Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə18/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   14   15   16   17   18   19   20   21   ...   83

54                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Din  xadimlərinin  Türkiyə  və  İranla  əlaqələr  qurmasından 
narahat olan çar Rusiyası onları öz tərəfinə çəkmək məqsədi ilə 
Rusiyaya dəvət edərək orden və medallarla təltif edirdi. Buna 
təşəbbüs göstərən alim və üləmalar həm özlərini, həm də buna 
imkanı olmayan soydaşlarını repressiya və təzyiqlərdən qoru-
yurdular.
Avropa mədəniyyətini əxz etmək üçün 1878-ci ilin mart ayı-
nın 31-də Peterburq Universitetinin rektoruna ərizə ilə müraciət 
edən Mirzə Həsən Tahirzadə səs çoxluğu ilə Şərq fakültəsinin 
Fars dili və ədəbiyyatı kafedrasına fars dili müəllimi vəzifəsinə 
təyin edilir. Bir qədər sonra şəxsən çarı müşayiət edən mühafizə 
korpusuna ştatla molla təyin edilən Mirzə Həsən Tahirzadə bu 
və zifəni icra etməklə yanaşı, rus ədəbiyyatı ilə də yaxından ta nış 
olur. Daha sonra o, fransız dilini də öyrənib rus və fransız ədə-
biy yatının  ən  yaxşı  nümunələrini  oxuyaraq Azərbaycan  türk-
cəsinə tərcümələr etməyə başlayır. 
1879-cu ildə xəstəliyi ilə əlaqədar Peterburq Universitetindən 
ay rılaraq Şuşaya qayıdan Axund Mirzə Həsən Tahirzadə Tiflisdə 
yerləşən  Qafqaz  Müsəlmanları  İdarəsinə  yüksək  vəzifələrdən 
birinə təyin edilir. Bir il sonra Gəncə quberniyasının Şuşa, Zən-
gəzur, Cavanşir qəzalarının qazısı və Şuşa məclisinin sədri seçi-
lir.
Tutduğu  vəzifələrdə  özünü  doğruldan  və  önünə  çıxan  çə-
tin liklərin  öhdəsindən  məharətlə  gələn  Axund  Mirzə  Həsən 
Tahirzadə çar hökuməti tərəfindən 1885-ci ildə Qafqazın şey-
xülislamı və Şiə Ruhani İdarəsinin sədri təyin edilir. Ömrünün 
sonunadək bu vəzifəni icra edən Axund Mirzə Həsən Tahirzadə 
xalqının qayğısına qalır, Tiflisə köçdükdən sonra isə rus və Azər-
baycan dili tədris olunan yeganə ibtidai məktəbi himayə edir. 
Azərbaycan dilini təbliğ etmək və bu dili öyrənmək istəyən 
ruslara  yardım  etmək  məqsədi  ilə  Şeyxülislam  Mirzə  Həsən 
Tahirzadə tərəfindən 1887-ci ildə “Samouçitel tatarskoqo yazı-
ka, ili rukavodstvo” adlı dərslik hazırlanır. Lakin 6 hissədən və 
398 səhifədən ibarət olan bu əsər naməlum səbəblərə görə nəşr 
olunmamışdır.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              55
Kimliyindən  asılı  olmayaraq  Qafqaz,  İran  və  Türkiyədən 
olan əlsiz-ayaqsızlara, kimsəsizlərə arxa olan Axund Mirzə Hə-
sən Tahirzadə,  eyni  zamanda  xəstələrə  də  pulsuz-parasız  dər-
man lar paylayırdı.
Dövrünün görkəmli alim, maarifçi və ictimai xadimlərindən 
olan Şeyxülislam Axund Mirzə Həsən Tahirzadə 1893-cü il iyu-
nun  21-də Tiflisdə  vəfat  etmiş  və  müsəlman  qəbiristanlığında 
dəfn edilmişdir.
Şeyxülislam Axund Əbdüssəlam Axundzadə 
Yaşadığı illər 1843-1907,  
şeyxülislamlıq müddəti 1895-1907 
1843-cü  ildə  Salyan  şəhərində  anadan  olan  Əbdüssəlam 
Axundzadə ərəb, fars və türk dillərini atasından öyrənmişdir. On 
iki yaşında olarkən vəfat edən atası özündən sonra oğluna miras 
olaraq zəngin kitabxana buraxır. Elm və təhsilə xüsusi maraq 
göstərən Əbdüssəlam Axundzadə on səkkiz yaşına çatdıqda ar-
tıq bir neçə elmə mükəmməl şəkildə yiyələnmişdi. 
1861-ci ildə anasının məsləhəti ilə Tiflisə gedən Əbdüssəlam 
Axundzadə həmyerlisi, Qafqazın Şeyxülislamı Axund Əhməd 
Hüseynzadə ilə görüşdükdən sonra onun məsləhəti ilə idarənin 
nəzdindəki  mədrəsədə  müəllim  işləməyə  başlayır.  Çalışdı-
ğı vəzifədə hörmət və nüfuz qazanan Əbdüssəlam Axundzadə 
1878-ci  ildə  Qori  Seminariyasına  Azərbaycan  dili  və  şəriət 
müəllimi vəzifəsində işləməyə dəvət edilir. Seminariyada dörd 
il  müddətində  ədəbiyyat  və  şəriətdən  dərs  deyən  Əbdüssəlam 
Axundzadə  xalqımızın  maariflənməsi  uğrunda  əlindən  gələni 
əsirgəməmişdir.
Qori Müəllimlər Seminariyasında müxtəlif millətlərin uşaq-
ları təhsil aldıqlarına və müxtəlif millətlərdən olan müəllimlər 
bu uşaqlara dərs dediyinə görə Əbdüssəlam Axundzadəyə Qaf-
qaz  millətlərinin  dillərini,  xüsusilə  rus  dilini  öyrənmək  üçün 
əlverişli imkanlar yaranmışdı. Dərs dediyi müddətdə rus dilini 


56                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
mükəmməl şəkildə öyrənən Əbdüssəlam Axundzadə təkcə Şərq 
tarixi və ədəbiyyatının deyil, həm də Avropa tarixinin, riyaziy-
yat, astronomiya, musiqi, fiqh və s. elmlərin bilicisinə çevrildi.
Rus  ordusunda  çalışan  məşhur  azərbaycanlı  generallar  - 
M.K.Talışinski, Ə.Talışxanov, Ə.Şıxlınski, dövrünün görkəmli 
ədib  və  ziyalıları  -  M.F.Axundov,  N.Ə.Qayıbov,  F.Köçərli, 
S.M.Qənizadə və başqaları Əbdüssəlam Axundzadənin ən yaxın 
dostları idilər. Onlarla tez-tez görüşən Əbdüssəlam Axundzadə 
müsəlman və rus ziyalıları arasında körpü rolunu oynayırdı.
1893-cü ildə Şeyxülislam Mirzə Həsən Tahirzadənin və fa-
tından  sonra  şeyxülislamlıq  postuna  layiqli  bir  namizədin  se-
çilməsi  lazım  idi. Yelizavetpol  qəzasından Axund  Nağı  Qazı-
zadəyə tapşırıldı ki, əgər rus dilini yaxşı öyrənsə, Zaqaf qa ziya 
Şiə Ruhani İdarəsinə rəhbər təyin ediləcək. Lakin müsəlmanlar 
arasında yüksək titul və böyük hörmətə malik olmayan Axund 
Nağı rus dilini öyrənə bilmədi. Bundan sonra müsəlman alim və 
ədibləri ilə yanaşı, din xadimləri tərəfindən də Axund Əbdüs sə-
lamın namizədliyi müdafiə olundu.
Nəhayət, 1895-ci ildə rus canişinliyinin ürəyincə olmasa da 
Axund Əbdüssəlam Axundzadə Qafqaz Müsəlmanları Ruhani 
İdarəsinə sədr təyin edilir. Bundan bir il sonra Zaqafqaziyanın 
sünni və şiə müsəlmanlarının siyasi vəziyyəti, dini ibadətlərinin 
səviyyəsi, xristian dindarlarına münasibət və gələcək dövrlərdə 
ruhaniliyin təşkili ilə bağlı Qafqaz Baş İdarəsinə böyük həcmli 
hesabat təqdim edilir. Doqquz hissədən ibarət və Qafqaz sünni 
müsəlmanlarına aid olan “Tövsiyənamə” adlı sənəddə deyilirdi: 
“Padşahlar olmasaydı insanların bəziləri digərlərini yeyərdilər. 
Daim  aralarında  vuruşmalar  və  narahatlıqlar  olar,  bir-birinin 
mal larını qəsb edib aparar, bir-birlərinin irs və namusuna xələl 
gə tirmiş olardılar”. 
Qeyd edilən bu sənəd Müfti Hüseyn Qayıbov tərəfindən im -
zalanmışdı.  Regionun  şiə  müsəlmanlarının  rəhbəri,  Şeyxülis-
lam Axund Əbdüssəlam Axundzadə tərəfindən imzalanmış di -
gər “Tövsiyənamə” isə əvvəlkindən çox az fərqlənirdi. Hər iki 
sənəddə  xristianlarla  müsəlmanların  dost  və  yaxın  olmala rı 


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə