52 ŞEYXÜLISLAMLIQ ZIRVƏSI:
1875-ci ildə “Əkinçi” qəzetinin işıq üzü görməsində böyük
əmə yi olan Həsən bəy Zərdabi qəzetin səhifələrində tez-tez şey-
xülislama
müraciət edər, ondan sitatlar gətirərdi.
Məşhur alman qafqazşünası A.Berje ilə görüşən Şeyxülis-
lam Əhməd Hüseynzadə ona M.Ş.Vazehin fars dilində yazıl-
mış əsərlərindən bir neçə nümunə təqdim etmiş və nəticədə bu
əsərlərdən bəziləri 1870-ci ildə Almaniya Şərqşünaslıq Cə miy-
yə tinin məcmusunda çap olunmuşdur.
Şeyxülislam Əhməd Hüseynzadə ilə əməkdaşlıq edən
M.F.Axun dov məktublarının birində onun haqqında belə ya-
zır: “Qeyd etdiyim şəxs yüksək dostum, Qafqazın Şeyxülislamı
Axund Molla Əhməd Hüseynzadədir. Müxtəlif elm və fənlər sa-
həsində - astronomiya, coğrafiya, riyaziyyat, təbiət, tarix, hik-
mət və xüsusilə fiqh elmi sahəsində bütün Qafqaz ölkəsində
şeyxülislamın tayı-bərabəri yoxdur. Bununla belə, o, filosof tə-
biətli və liberal məsləkli bir adamdır”.
34
M.F.Axundovla yaxın-
lığı və dostluğu nəticəsində Şeyxülislam Əhməd Hüseynzadə
bə zi mütərəqqi fikirləri müdafiə edərək ədibin bir neçə arzu və
təd birlərinin həyata keçirilməsi uğrunda çalışmışdır.
Regionda yaşayan müsəlmanların ali dini təhsil almasına
çalışan Şeyxülislam Əhməd Hüseynzadə xüsusi məktəb yarat-
maq üçün var qüvvəsi ilə çalışırdı. Bu məqsədlə dini tədris
mü əssisəsinin zəruri olduğuna Qafqaz canişini, Knyaz Mixail
Ro manovu inandıra bilən Əhməd Hüseynzadə bu tədris mü əs si-
səsinin quruluşu və maliyyə məsələləri ilə əlaqədar tərtib etdiyi
layihənin Dövlət Şurasında müzakirəyə çıxarılmasına nail ol-
muşdu. Lakin layihə Şuranın bəzi üzvlərinin, o cümlədən ober-
prokuror K.P.Pobedonostsevin irəli sürdüyü fikirlərə və mü-
daxilələrə görə təsdiqlənməmişdir.
Sonralar şeyxülislamın bu arzusunu həyata keçirmək istəyən
nəvəsi Əli bəy Hüseynzadə Peterburqda 250 min manata aldığı
torpaq sahəsində məscid tikmək və ibadət evinin yanında ali ru-
hani mədrəsəsi açmaq istəmişdir. Lakin o da bu ideyanı həyata
keçirə bilməmişdir.
34
Həmin mənbə, səh. 94.
ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ 53
Tarix boyu şeyxülislamların arzusu olan ali ruhani mədrəsə
aç maq ideyasını sonuncu Şeyxülislam Allahşükür Paşazadə
həz rətləri 1990-cı ildə həyata keçirmişdir.
Şeyxülislam Əhməd Hüseynzadənin irsini davam etdirən
oğ lu Molla Hüseyn dövrünün ən görkəmli ziyalısı kimi tanın-
mış dır. Nəvəsi Əli bəy Hüseynzadə Səlyani isə 1918-ci ildə
Şərq də ilk parlamentli respublika olan Azərbaycan Xalq Cüm-
hu riyyətinin yaradıcılarından biri olmuşdur.
Şeyxülislam Axund Mirzə Həsən Tahirzadə
Yaşadığı illər 1837-1893,
şeyxülislamlıq müddəti 1885-1893
XIX əsrin 70-ci illərindən sonrakı dövrdə Azərbaycanda ka-
pitalist münasibətlərinin inkişaf etdiyi, milli burjuaziyanın for-
ma laşdığı, milli mətbuatın meydana gəldiyi, ədəbiyyatda mil-
li-demokratik ideyaların yayıldığı, fəlsəfi-tarixi əsərlərin ortaya
çıx dığı, milli-demokratik hərəkatın ideoloji əsaslarının yaran-
dığı bir dövrdə yaşayıb-yaradan Azərbaycanın maarif, elm, ic-
timai və din xadimlərindən biri də Şeyxülislam Axund Mirzə
Həsən Tahirzadə olmuşdur.
XIX əsrdə yaşamış Axund Mirzə Həsən Tahirzadə dövrü-
nün qabaqcıl maarifçisi, elm və din xadimi idi. Şərq və Avropa
mədəniyyətinə mükəmməl bələd olan alimin adı bütün Qafqaz-
da hörmətlə çəkilərdi.
Mirzə Həsən Tahirzadə 1837-ci ildə Şuşada anadan olub,
ilk təhsilini ailədə, sonra isə Şuşa qəza məktəbində alıb. Elm
və maarif həvəskarı olan Mirzə Həsən ali ruhani təhsili almaq
üçün Təbrizə göndərilib, burada ərəb, fars, tatar və türk dillərinə
yi yələnib. Təhsilini başa vurandan sonra ona dini məktəb aç-
mağa icazə verilib. O, məktəbin müdiri və müəllimi kimi geniş
fəaliyyət göstərib. Bir müddətdən sonra “Axund” rütbəsi alan
Mirzə Həsən vətənə qayıdıb və Cəbrayıl qəzasının Qarğabazar
kəndində məktəb açaraq dərs deyib.