Ibrahimova B.
20
02/02/2002
Bu doğrudan da belədir, çünki, qadınlarda analıq hissi məhz birincidən ikinci kvartala keçid dövründə yaranır. Bu hiss gün-gündən
möhkəmlənir və bu, hər bir qadının keçirə biləcəyi ən möhtəşəm hissdir. Bu hissi əzizləyin, onun qədir-qiyəmtini bilin. Məhz bu hiss
hamiləlik zamanı baş verə bilən irili-xırdalı bütün çətinliklərdən keçməyə Sizə kömək edəcək.
Beləliklə, Siz hamiləliyin çiçəklənmə dövrünün astanasındasınız. Ona görə indi irəlidə yarana biləcək müxtəlif çətinliklərdən söhbət
açmaqla, Sizin kefinizi pozmaq istəməzdik. Hələ bu barədə danışacağıq.
GƏLƏCƏK UŞAQ
Dölün uzunluğu 12,5 sm-dir.
Körpənin orqanizmində artıq sidik əmələ gəlir və o, sidiyi dölyanı sulara ifraz edir. Həmçinin, döl, dölyanı suları ağciyərlərinə çəkib
sonra xaric etmək yolu ilə doğulduqdan sonra tənəffüs etmək üçün məşq edir. Mədəaltı vəz boyatmada və maddələr mübadiləsində çox
böyük rolu olan insulin hormonu ifraz etməyə başlayır.
Ibrahimova B.
21
02/02/2002
Alfa – fetoproteinin, xorion qonadotropininin və konyuqasiya olunmamış estriolun səviyyəsini yoxlamaq üçün qan vermək lazımdır.
On beşinci həftə.
Beləliklə yəqin ki, Siz “Hamiləliyin II kvartalı” adlı tamaşada aldığınız rolu hərtərəfli qavramısınız. Ümid edirik ki, belə bənzətmələr
Sizin də xoşunuza gələcək. Qürur hisi ilə Gələcək Ana adını daşıya bilərsiniz. Sizin ailə üzvəriniz də bu faktı hər an yadda saxlamlıdır.
Adətən, bu dövr üçün artıq baş verəcək artım hadisəsinə ailədə “işçi” bir münasibət yaranır. Hər bir ailə üzvü bacardığı kimi yardım
göstərməyə və dəstək olmağa çalışır. Bu cür münasibəti düzgün qiymətləndirməyə çalışın, çünki bütün bu hadisələr ailə münasibətlərini
daha da möhkəmləndirir.
Güzgüyə baxdığınızda imicinizdə daha bir dəyişikliyin baş verdiyini görə bilərsiniz. Bu, qasıq bitişməsindən göbəyə qədər uzanan tünd
rəngli xətt ola biər. Melanin piqmentinin toplanması olan bu xətt, hormonların daha bir “şıltaqlığıdır”. Narahat olmağına dəyməz,
doğuşdan sonra bu xətt itəcək.
GƏLƏCƏK UŞAQ
Uşağın başında tük əmələ gəlir. Əlbəttə ki. bunlar sonralar daraqla daradığımız saçlar deyil. Dərisi hələ çox zərifdir, rəngi çəhrayıdan
daha çox qırmızıdır. Alimlərin hesablamalarına görə bu dövrdə körpənin kiçicik ürəyi sutka ərzində 23 litr qan qovur!
Körpə vaxtaşırı sidik kisəsini boşaldır. Sidik amnion sularına qarışır və onun tərkibini sabit saxlayır. Lakin körpənin sidiyindən başqa
dölyanı suların əsasını döl qovuğunun hüceyrələrinin ifraz etdiyi maddələr təşkil edir.Bu hüceyrələr sutka ərzində 8-10 dəfə yeniləşir.
Bu proses lazımi kimyəvi tərkib (suyun, mineral maddələrin və kimyəvi maddələrin nisbəti) saxlamaqla, sterilliyi qorumağa imkan verir.
Döl qovuğunun və dölyanı suların çox böyük əhəmiyyəti var. Həm dölü mexaniki zədələnmələrdən qoruyur, sərbəst hərəkti təmin edir,
həzm sisteminin ağciyərlərin və böyrəklərin inkişafına yardım edir. Birinci növbəfə döl qovuğu və onun içərisindəki maye körpənin
yaşadığı ilk məkandır.
Körpə aktiv olaraq bu məkanı tədqiq edir, onunla kimyəvi maddələr və informasiya mübadiləsi aparır. Bu məkanın çox komfortlu
olduqunu da qeyd etməliyik. Təsəffür etməyə çalışın – ilıq, təmiz, demək olar ki, şəffaf maye; həyatın kəskin reallıqlarını – dünya ətalət
Ibrahimova B.
22
02/02/2002
qanunu, gözqamaşdırıcı işıq, sənaye hay-küyünün xaosu kimi narahatlıqların hiss olunmadığı bir məkan, çəkisizlik, tutqun işıq, dölyanı
sulardan keçən müxtəlif ahəngli səslər.
Durmaq bilməyən yapon alimləri “süni uşaqlıq” yaratmışlar. Bu, içərisindəki şərait bətndaxili şəraitə yaxınlaşdırılmış bir kameradır.
Kamera elastik materiallardan hazırlanıb, içərisi də xüsusi maye ilə doldurulub. Böyük adam dölə xas tərzdə forma alarsa, orada tam
yerləşə biər. Bu “süni uşaqlıqda” olmuş insanların keçirdiyi hissləri xəbər alarkən, bu cür yüngüllük, komfort, relaksasiya və müdafiyə
hissinin heç vaxt keçirmədiklərini söyləmişlər (daha doğrusu uzun zamandan bəri keçirmədikləri).
Su – körpənin ən sevdiyi və alışdığı bir məkandır. Bu səbəbdən suda doğuş və çox erkən zamanlarda uşaqlara üzməyin öyrədilməsi
ideyası geniş populyarlıq qazanmışdır. Qabaqcıl uşaq klinikalarında müxtəlif çatmamazlıqları olan uşaqlara bərpa tədbirləri apararkən,
su məşğələlərindən və “quru immersiyadan” (çəkisizlik şəraitinin yaradılması) istifadə edirlər.Sizin körpə dünyaya göz açdıqdan sonra,
onun çimizdirmə mərasimərini, ona sevinc bəxş edəcək sehrli bir hadisəyə çevirməlisiniz. Bu hadisə hələ 6 ay sonra baş verəcək. Lakin,
indidən bu barədə fikirləşmək ziyan etməz (körpənin yolunu gözləyərək, xəyal qurduğunuz axşamlarda).
Bu dövrdə körpənin görünüşü belədir. Onun baş barmağını necə sorduğunu irəlidə görəcəksiniz.