Əlbəttə, bu məsələdə cənnət düşüncəsinin özünə də aydınlıq
gətirilməlidir. Bu məfhum altında nə nəzərdə tutulur? Ərəblərə
görə cənnət necə olmalıdır? Başqa xalqların düşüncəsində cənnət
necə olmalıdır? Məsələn, ərəblər bağlı-bağatlı, sulu-çeşməli bir
məkana deyir. Başqası isə elə bir təbii iqlim şəraitində yaşayır və
cənnətin belə təsəvvürünü qəbul edə bilmir. Onlar üçün cənnət
artıq könül xoşluğunu təmin edə biləcək bir məkandır.
O deyirdi: Allah ədalətlidir, ancaq bu dünyada onu
görmürdü. O deyirdi, Allah qadirdir, ancaq bu dünyada bəndənin
nahaqdan zillət içində yaşamasını görəndə ümidi o dünyaya
bağlayırdı. Bütün bu fəlsəfi düşüncələr olsun ki. Peyğəmbərin dini
təliminə güclü reallaşdığı bir məkanı nəzərdə tuturdu.
Qeyd etmək lazımdır ki, Məhəmmədin yaratdığı dinin
sonra geniş yayılmasında xəlifələrin də böyük xidmətləri oldu.
Məhəmməd peyğəmbərdən sonra xilafətin başına uzun
məsləhətləşmələrdən sonra qaynatası, arvadı Aişənin atası Əbu
Bəkr keçir. “Əbu Bəkr Məhəmmədin yaratdığı müsəlman
ümmətinə iki ildən bir qədər çox başçılıq etdi. Onun dövründə
vergi vermək istəməyən köçərilərin üsyanı yatırıldı, araya nifaq
salan, araqızışdıran bütün yalançı peyğəmbərlər həm qadın, həm
də kimi peyğəmbərlər məhv edildi. Fərat çayının mənsəbindən
• •
Olü dənizinə qədər artıq xilafətə rəhbərlik etdi” (56, s. 94-95).
Ondan sonra Ömər ikinci xəlifə seçildi. Ömər də Məhəmməd
Peyğəmbərin qaynatası idi.
“Ömərin on illik xəlifəliyi islam tarixinin qabiliyyətli
yayılma möhkəm təşkilat dövrü oldu. Ömər öləndə (644-cü ildə)
İraq, Suriya, Misir və Benqazi istila edilərək ərəb sərdarları
tərəfindən idarə olunurdu” (55, s. 49). Onun xəlifəliyi dövründə
tarix hicri qəməri tarixinə çevrildi. Bununla belə, onun əmri ilə
isgəndəriyyə kitabxanasını Nil çayına atılıb məhv edilməsi
bəşəriyyət qarşısında bağışlanılmaz səhv kimi qiymətləndirilir.
• •
Ömərdən sonra üçüncü xəlifə Osman (644-656) oldu. O,
Ömərin xüsusi himayəsi ilə hakimiyyətə gəldi. Hakimiyyətə
gələndə 70 yaşı var idi. Osman Əməvilərdən idi. O, Məhəmməd
peyğəmbərin kürəkəni idi. Əvvəl birinci qızı Ruqiyyə ilə, o
217
öləndən sonra Ümmü Gülsümlə evlənmişdi. İslam tarixçiləri
islamiyyətin
zəifləyib
yeni
məzhəblərin
meydana
gəlmə
səbəblərini onun dövründəki hərci-mərcliklə əlaqələndirirlər.
Onun
xəlifəliyini
islamşünas
Anri
Masse
belə
səciyyələndirir: ‘‘Yeni-yeni istilalar davam edirdi. Kiçik Asiya və
Egey dənizi adalarına basqınlar edilirdi, İranda son hərbi
əməliyyat keçirilirdi və Şimali Afrikaya hücumlar edilirdi. Lakin
bu uzaq hərbi səfərlər daha çətin olurdu. Ələ keçirilən qənimət isə
əvvəlki qədər çox olmurdu. İtaət altına alınan xalqlar, İslam
dinini, öz dini etiqadlarına görə deyil, daha az vergi məqsədilə
qəbul edirdilər. Ərəblərin özlərində də istila edilmiş ölkələrdə rast
gəldikləri zinət və cah-cəlal zövqü oyanmışdı. Bütün bunlar son
dərəcə çətin maliyyə vəziyyəti əmələ gətirmişdi: odur ki, başlıca
olaraq öz qohum-əqrabasına torpaq paylamaqla məşğul olan
Osman bu çətin vəziyyəti düzəldə bilmirdi. Əyalətlərdə qarışıqlar
olurdu, siyasi həyəcan və iğtişaşlar ilə dini çəkişmələr bir-birinə
qarışırdı. Quranın qəti mətnlərin müəyyən etmək üçün'Osmanın
göstərdiyi bütün ciddi cəhdlər sərt xasiyyətli möminlərin ona qarşı
duyduğu ədavəti azalda bilmədi. Peyğəmbərin ən etibarlı
mübarizə yoldaşlarından biri əvvəlcə əxlaq düşkünlüyə qarşı,
sonra isə hətta Osmana və Əməvilərin əleyhinə qarşı xütbələr
oxumağa başladı və dedi ki, ancaq Əli və onun oğulları
peyğəmbərin vərəsəsi olmaq hüququna malikdirlər. Misirdə dönüb
müsəlman olan yəmənli bir yəhudi də bu hüququn yerinə
yetirilməsini tələb edirdi. Eyni zamanda möminlərin irticası özünü
göstərdi” (55, s. 52). Xəlifə həmin irticanın qurbanı oldu. Onu
evində qılınclayıb öldürdülər. “Osmanın xəlifəliyi vaxtında bir
tərəfdən daxili müharibə əmələ gəldi, digər tərəfdən də sülalənin
qanuni bir şey olduğu fikri ortaya çıxıb, Əlinin ailəsində təcəssüm
etdi” (55, s. 53).
Osmandan sonra Əli əleyhis-salam dördüncü xəlifə seçildi
(656-661 -ci illərdə xəlifə olmuş). Həzrət Əli daha çox Osmanın
vaxtında pozulmuş islami birliyin bərpa olunmasına vaxt sərf etdi.
Bu məqsədlə o islamın tarixində məşhur olan “Cəməl” və
“Suffın” döyüşünü etdi. Cəməl döyüşündə məşhur Təlhə və
218
Zübeyrə (Xədicənin qardaşı oğlu) həlak oldu və Aişə əsir düşdü.
SyfFın döyüşündə isə Həzrət Əli ilə Suriya hakimi Müaviyə
arasında oldu. Çox təssüflər olsun ki, Əli islamiyyəti birləşdirib
sərt islami qanunları bərpa edə bilmədi. Onu 661-ci ildə Pamazan
ayının 19-da namaz qılarkən məcsiddə zəhərli qılıncla yaraladılar
və ramazan ayının 21-də dünyasını dəyişdi.
Bu faciədən sonra islamiyyətdə parçalanma və təriqətlərin
yaranma procsesi sürətləndi: “Münsiflər məhkəməsində Əlinin
nümayəndəsi hörmətli, lakin aciz qoca bir adam idi. Əlinin yaxın
adamları tərəfindən zorla onun boynuna qoyulan bu qoca
nümayəndə,
Müaviyənin
nümayəndəsi tərəfindən
işlədilən
hiylənin qurbanı olanda, Əlidən ayrılaraq öz aralarından yeni bir
xəlifə seçdilər. Tarix onlara xaricilər adını vermişdir. Əliyə
sədaqətli olanlar isə Şiə adlanırlar” (55, s. 54-55).
Məhz həmin məqamdan islamda parçalanma başlamış və
onun ilk tirələri Cunnilik, Xaricilik və Şiəlik olmuşdur. Bu
dövrədək İslamda təkamül procsesi olmuşdur: “Ərəb xilafətinin
ilk dörd nümayəndəsi zamanında, yəni “pak və təmiz”
adlandırılan dörd xəlifə vaxtmda xilafətin necə təkamül etdiyini
gözdən keçirsək görərik ki, Əbu Bəkrin zamanında Ərəbistan
• •
sabitləşib xarici istilalar hazırlanmışdır. Ömərin vaxtmda ərəb
xilafəti qalibiyyətli genişlənmiş şəkildə yayılmışdır. Osmanın
vaxtında istilalar mökhəmləndirilmiş, zinət və cah-cəlahn
genişlənməsi nəticəsində xəlifənin hakimiyyəti zəifləmişdir.
Əlinin zamanmda xilafətin hakimiyyəti daha da zəifləmiş, daxili
müharibə başlayaraq dini təfriqə doğurmuş, xilafətin xaricdə
genişlənib yayılması dayanmış və bəlkə də Bizans və İran
padşahlarını təqlid etmək nəticəsində islam dinində sülalə
vərəsəliyi fikri kök salıb bərqərar olmuşdur” (55, s. 56).
İslamın yayılma procsesi sonralar da davam etmişdir.
Xüsusi ilə, qeyd etməliyik ki, türk futuhatları zamam da islamın
yayılma və cəmiyyətdə mövqeyinin möhkəmlənməsi procsesi
davam etdirilmişdir. Xüsusən дэ, Avropada' - Balkanlarda və
İspaniyada islamı yayanlar türklər olmuşlar.
219
Dostları ilə paylaş: |