi 


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə