Bütün bunlarla bərabər islamda coğrafi genişlənmə ilə
yanaşı, eyni zamanda təriqət parçalamnaları da müşaiət olunur.
Bunun da obyektiv və subyektiv səbəbləri var idi.
Nə qədər ki, peyğəmbərimiz sağ idi bu dinin başqa dinlərlə
rəqabətində elə bir problem yox idi. Bir sıra hüquqi, mənəvi və
əxlaqi normaları peyğəmbərimiz vasitəsilə asanlıqla öz həllini
tapırdı. Peyğəmbərimiz dünyasını dəyişəndən sonra onun
silahdaşları bu vəzifəni şərəflə yerinə yetirirdilər. Ancaq onların
da dünyadan getməsi ilə islamda bir böhran başladı.
Şəriətin bir sıra ayinləri fəqihlər tərəfindən müxtəlif cür
şərh edildi və nəticədə, islamın təriqətlərə parçalanma prosesi baş
verdi. Bu parçalanmanın ilk nümunəsi Sünni, Xaricilər və Şiə
məzhəbləri oldu. Elə imamiliyin də əsasını Şiəlik təşkil edir.
Sünnilər islamın idarəçiliyində sürmə-qanunları əsas
götürürdülər. Şiələr isə islamda imamiliyi - yəni islamın da başqa
dinlər kimi, bir adamm liderliyini qəbul edirdilər. İmamilər iddia
edirdilər ki, peyğəmbərimizdən sonra şəriətin qanunları yalnız
imamlar tərəfindən tənzimlənə bilər. Yalnız həmin imamların-
rəhbərlərin şərhi islamda qanun kimi qəbul edilməlidir.
İmamlıq isə hər adama verilmir və yalnız peyğəmbərimizin
nəslindən olmalıdır. Eyni zamanda onun nəslindəki seçilmiş
insanlar imam elan edilə bilər. Bu məsələdə imamın xələfi sağ
ikən imamların özləri tərəfindən elan edilir.
Hətta, şiələr deyir ki, peyğəmbərimizin özü də sağlığında
imam Əlini öz yerinə vəli təyin etmişdir və onu şiələr birinci kimi
qəbul edirdilər. Onun imam təyin edilməsinə baxmayaraq Əbu
Bəkrin, Ömərin, Osmamıı, Müaviyənin xəlifə olmasını və İslama
rəhbərlik etməsini səhv addım hesab edir, bunu islamda
özbaşınalıq kimi şərh edərək həmin adamlara lənət yağdırırlar.
Onlar iddia edirlər ki, həmin adamlar və onların davamçıları
islamın qanuni rəhbərləri olan imamlara qarşı qəddar mövqe
tutmuşlar.
Həqiqətən də islamda şiələrin imam saydıqları şəxslər
müxtəlif formalarda əzab-əziyyətlə öldürülmüşlər. Hətta, onların
faciəli ölümünü xristian tarixindəki İsa peyğəmbərin çarmıxa
220
çəkimləsi və əzabla öldürülməsi ilə müqayisə edirlər. Bu motivin
özünü də həqqə aparan yolun ilk əlaməti kimi qəbul edirlər. Əsrlər
keçdikcə islamda yeni dini icmalar, fəlsəfi cərəyanların meydana
♦
gəlməsi də çoxalmışdır, istər şiəlikdə və istərsə də sünnilik
məzhəbində çoxlu sayda icmalar meydana gəldi.
İndi isə ümumiyyətlə islamın meydana gəlməsinin zəruri
səbəblərindən danışaq, islamın meydana gəlməsinin tarixi zərurəti
və sonradan onun məzhəblərə parçalanması bir sıra mövcud tarixi
reallıqlardan irəli gəlirdi.
Bu barədə ətraflı bəhs açan fransız şərqşünası Anri Masse
yazır: “İslam dinindən əvvəlki bədəvi ərəblərin şüurunun əsasını
nəsil ruhu və ya daha dürüst desək, ailə dini təşkil edirdi. Ailə dini
elə bir duyğu idi ki, helmə yəni ağıl və əxlaq əsasında hərəkət
edən insanın halına əks olaraq “gobudluq" və hətta “vəhşilik”
mənasına cahiliyyət halını əmələ gətirmiş bütün təmayüllər bu
duyğudan doğurdu. Büdpərəst bədəvinin özünə görə əxlaq
məfhumu vardı, lakin bu məfhum eyni zamanda həm cəsarətdən,
həm də alicənablıqdan ibarət olan mürüvvət formasında idi.
Cəsarət öz qəbiləsini müdafiə etmək üçün idi. Alicənablıq düşmən
haqqında (qan intiqamı müstəsna olmaqla) göstərilirdi. Onlar çox
qonaqpərəst idilər (insanı yemək və şəraba qonaq edirdilər) və
qonaq qalmasını onlardan xahiş edənlərə toxunmurdular. Nəhayət,
onlar verdikləri sözün üstündə sədaqətlə dururdular. Lakin
burasını da demək lazımdır ki, bədəvilərin bəzi mənzumələrindən
bizə məlumdur ki, onların bu xasiyyətləri öz borcunu ödəməz bir
borclu olmalarına mane olmurdu. Lakin çox vaxt aclıq “kərtənkələ
və çəyirtkə” yeyən bədəvi ərəbləri rəhmsizliyə vadar edirdi. Onlar
“artıq ağız” hesab etdikləri qız uşaqlarını diri-diri torpağa
basdırırdılar (lakin, təxminən yüz il bundan əvvəl Çində
imperatorun verdiyi fərmana baxmayaraq, qız uşaqlarını yenə də
aclıq üzündən suya atıb boğmurdularmı?!)... Quran bu cahiliyyət
dövrünün əxlaq və ilahiyyat müəllimlərinin yerini tutmağa cəhd
edəcəkdir” (55, s. 27-28).
İslamın yaranmasına dair rus alimi M.B.Piotrovski fikrini
belə ifadə edir: “İslanım meydana gəlməsi tarixi bu dinin özü
221
üçün həm son vəhy anı, həm də ilahi vəsiyyətlərin öz gözəl
təcəssümünü özündə ehtiva edən ideal cəmiyyət həyatının
nümunəsi kimi birinci dərəcəli əhəmiyyətə malikdir. Məhəmməd
peyğəmbərin dövrü XX əsrin əvvəllərindəki modernistlərdən
tutmuş indiki “fundamentalistləf’ə qədər əsrin əksər islam ideya
cərəyanları baxımından rəhbər tutulması ən mühüm yönüm,
istinad ediləsi mütləq idealdır” (49, s. 6).
Məlum olduğu kimi islam dini ərəb dünyasında meydana
gəlmiş və özündən əvvəlki ərəb inanclarını (Kəbə əvvəlki dinlərdə
də müqəddəs hesab edilirdi), milli-dini qaynaqlarını özündə əks
etdirmişdir. İslamın meydana gəlməsi və yaxın Şərqdə geniş
yayılması faktiki olaraq yeni sivilizasiyanın əsasını qoydu. Bu
sivilizasiya təkcə ərəb dünyasını deyil, həm də bütün Yaxın Şərq
xalqlarını əhatə etdi. Sözün həqiqi mənasında böyük bir coğrafi
ərazidə dini birlik yaratdı və dünyada yeni əxlaqi və dini
dünyagörüşü formalaşdırdı.
Etiraf etməliyik ki, bu din özündən əvvəlki dinlərin
səmərəli ideyalarını da qoruyub saxladı və inkişaf etdirdi.
Tövratda və İncildə olan peyğəmbərlər sülaləsi Quranda da öz
əksini tapdı. Hətta qədim Azərbaycanlıların dini kitabı olan
Avestamn bir sıra müddəaları (Nuh əfsanəsi, qıl körpüsü, qiyamət
və s.) bu dində öz yerini tapdı.
islamdan əvvəl də elə ərəb dünyasında yəhudi və xristian
dini var idi. “Xristian və yəhudi icmaları qədimdən Yəməndə və
xristian Hicazda yerləşib kök salmışdılar. Xristian icmalarının ən
böyüyü Nəcran icması idi: yəhudi tacirlər və xüsusilə yəhudi
əkinçiləri Xeyber və Yəsribdə (sonrakı Mədinə şəhərində)
firavanlıq içində yaşayırdılar. Bütün bu icmalar Məkkə şəhəri ilə
əlaqə saxlayırdılar. Bu şəhərin böyük əhəmiyyəti var idi. Çünki, o,
uzun sürən daimi quraqlıqlar ölkəsində həyatın əsas şərti olan su
çeşməsinin ətrafında salınmışdı” (55, s. 29).
Baxmayaraq ki, ərəbistanda müxtəlif dinlər mövcud idi,
bununla belə həmin dinlər bütün ərəb dünyasını vahid ideya
ətrafmda birləşdirmirdi. Əksinə onları daha da ayırırdı. Bu
mənada islam sosial sifariş idi. Ərəb dünyasını mövcud dinlərin
222
Dostları ilə paylaş: |