Hansı halda kondensləşmiş altıüzvlü heterotsiklik birləşmələr



Yüklə 276,44 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix11.06.2018
ölçüsü276,44 Kb.
#47984
1   2   3   4   5   6   7   8   9   10

67

Purin molekulundakı hansı atomlar yanında hansı qruplar 

olduqda quanin alınır?

 A) VI və VIII karbon atomları yanında amin qrupları olduqda

 B) VI karbon atomu yanında hidroksil, VIII karbon atomu 

yanında amin qrupu olduqda 

 C) II karbon atomu yanında amin, VIII karbon atomu yanında 

hidroksil qrupu olduqda

 D) II karbon atomu yanında amin, VI karbon atomu yanında 

hidroksil qrupu olduqda

 E) II və VI karbon atomları yanında hidroksil qrupu olduqda

68

AMF-in tərkibinə hansı maddələrin qalıqları daxildir?



 A) adenin, dezoksiriboza, fosfat turşusu

 B) adenin, riboza, iki molekul fosfat turşusu

 C) quanin, riboza, fosfat turşusu

 D) adenin, riboza, bir molekul fosfat turşusu

 E) adenin, riboza, üç molekul fosfat turşusu

69

 Nukleotidlərdə fosfat turşusu qalıqları hansı karbon atomunun 



yanında olur?

 A) II karbon atomu yanında B) VIII karbon atomu yanında

 C) 1/ karbon atomu yanında D) 2/ karbon atomu yanında

 E) 5/ karbon atomu yanında

70

Nukleotidlərdə riboza və dezoksiriboza adenin və quaninin 



hansı atomu ilə birləşir?

 A) II karbon atomu ilə   B) III azot atomu ilə C) VII azot 

atomu ilə

 D) VIII karbon atomu ilə  E) IX azot atomu ilə

71

Aşağıdakılardan hansılar alkaloidlərə aid olan biheterotsiklik 



birləşmələrdir?

 I. benzpirrol  II. teobromin III. quanin

 IV. teofillin  V. kofein

 A) I,II,III     B) II,IV,V C) I,IV,V        D) III,IV,V E) II,III,V

72

 Kofein, teobromin və teofillin molekulunda müvafiq olaraq 



neçə oksigen atomu və metil qrupu vardır?

 A) 2,2; 2,3; 2,2 B) 3,2; 3,2; 1,2 C) 2,3; 2,2; 2,2

 D) 3,2; 2,2; 2,2 E)2,3; 2,2; 2,3



73

 Pteridin hansı vitaminin və ya konfermentin tərkibinə daxil 

olmur?

 A) flavinmononukleotidin  B) fol turşusunun



 C) flavinadenindenukleotidin   D) B2 vitamininin

 E) C vitaminin

74

FAD molekuluna hansı maddələrin qalıqları daxildir?



 I. adenin, dezoksiriboza, iki molekul fosfat turşusu, B2 

vitaminini

 II. adenozin, iki molekul fosfat turşusu, B2 vitaminini

 III. adenozindifosfat, B2 vitaminini

 IV. adenin, riboza, iki molekul fosfat turşusu, B2 vitaminini

 V. adenin, ribozafosfat, B2 vitaminini

 A) I,II,III B) II,III,IV   C) III,IV,V  D) I,IV,V E) II,III,IV

75

Orqanizmdə gedən oksidləşmə-reduksiya prosesləriylə 



əlaqədar deyilənlərdən hansı doğrudur?

 A) NAD yalnız ubixinon vasitəsiylə reduksiya olunur

 B) FADH2 hidrogenləri birbaşa sitoxromlara ötürür

 C) FAD birbaşa substratdan hidrogeni alaraq reduksiya olunur 

 D)NAD və NADH2 substratla birbaşa oksidləşmə-reduksiya 

reaksiyasına daxil olur

 E) NADH2 hidrogeni bilavasitə sitoxromlara ötürür

76

Orqanizmdə gedən oksidləşmə-reduksiya proseslərində FAD 



və FADH2 molekulunun hansı hissəsi iştirak edir?

 A) adenin qalığı  B) riboza qalığı  C) ribozadifosfat qalığı

 D) flavin qalığı  E) adenozindifosfat qalığı

77

Qidada rutinin çatışmaması nə ilə nəticələnir?



 A) qan damarı kapilyarlarının keçiriciliyi azalır

 B) qan damarı kapilyarlarının keçiriciliyi artır, qanaxma baş 

verir

 C) qan təzyiqi artır



 D) iştah artır

 E) psixomimetik vəziyyət yaranır

78

Flavon molekulunun hansı karbon atomları yanında hansı 



qrupların olması bitkilərin sarı rəngə boyanmasına səbəb olur?

 A) 2/ və 3/ karbon atomları yanında metil qrupunun olması

 B) 3/ karbon atomu yanında etil qrupunun olması

 C) II karbon atomu yanında karboksil qrupunun olması

 D) 6/ karbon atomu yanında karboksil qrupunun olması

 E) V və VII karbon atomları yanında hidroksil qruplarının 

olması



79

Antosianlar nədir, hansı mənanı verirlər və gülləri, meyvələri, 

tərəvəzləri hansı rəngə boyayırlar?

 A) luteolin qlikozidləridirlər, “güllər boyası” mənasını 

verirlər, ancaq qırmızı rəngə boyayırlar

 B) antosianidinlərin qlikozidləridirlər, “güllər boyası” 

mənasını verirlər, ancaq göy rəngə boyayırlar

 C) kversetinin qlikozidləridirlər, heç bir məna vermirlər

bənövşəyi rəngə boyayırlar

 D) antosianidinlərin qlikozidləridirlər, “güllər boyası” 

mənasını verirlər, müxtəlif çalarlı rəngə boyayırlar

 E) pelarqonidinin qlikozidləridirlər, heç bir məna vermirlər, 

heç bir rəngə boyamırlar

80

 Antosianların rəngi hansı mühitdə hansı rəngə boyanır?



 A) turş mühitdə göy rəngə

 B) qələvi mühitdə qırmızı rəngə

 C) neytral mühitdə qırmızı rəngə

 D) turş mühitdə qırmızı, qələvi mühitdə göy, neytral mühitdə 

bənövşəyi 

 E) turş mühitdə bənövşəyi, qələvi mühitdə göyümtül-yaşıl, 

neytral mühitdə qırmızı

81

 Delfinidin molekulu pelarqonidin molekulundan nə ilə 



fərqlənir?

 A) 3/ karbon atomu yanında hidroksil qrupunun olması ilə

 B) 5/ karbon atomu yanında hidroksil qrupunun olması ilə

 C) 3/ və 5/ karbon atomu yanında hidroksil qruplarının olması 

ilə

 D) IV və VI karbon atomu yanında hidroksil qruplarının 



olması ilə

 E) VI və VIII karbon atomu yanında hidroksil qruplarının 

olması ilə 

82

Ribonukleozidlərin hidrolizindən hansı maddələr alına bilər?



A)Adenin,riboza,fosfat turşusu  

B)Timin,dezoksiriboza,fosfat turşusu

C)Riboza,urasil,sitozin

D)Dezoksiriboza,adenin,sitozin

E)Riboza,timin,quanin



Yüklə 276,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə