“Əxlaqda
öz
mənasına
görə
ümumbəşəri,
sivil
keyfiyyətləri özündə birləşdirən bir nüvə vardır ki, bu nüvə
ictimai inkişafın hər bir mərhələsində yaranan əxlaqi dəyərləri
özündə birləşdirir və onları nəsillərə əxlaqi ideyalar, xeyirxah
əxlaqi prinsiplər kimi ötürür. Ümumbəşəri əxlaqi dəyərlər
dedikdə, öncə sadə əxlaq və ədalətlilik normaları nəzərdə
tutulur”(20, s. 376).
Dini ideoloji qanunlarda əxlaqın sinfi mahiyyətini inkar
etməklə hakim sinfin əxlaqını bütün cəmiyyətin əxlaqı kimi
göstərmişlər. Dini əxlaqın özünə məxsus prinsipləri olduğunu və
bu prinsipləri bütün dövrlərə və siniflərə şamil etməyin
mümkünlüyü bildirilmişdir.
Dinşünaslar, o cümlədən islam ilahiyyatçıları qeyd edirlər
ki, Allah müxtəlif müqəddəs kitablar - Quran, İncil, Tövrat, Zəbur
və s. vasitəsilə insanların əxlaq normalarını müəyyən etməyə
köməklik etmiş, Allahın özü isə ən kamil və daimi bir “Vacibul-
vücud” olduğundan Onun yaratdığı dini əxlaq normaları da daimi,
dəyişməz və mükəmməl əxlaq normalarıdır. Bu yenilməz əxlaq
normaları bütün dövr və siniflərə aid olduğundan ən qiymətli
əxlaq normaları hesab edilir. Allah və dinə etiqad, iman olmadan
heç zaman əxlaq yarana bilməz və gələcəkdə də onun
mümkünlüyü qeyri reallıqdır. Dinşünasların əsaslı qeydinə görə
insanların bütün hərəkət və davranış qaydaları yalnız dinin ehkam
və prinsiplərinə müvafiq olaraq tənzim edilir. Din olmadan hər
hansı bir əxlaq normaları mövcud ola bilməz və buna görə də dini
inkar etmək, əxlaq normalarını inkar etmək deməkdir. Çünki din
insanlara mənəvi saflıq uğrunda əxlaqi gözəlliyi,
insani
keyfiyyətləri, mədəni ünsiyyəti və təlim-tərbiyənin necə olduğunu
çatdırır. Necə ki, müqəddəs Qurani-Kərimin “Əhzab” surəsinin
21-ci ayəsində buyurulur: “Həqiqətən, Allahın Rəsulu Allaha,
qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət
günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl
örnəkdir” (16, s. 419).
Əxlaqı din olmadan təsəvvür edə bilməyin bir qədər çətin
olduğunu və ya etmək istəməyən adamlar üçün dinşünaslar belə
226
bir tarixi faktı yada salırlar ki, insanların əxlaqı münasibətləri hər
hansı bir dini təsəvvürlərdən irəli gəlmişdir. Hər hansı bir dinin
meydana gəlməsi ilə əxlaq normaları mövcud olmuş və
formalaşmışdır. Elm, həyat, təcrübə, dünyaya baxış çoxdan sübut
etmişdir ki, əxlaqi normaları yaradan hər hansı bir dinə
əsaslanmışdır.
Çünki
İslamın
sevimli
peyğəmbəri
belə
buyurmuşdur: “insanları cənnətə daxil edən şeylərin ən
mühümü Allah qarşısında təqvalı olub gözəl əxlaqa malik
olmaqdır” (60, s. 27).
Din ilk insan mövcudluğunun yaranması zəminində
meydana gəlmişdir. Elmlərin müasir inkişaf səviyyəsi bir daha
sübut etmişdir ki, insan cəmiyyətinin tarixi məlum deyil və
həmçinin dini təsəvvürlər də həmin tarixin nə zaman yaranması,
ilk bəşər övladı Adəm əleyhis-salamla Həvva əleyhas-salamm yer
üzündə hansı tarixdən yaşamaları bəlli deyildir.
Bu da bir həqiqətdir ki, müasir dini baxış və anlayışlardan
xeyli fərqli və həm də çox bəsit olan ilk dini təsəvvürlər elmi
inkişafın son dərəcə aşağı səviyyəsində ibtidai insanların təbiətə
qarşı apardığı mübarizədə onun mətnliyinin nəticəsi kimi
meydana çıxdığı bildirilir.
Əsas məzmununu yer üzərindəki qüvvələrin səma
qüvvələri şəklini almasından ibarət olan dini təsəvvürlərin
obyektini ilk dövrdə yenilməz Allah qüvvələri təşkil etmişdir. İlk
dini təsəvvürlərə görə insan müəyyən bütlərə sitayiş etməklə,
dualar və müəyyən qurbanlar kəsmək yolu ilə onları rəhmə gətirə
bilər, cəmiyyət üçün zərərli olan təbiət hadisələrinin qarşısını
almaqda, öz yaşayış şəraitini yüngülləşdirmək və yaxşılaşdırmaq
üçün onların köməyinə arxalanıb himayəsinə sığma bilər kimi
ideya mövcud idi.
Cəmiyyətin inkişafı dini baxışlarda müəyyən dəyişikliklər
əmələ gətirsə də, dini görüşlərin obyekti olan Allaha inam qüvvəsi
səbəbinə xeyli genişləndi.
Müqəddəs İslam dini bütün dinlərin içərisində tarix
etibarilə nisbətən yaxın zamanda, yəni VII əsrdə Ərəbistanda
ictimai-sinfi ziddiyyətlərin son dərəcə kəskinləşməsi şəraitində,
227
cahiliyyət dövrünün qeyri-insani hərəkətlərinin baş verib tüğyan
etdiyi bir zamanda əmələ gəlmiş və nəticədə ən kamil, mükəmməl
din kimi hakim olmuşdur. Dünya dinlərinin bərabərliyi birliyə
xidməti, eyni səviyyədə kütlələri azad vəziyyətdə saxlamaqda bir
mühüm vasitə olmuşdur. Bunun nəticəsində də bütün dinlərin
nümayəndələri
ilə
yanaşı
cəmiyyətin
ictimai
şüurunun
formalaşmasında əsas əhəmiyyətli olan - fəlsəfəni, elmi, əxlaqı,
hüququ və s. cəmiyyət və insan münasibətlərinə aid bütün
məsələlərdə humanist vəziyyətin yaranmasına imkan yaratmışdır.
“Şüurun bu daxili strukturu ilə yanaşı onun çox müxtəlif halları da
mövcuddur. Onlar özünü şübhə, əqidə, inam, qorxu, günah,
sevinc, həyacan, arzu və digər hallarda biruzə verirlər’ (20, s.
176).
Eyni zamanda əxlaqi şüurun formalaşması cəmiyyətin əsas
prinsip və göstəriciləri kimi özünü biruzə verir. “Əxlaqi şüurun
bütün bu formaları məntiqi cəhətdən nizamlanmış və əxlaqi
hərəkətləri nəinki qabaqcadan müəyyənləşdirməyə, eyni zamanda
müəyyən qaydada əsaslandırmağa və qiymətləndirməyə imkan
verən sistemdə birləşdirilmişdir”(8, s. 152).
Bununla belə insanın bütün mənəvi dəyərlərlə ona
azadlığın verilməsi prinsipi ilə qurulan müqəddəs İslam dini
müsəlmanın hərəkət və davranışını geniş çərçivəsinə salan
müəyyən əxlaq normaları hazırlanmışdır. Bu əxlaq normaları
içərisində İslam dininin məğzini təşkil edən itaətkarlıq ilk plana
çəkilir və əsas yer tutur. Qurani-Kərim təlqin edir ki, müsəlmanın
əsas xüsusiyyəti itaətkar olmaqdır. İslam məfhumunun özü
itaətkar deməkdir. İslam dinini qəbul edən adama isə müsəlman
deyilir ki, bu da özünü Allahın itaətinə vermək deməkdir. Qurani-
Kərim
müsəlman əxlaqının meyarını
itaətkarlıqda görür,
itaətkarlığı isə müsəlman əxlaqının ən yüksək prinsipi kimi təlqin
edir.
Müqəddəs İslam dininin müsəlman itaətkarlığına olan
baxışı, onun insanın yaradılması haqqındakı elmi təsəvvürü ilə
insanın mahiyyəti və ictimai həyatda oynayacağı rola düzgün
münasibəti ilə xeyli dərəcədə bağlıdır. İnsanın əmələ gəlməsi
228
Dostları ilə paylaş: |