Ibrahimova B.
17
02/02/2002
Baş beynin inkişafı davam edir. Indi o, yetkin insanın kişik ölçülü maketini xatırladır. Bu təəccüb doğurmamalıdır, çünki, onun çəkisi
cəmi 13-14 qrama qədərdir, ümumi uzunluğu isə 9 sm-dir.
Ikinci kvartalda Sizi xoş gördük! Körpənin süd dişləri formalaşmışdır.
On üçüncü həftə.
Ikinci kvartalda Sizi xoş gördük! Sizi təbrik edirik – yolun üçdə birini arxada buraxdınız. Əgər Sizə verilən proqnozlar özünü
doğrultmayıb və hələ də toksikozdan əziyyət çəkirsinizsə, ruhdan düşməyin. Tezliklə vəziyyət yungulləşəcək.
Bu mərhələdə Əlahəzrət Hamiləlik qadınlara daha bir sürpriz təqdim edə bilər. Söhbət qəbzlikdən gedir. Bu hal bir qədər əvvəl və bir
qədər sonra da yarana bilər.
Qəbzliyin yaranması hamilə qadının bağırsaqlarında peristaltikanın zəifləməsi ilə əlaqədardır. Bu o deməkdir ki, qida hissələri
bağırsaqların daxilində əvvəlkinə nisbətən daha zəif sürətlə hərəkət edir, buna görədə orada bərkiyir və tıxanıb qalır. Peristaltikanın
pozulması hormonal dəyişikliklərlə bağlıdır. Eyni zamanda böyüməkdə olan uşaqlıq da qəbizliyin yaranmasına təsir göstərir. Get-gedə
uşaqlığın ölçülərinin artması qarın boşluğunda bağırsaqların yerini dar edir. Halbuki, uşaqlığın böyüməsi daha sonrakı dövrlərdə
qəbizliyin yaranma səbəbinə çevrilir.
Qəbzlik gələcək anaya heç də yaxşı ümidlər vermir. Bu hal özü – özlüyündə mənfi hisslər yaratması ilə yanaşı, həm də ağırlaşmalar verə
bilər. Hamiləlik zamanı qəbzlik, sonralar əksər hallarda
babasil deməkdir. Bu, düz bağırsaq venalarının müxtəlif ölçülü düyün şəkilli
varikoz genişlənməsidir. Babasil düyünləri həm daxildə (düz bağırsaq mənfəzində) həm də xaricdə (anal dəlik nahiyyəsində) yerləşə
Ibrahimova B.
18
02/02/2002
bilər. Babasil düyünlərinə hamiləlik zamanı kifayət qədər tez-tez təsadüf olunur. Lakin onlara diqqətlə yanaşdıqda, özlərini “sakit
aparırlar”. Əks halda babasil düyünləri iltihablaşaraq, Sizə kəskin ağrı və qanaxma şəklində narahatlıqlar yarada bilələr. Babasildən yaxa
qurtarmaq az faiz təşkil edən xoşbəxt qadınlara müyəssər olur, lakin qəbzliyə müharibə elan etməklə bunun qarşısını almaq olar.
Sizə bir neçə məsləhət verə bilərik:
Qəbul etdiyiniz qida əsasən bitki mənşəli olmalıdır. Bitki məniəli qida tam həzm olunmur lakin nəcis kütləsinin həcminin artmasına, bu
da öz növbəsində dolmuş bağırsağı daha fəal işləməyə məcbur edərək, azad olmasına səbəb olur. Doğrudur, bəzi bitkilər məsələn, lobya,
kələm qazəmələgəlmə prosesini artıraraq, qarnın köpməsinə səbəb olur. Yaxşı olar ki, bu məhsullardan imtina edəsiniz. Əgər Siz bu
məhsulları qəbul edib, belə halla qarşılaşmısınızsa, o zaman, bir neçə fincan çobanyastığı çayı və ya bir neçə həb aktivləşdirilmiş kömür
qəbul edin. Bununla Siz körpəyə heç bir ziyan vurmayacaqsınız.
Təbii xüsusiyyətləri hesabına qarına yumşaldıcı təsir göstərən məhsullardan istifadə edin. Rəndələnmiş çuğundur vəya onun şirəsi əksər
qadınlara belə təsir göstərir.100-150 ml qaynadılmış suya bir dessert qaşığı bal əlavə edib, içmək də yaxşı effect verə bilər. Bu “eliksiri” ac
qarnına içib, sonra ilıq isitqac qoymaqla, sol yanı üstə uzanmaq lazımdır. Rəfiqələrinizlə məsləhətləşin, yəqin ki, qəbzliyə “qalib” gəlmək
üçün onların da Sizə verə biləcək yoxlanmış üsulları vardır. Lakin əgər əldə etdiyiniz məlumat Sizə inandırıcı gəlmirsə, onu tətbiq
etməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşin. Bu, xüsusilə qarına yumuşaldıcı təsir edən dərman preparatlarına aiddir. Bu
preparatları ancaq həkim təyin edir.
Qarnı bağlayan məhsulların (bəzi armud növləri, düyü, çoxlu miqdarda xaş-xaş və s.) qəbulundan imtina edin. Bu məhsullarsız da
qəbizliyin yaranması üçün kifayət qədər səbəb var.
Mümkün qədər aktiv hərəkət recimini saxlamağa çalışın. Piyada gəzin, su hovuzunu və fiziki məşğələləri yaddan çıxarmayın. Əgər
bütün bu tədbirlər Sizə kömək etməzsə, həkimə müraciət edin. Indi satışda geniş çeşiddə dərman preparatları var və mütəxəssis Sizin
üçün optimal olanını təklif də bilər.
GƏLƏCƏK UŞAQ
Bu həftədə çox mühüm hadisələr baş verir. Bütün 20 ədəd süd dişi artıq formalaşmışdır (onlar səbirsizliklə öz vaxtlarını gözləyirlər). Döl
bağırsaqları qarın boşluğunda öz yerini tutur, onun daxilində həzmdə böyük rolu olan kirpiklər əmələ gəlir. Artıq körpənin mədəaltı
vəzi insulin ifraz edir.
Ibrahimova B.
19
02/02/2002
Döl, təqribən, 28 gramdır.
Şəklə diqqət yetirin – dölün ayağı demək olar ki, tam formalaşmışdır. Təəccüblüsü burasıdır ki, bu hadisə çox böyük sürətlə gedir.
Qarın divarının ortasında tünd rəngli xətt əmələ gələ biər.
On dördüncü həftə
Bir çox qadınlar bildirirlər ki, hamiləliyin nə olduğunu ancaq toksikoz bitdikdən sonra hiss etmişlər.