Ibrahimova B.
23
02/02/2002
Bu həftə Siz ilk dəfə dölün hərəkətini hiss edə bilərsiniz. Ultrasəs müayinəsi vasitəsilə dölün cinsini təyin etmək mümkündür.
On altıncı həftə.
Bu həftə Siz ilk dəfə dölün hərəkətini hiss edə bilərsiniz. Ultrasəs müayinəsi vasitəsilə dölün cinsini təyin etmək mümkündür. Əgər bu
birinci hamiləlik deyilsə, və ya, hamilə qadın bədən quruluşuna görə zərifdirsə, bunu hiss etməsi daha realdır. Qadınlar təkrar hamiləlik
zamanı birinci hamiləlikdən fərqli olaraq, dölün tərpənməsini 2-4 həftə əvvəl hiss edirlər. Bunun səbəbi odur ki, belə qadınlar artıq bu
hisslə tanışdırlar. Ilkin hamiləlik zamanı qadınların 22-23 həftəyə qədər dölün tərpənməsini hiss etməməsi heç də təəccüblü deyil: bu
tərpənişlər sonrakı təpiklərdən çox daha zəifdir.
Ilk tərpəniş tarixi doğuş tarixini hesablamağa kömək edə bilər. Lakin bu göstəricinin dəqiqliyi o qədər də yüksək deyil.
Alfa – fetoproteinin, xorion qonadotropininin və konyuqasiya olunmamış estriolun səviyyəsini yoxlamaq üçün qan vermək lazımdır.
Bəzi fərdi xəstəliklər (məs: Daun sindromu, kəllə-beyin yırtığı, anensefaliyalar, qarnın ön divarının parçalanması və s.) zamanı bu
Ibrahimova B.
24
02/02/2002
göstəricilər normadan uzaqlaşa bilər. Belə müayinələrin nəticələri bu cür xəstəliklərə olan şübhələri ya təsdiq ya da inkar edə bilər. Bu
müayinələrin aparılması üçün qanınızı gələn həftədə də verə bilərsiniz. Əsas olan odur ki, 15 – ci və 20 - ci həftələr arasındakı müddət
ərzində 1-2 həftəlik intervalla 2 dəfə qan verəsiniz. Məsələn, 16 və 19-cu həftədə, və ya 17 və 20-ci həftədə. Bu məqsədlə ginekoloqunuza
və ya tibbi – genetik məsləhətxanaya müraciət edin.
GƏLƏCƏK UŞAQ
Körpə Sizin və Tanrının köməyi ilə öz üzərində yorulmadan çalı.maqda davam edir.
Indi onun qulaq seyvanları demək olarki, öz yerini tutmuşdur. Daha öncə onlar daha aşağıda yerləşirdilər (yəni, boyuna daha yaxın).
Daha bir cizgi – dırnaqlar tam olaraq, formalaşmışdır.
Böyrəklər və sidik kisəsi tərəfindən də irəliləyiş var – hər 45 dəqiqədən bir körpə sidik ifraz edir. Əl ayaq hərəkətlərinin koordinasiyası
artır. Körpənin boyu da artmışdır – onun tam uzunluğu 16 sm-dir!
Bu isə söz verdiyimiz görüntü: körpə baş barmağını sorur. Bu, belə qəbilədən olan son şəkil deyil (çünki, bu vərdiş doğuşa qədər davam
edir).
Körpənin çəkisi 140 qr-dır.
On yeddinci həftə.
Ibrahimova B.
25
02/02/2002
Uşaqlığınızın dibi qasıq bitişməsi ilə göbək arasında olan məsafənin tam ortasına uyğun gəlir. Əgər qasıq bitişməsinin harada
yerləşdiyini bilmirsinizsə, aydinlaşdırırıq: barmağınızı göbəkdən aşağı düz xətt boyunca aparın , sumuk hiss etdiyiniz yer qasıq
bitişməsidir.
Orqanizminiz dövran edən qanın həcmini artırır. Bu, dölü qidalandırıcı maddələr və oksigen ilə təmin etmək üçün vacibdir. Ürəyinizin
işi də bu arada artmışdır, çünki, əlavə qan həcmini damarlara qovmaq üçün əlavə səylər gərəkir. Ürəyin nasos funksiyası 20% artır.
Bəzən bu əlavə səy özünü göstərir. Ola bilər ki, tərləmə və uşaqlıq ifrazatı artsın – bu, orqanizmdə həmişəkindən daha çox mayenin
dövran etməsindən irəli gəlir. Bunlar təhlükəli deyil. Sadəcə olaraq, qigiyena tədbirlərinin artırılmasını tələb edir. Alfa – fetoproteinləri
unutmayın (əvvəlki həftəyə bax).
GƏLƏCƏK UŞAQ
Dölün çəkisi – 140 qrama yaxındır.
Bu həftədə yeni strukturlar yaranır. Körpə əldə etdiyi nailiyyətlərdən istifadə etməyi öyrənir. Sizdən çox uzaq olmayan səslərə reaksiya
verir. Bəzi elmi tədqiqatlar göstərir ki, ultrasəs skanerindən istifadə eyməklə, ananın qarın divarına yaxın yerləşdirilmiş dinamikdən səs
siqnalları verildikdən sonra dölün hərəki aktivliyinin dəyişilməsini aşkar etmək olar. Bu o deməkdir ki, körpənizin estetik tərbiyyəsi ilə
məşğul olmağın vaxtı çatmışddır. Bu həftədən başlayaraq “Dinləyicilərin arzusu ilə” rubrikası altında konsertlər təşkil etməyə başlayın.
Istənilən ifaçı ola bilər. Özünüz də müşayətlə və ya müşayətsiz mahnı ifa edə bilərsiniz. Repertuar zəngin olmalıdır – folklor xalq
mahnılarından başlamış indi populyar olan mahnılara qədər.
Körpənin atasını da bu işə cəlb edin - əgər oxumağı sevmirsə, şer desin. Sadəcə körpə ilə söhbət etsin.
Aktiv şəkildə audio apparatlardan istifadə edə bilərsiniz. Körpə hələ səsləri və musiqi alətlərinin səslənməsini qiymətləndirə bilməsə
də ,bu işi gecikdirməyin. Sonralar belə müsiqi təhsili almış körpə ilə oynamaqdan həzz alacaqsınız. Çünki. bir neçə aydan sonra Sizin
körpəniz əsil sənət bilicisinə cevriləcək, o, həm qiymətləndirməyi, həm də tənqid etməyi bacaracaq. (Sizin ona təklif etdiyiniz konsert
proqramlarına cavab olaraq, etdiyi təpik və itələmələr vasitəsi ilə öz fikrini bildirəcək – həm də özünəməxsus qaydada).