yaxşı.
Of eliy a.
Milord, yadigardır töhfəniz məndə.
Xeyli var, onları istəyirəm ki,
Geriyə qaytarım,
buyurun, alın.
Hamlet.
Yox, yox, nə deyirsən, ömrümdə senə
Heç vədə heç bir şey verməmişəm
mən.
O f e l i y a.
Yaxşı bilirsiniz, möhtərəm prins,
Mənə verdiyiniz hədiyyələri.
Qəşəng sözləriniz açdıqca qanad
Artdı bəxşişlərin qiyməti qat-qat.
Onlar dəyərini artıq itirmiş,
Namuslu qızlara aydındır bu iş:
Kim ki dönük olur, mürvətsiz olur,
Qiymətli bəxşişi qiymətsiz olur.
Buyurun.
H a m 1 e t. Ha, ha, ha! Sən namuslusan?
O f e l i y a. Milord!
H a m 1 e t. Sən gözəlsən?
Ofeliya.
Siz cənabınız,
Nə demek istəyir, bilmirəm, düzü?!
H a m 1 e t. Onu demək istəyirəm ki, əgər sən namuslu və
gözəl qızsansa, sənin namusun sənin gözəlliyinlə danışmağa
heç kimə icazə verməməlidir.
O f e 1 i y a. Milord, gözəlliyin namusdan yaxşı rəfıqəsi ola
bilməz.
H am 1 e t. Bəli, doğrudur! Fəqət bəla burasmdadır ki, namus
gö-zəlliyi özü kimi bakir və büllur etməkdənsə, tezliklə
gözəllik namusu aradüzəldənə, oğraşa çevirir. Əvvəllər bu
mənə qeyri-adi görünürdü. İndi isə bizim dövr, zəmanə
bunu təsdiq eləyir.Bir vaxtlar mən səni sevirdim.
O f e 1 i y a. Həqiqətən, milord, mən sizin eşqinizə
inanırdım.
H a m 1 e t. Lap nahaq yerə. Çünki insan xilqəti qoca
ağac gövdə-sidir, ləyaqət çiçəyi ona peyvənd tuta bilmir.
Mən səni sevmirdim.
O f e 1 i y a. Deməli, mənim aldanmağım daha dəhşətlidir.
H a m 1 e t. Get monastıra. Nə üçün sən günahkarların
sayını artırmağa can atırsan? Mən özüm də ala-babat təmiz
adamam. Lakin özümü onda günahlandıra bilərəm ki,
anam məni doğmasa daha yaxşı olardı. Mən çox lovğa,
kinli, xudpəsəndəm. Daxilimdə o qədər eybəcərliklər var ki,
onları fikirləşməyə düşüncəm, müəyyən bir şəklə salmağa
təsəvvürüm, həyata keçirməyə vaxtım çatışmır. Göylə yer
arasında vurnuxan mənim kimi belə məxluqlardan nə
gözləmək olar? Biz hamımız həqiqi fırıldaqçılarıq. Bizim heç
birimizə inanma. Hələ ki bakirəsən, insanlardan uzaqlaş.
Birbaşa monastıra get. Atan hardadır?
O f e 1 i y a. Evdədir, milord.
H a m 1 e t. Qapıları onun üzünə möhkəm bağla ki, o
yalnız öz evində özünü ələ salsın. Əlvida.
O f e 1 i y a. Ah, müqəddəs göylər, siz ona kömək olun!
H a m 1 e t. Əgər ərə getsən, qoy mənim lənətlərim sənin
cehizin olsun. Buz kimi şəffaf, qar kimi təmiz olsan da, yenə
böhtanlardan qur-tara bilməyəcəksən. Monastıra tələs,
dayanma, əlvida. Hərgah mütləq ərə getmək istəsən, onda
bir axmağa get. Çünki ağıllılar çox yaxşı bilirlər ki, siz
onlardan necə buynuzlu vəhşilər düzəldirsiniz. Monastıra
get, cəld ol. Əlvida!
O f e 1 i y a. Ey ulu qüvvələr, siz ona şəfa verin!
H a m l e t . Üz-gözünə rəng çəkdiyini də eşitmişəm.
Allah-taala sizə bir sifət verir, siz onu boyayıb başqa şəklə
salırsımz. Qəribə oyunlar, hərəkətlər çıxardır, danışıqlar
icad edir, tanrının yaratdıqlarına yeni-yeni adlar verirsiniz,
öz əxlaqsızlığına sadəlövlük donu geyindirirsiniz. Get, get,
mən artıq bunu istəmirəm. Məni dəli eyləyən də elə bax
budur. Sənə deyirəm, daha heç kəs evlənməyəcək. İndiyə
qədər evlənənlərin hamısı, bir nəfərdən başqa, qoy birgə
yaşasınlar. Qalan-ları necə var elə də qalsınlar. Monastıra
get, rahibə ol.
Gedir.
Ofeliya.
Ah, necə məhv oldu böyük bir zəka,
Comərdlik, igidlik mücəssəməsi,
Ağlın, dərrakənin ülvi timsalı,
Vətənin ümidi, şöhrəti, şanı,
Ləyaqət güzgüsü, gözəllik rəmzi,
Ellərin əzizi, ellərin gözü,
Hamısı, hamısı məhv oldu, getdi!
Mənəm qadınların ən bədbəxti, mən!
Əvvəl musiqitək gözəl səsiylə
Gəlib and içərdi mənim eşqimə,
İndi cingildəyir qırıq zəng kimi.
Hanı o qüdrətli, o nadir kamal?
Onun o qənirsiz gözəl üzünü
Dəlilik dəyişib nə günə salmış!
İlahi, bu nədir, mən taleyi kəm
Ah, nələr görmüşdüm, nələr görürəm!
Kral və Poloni qayıdırlar.
Kral.
Məhəbbət? Bu deyil onun mərəzi.
Sözləri dolaşıq olsa da bir az,
Dəli sözlərinə bənzəmir əsla.
Onu belə ağır qəmə qərq edən
Nəsə qorxunc bir sirr yatır qəlbində.
Onun qalması da, açılması da,
Dəhşətli fəlakət törədə bilər.
Dərhal qarşısım almaqdan ötrü
Belə bir qərara gəlmişəm ki, mən
Onu tez göndərək İngiltərəyə,
Yığsın ödənməmiş baci-xəracı.
Bəlkə de, dənizlər, müxtəlif yerlər,
;
Müxtəlif adamlar onun bu təhər
Üstündə əzabla baş sındırdığı
Dərdi ürəyindən çıxara bildi.
Sizin bu barədə fıkriniz nədir?
P oloni.
Çox gözəl, qoy getsin, fayda verəcək,
Fəqət inanıram mən əvvəlkitək
Bu qəmin səbəbi uğursuz eşqdir.
-Qızım! Danışmağa yoxdur ehtiyac
Eşitdik Hamletin dediklərini.
İxtiyar sizindir, adil hökmdar,
Ancaq istəsəniz, budur məsləhət:
Tamaşadan sonra prins Hamleti
Kraliça görsün tamam təklikdə.
Onunla danışsın açıq, səmimi,
Dərdini deməyi xahiş eləsin.
Siz lazım bilsəniz, gizlənib mən də
Dinlərəm onların söhbətlərini.
Öyrənə bilməsək sirrini əger,
Təcili göndərin İngiltərəyə, :
Ya da hökm verin dustaq etsinler
Etibarlı yerdə.
Kral.
Yaxşı, razıyam.
Böyük
təbiətlər dəli olsa da,
Azad yaşamasın gərək dünyada.
Gedirlər.
İKİNCİ SƏHNƏ
Qəsrdə bir salon.
Hamlet və bir neçə
aktyor daxil olurlar.
Hamlet. Təvəqqe edirəm, sizə necə demişdimsə, eləcə də
təbii və aydın danışın. Əgər siz öz nitqinizi, aktyorların
əksəriyyəti kimi, bağıra-bağıra söyləyəcəksinizsə, yaxşı olardı
ki, mən öz şerimi şəhər carçısına verəydim. Havanı mişarla
doğrayırmış kimi, əl-qolunuzu ölçməyin, hər şeyin öz həddini
Dostları ilə paylaş: |