Ibrahimova B.
14
02/02/2002
Sizin körpəniz inkişafının yeni mərhələsinə - fetal dövrə daxil olur. Indi o, döl adlanır. Bu an üçün o, artıq möhtəşəm nailiyyətlər əldə
etmişdir!
Oynaqlar, əl və ayaq barmaqları, qulaq seyvanları, üst dodaq formalaşmışdır. Diafraqma – qarın boşluğu ilə döş qəfəsini ayıran pərdə
demək olar ki, hazırdır. Xarici cinsi orqanların formalaşması başlanır. “Quyruq” itir. Süd dişlərinin əsası (onlar həyatın birinci ilində
çıxacaq) inkişaf etməyə başlayır.
Körpə komfort bir şəkildə amnion mayesi (və ya dölyanı sular) ilə dolu olan döl qovuğunun içərisində yerləşir. Qovuqdakı mayenin
miqdarı – 20 ml – dir. O demək olar ki, şəffafdır. Körpənin gözləri geniş açılmış vəziyyətdədir, lakin onun görmə qabiliyyətinin olub-
olmaması haqqında heç bir mülahizə yürütmək mümkün deyil.
Dölün çəkisi 4 qrama qədərdir, “təpə”dən “sağrı” nahiyyəsinə qədər olan üzünlüğü 27-35 mm-dir. Əgər o, uşaqlıq divarına toxunursa,
divardan təkanla aralana bilər! Lakin Siz hələ bunu hiss edə bilməzsiniz.
Bu dövrdə hamilə qadınların çəkisinin çox artması demək olar ki, təsadüf olunmur...
On birinci həftə
Ibrahimova B.
15
02/02/2002
Yəqin ki, əhval-ruhiyyənizin sonsuz dəyişmələri Sizi təngə gətirib. Qadınların bir çoxu menstruasiyadan əvvəl olduğu kimi, hamiləlik
zamanı da emosional sferanın qeyri-sabitliyini (sinir sisteminin hədsiz qıcıqlanması, narahatlıq və səbəbsiz həyəcan, kövrəklik) hiss
edirlər. Bunun da səbəbi Sizin orqanizminizdə gedən hormonal dəyişikliklərdir.
Hər bir qadın özünəməxsus tərzdə belə emosional qarışıqlıqdan çıxış yolu tapmağa çalışır. Kimi başını ev işləri ilə qatır, kimi xobbisi ilə
daha da sıx məşğul olur. Bəzi qadınlar təsdiq edirlər ki, ən yaxşı çıxış yolu öz hisslərini nəzarət altına almaq, yəni meditasiya ilə məşğul
olmaqdır. Bunun üçün satışda olan xüsusi audio, video kasetlərdən, CD disklərdən istifadə etmək olar. Peşəkar psixoterapevtin
məsləhəti də effektiv ola bilər.
Təbii ki, Sizin qeyri-sabit əhvalınız həyat yoldaşınız üçün də ağır yükə çevrilir. O hər şeyi anlayışla qarşılamalıdır. Sevən insan hər cür
yardıma hazır olmalıdır. Çox vaxt bu yardım sadəcə olaraq, təsəlli verməkdən, səbirli olmaqdan, qayğı göstərməkdən ibarət olur. Bunda
çətin nə var ki? Buna baxmayaraq, heç vaxt ona təşəkkür etməyi unutmayın. Bu Sizə nə qədər asan gəlsə də yaddan çıxarmayın ki, bizim
yaşadığımız keşməkeşli zamanda hətta sadəliklər üçün belə, onlar bütün mənəvi imkanlarını səfərbər etməli olurlar. Həyat yoldaşınız bu
dövrdə əsil mənada arxa olmalıdır.
Əgər Sizi narahat edən psixoloci problemlər dayanıqlıdırsa, hətta getdikcə artırsa, ixtisaslı həkimə müraciət edin. Yadda saxlayın: Sizin
kimi problemləri olan qadınların 100-dən 99-na tez və müsbət nəticə verən yardım göstərmək olar.
Birinci həftə üçün olan tövsiyyələr hələ də öz mənasını itirməyib.
GƏLƏCƏK UŞAQ
Böyüyürük! Artıq körpənin çəkisi 7 qramdır. Xarici görünüş öz qeyri-adiliyini saxlayır: yuxarı ətraflar aşaği ətraflara nisbətən daha uzun
görünür. Bədənə nisbətən baş hissəsinin ölçüləri daha böyükdür. Qoy bu Sizi narahat etməsin – dünyaya gəlişinə yaxın bütün bu
uyğunsuzluqlar aradan qalxacaq (nə vaxtsa, Siz də bu şəkildə olmusunuz). Bu həfə döş sümüyünün formalaşması sona çatır. Əl və ayaq
barmaqları hələ də inkişafdadır.
Yeni “xəbər”: gözün qüsehli qişası (göz rəngini göstərən hissə) inkişafa başlayır.
Sonoqramda döl delə görünür:
Ibrahimova B.
16
02/02/2002
Ümumi vəziyyətin yaxşılaşma əlamətləri yarana bilər. Dölün çəkisi 14 qram, uzunluğu 9 sm-dir!
On ikinci həftə.
Bir çox hamilə qadınlar bu həftəni “köklü dəyişikliklərin” başlanğıcı kimi yadda saxlayacaqlar. Istərdik ki, Siz də bu xoşbəxt qadınlar
sırasında olasınız və nəhayət Siz erkən toksikozun “sərt caynaqlarından” azad olasınız.
Hamiləliyin normal gedişi üçün lazım olan hormonların ifrazında aparıcı rol ciftin üzərinə düşür. Hamiləliyin lap əvvəlində bu vəzifə
yetkin yumurta hüceyrənin yerində yaranmış sarı cismin öhdəsində idi. 2,5 ay ərzində Sizi narahat edən də məhz onun fəaliyyəti idi.
Indi Siz solmaqda olan sarı cismin “ölümünə” “sevinə” bilərsiniz. Amma yaxşı olar ki, bütün “şıltaqlıqlarını” ona bağışlayıb, xoş sözlə
yola salasınız. Çünki, yaratdığı bütün əziyyətli, xoşagəlməz hadisələrə baxmayaraq, gələcəkdə Sizin həyatınızın mənasını təşkil edəcək
körpənin dünyaya gəlməsində onun da rolu var, həm də çox böyük rolu!
Lakin bəzi hamilə qadınlarda toksikoz əlamətləri daha uzun müddət davam edir, xüsusən, çoxdöllü hamiləliklərdə.
GƏLƏCƏK UŞAQ
Inkişaf tam həcmi ilə davam edir. Artıq körpənin qara ciyəri öd (gələcəkdə yağların həzminə xidmət edəcək maddə) ifraz etməyə
başlamışdır. Bağırsaqlar da öz qabiliyyətini yoxlamlq məqsədi ilə ara-sıra yığılmalar yerinə yetirirlər. Belə yığılmalar peristaltika adlanır.
Bağırsaqların peristaltikası qəbul edilmiş qidanın tədricən əks istiqamətdə deyil, məhz ağız boşluğundan ... doğru hərəkət etməsini
təmin edir. ÜÇ nöqtənin yerinə lazım olan sözü özünüz qoyun.