Hansı halda kondensləşmiş altıüzvlü heterotsiklik birləşmələr



Yüklə 276,44 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix11.06.2018
ölçüsü276,44 Kb.
#47984
1   2   3   4   5   6   7   8   9   10

83

Dezoksiribonukleozidlərin tərkibinə hansı maddələr daxil 

olur?

A)Dezoksiriboza,adenin,fosfat turşusu 



B)Riboza,quanin,adenin

C)Dezoksiriboza,timin,sitozin    

D)Dezoksiriboza,urasil,quanin

E)Dezoksiriboza,timin,fosfat turşusu

84

Zülalların biosintezi hansı nuklein turşusu üzərində baş verir?



A)DNT üzərində  B)nRNT-si üzərində   C)rRNT-si üzərində

D)mRNT-si üzərində  E)Həm rRNT-si,həm də mRNT-si 

üzərində

85

mRNT-si və biosintez olunan zülal haqda deyilənlərdən hansı 



doğrudur?

A)Nisbi molekul kütlələri bərabərdir

B)Nukleotid qalıqlarının sayı aminturşu qalıqlarının sayına 

bərabərdir

C)Nukleotid qalıqlarının sayı aminturşu qalıqlarının sayından 

azdır


D)Nukleotid qalıqlarının sayı aminturşu qalıqlarının sayından 

çoxdur


E)mRNT-sinin nisbi molekul kütləsi zülalınkından azdır

86

 mRNT-si ilə onun üzərində sintez olunan zülal haqda 



deyilənlərdən hansı doğrudur?

A)Tripletlərin sayı aminturşu qalıqlarının sayından azdır

B)Nukleotid qalıqlarının sayı aminturşu qalıqlarının sayından 

1.5 dəfə çoxdur

C)Nukleotid qalıqlarının sayı aminturşu qalıqlarının sayından 2 

dəfə çoxdur

D)Nukleotid qalıqlarının sayı aminturşu qalıqlarının sayından 

2.5 dəfə çoxdur

E)Nukleotid qalıqlarının sayı aminturşu qalıqlarının sayından 3 

dəfə çoxdur




87

Hansı maddələr mürəkkəb lipidlərə daxil olmur?

A)D-qlükoza    B)C31H63OH     C)Qliserin    D)Serin    

E)H3PO4


88

Mürəkkəb lipidlərin hidrolizindən hansı maddələr alına bilər?

I Kolamin      II Setil spirti    III Xolin     IV Mirisil spirti    

V Linolen turşusu

A)I,III,V     B)II,IV,V    C)III,IV,V   D)I,II,III    E)I,IV,V

89

Göstərilənlərdən hansılar eyni nuklein turşusu molekuluna 



daxil ola bilmir ?

A)Adenin və quanin     B)Sitozin və timin                    C)Urasil 

və timin

D)Quanin və sitozin      E)Adenin və timin

90

Nuklein turşusu molekuluna aşağıdakı cütlərdən hansılar eyni 



vaxtda daxil ola bilməz ?

A)Adenin və sitozin      B)Riboza və timin                    

C)Riboza və urasil

D)Dezoksiriboza və timin       E)Riboza və quanin

91

İndol hansı aminturşunun tərkibinə daxil olur və orqanizmdə 



necə alınır?

A) Prolinin tərkibinə daxil olur və zülalların həzmindən alınan 

prolinin bağırsaqlarda çürüməsindən alınır

B) Histidinin tərkibinə daxil olur və onun mədədə 

çürüməsindən alınır

C) Triptofanın tərkibinə daxil olur və onun mədədə 

çürüməsindən alınır

D) Asparaginin tərkibinə daxil olur və onun bağırsaqlarda 

çürüməsindən alınır

E) Triptofanın tərkibinə daxil olur və onun bağırsaqlarda 

çürüməsindən alınır



92

Skatol molekulunda elektrofil əvəzolma hansı karbon atomu 

yanında gedir?

A) İkinci karbon atomu yanında                                              B) 

Dördüncü karbon atomu yanında

C) Beşinci karbon atomu yanında                                            

D) Altıncı karbon atomu yanında

E) Yeddinci karbon atomu yanında 

93

Hansı maddənin beyində qatılığı dəyişdikdə insan ruhi xəstəlik 



olan şizofereniya ilə xəstələnir?

A) Skatol    B) Heteroauksin   C) Triptofan     D) Psilotsibin    

E) Serotonin 

94

Hansı maddə psixomimetik maddədir?



A) Serotonin    B) Heteroauksin   C) Psilotsibin    D) Skatol    

E) İndol 

95

Skatol indoldan nə ilə fərqlənir?



A) İndol molekulunun 2-ci karbon atomu yanında metil 

qrupunun olması ilə

B) İndol molekulunun 2-ci karbon atomu yanında hidroksill 

qrupunun olması ilə

C) İndol molekulunun 3-cü karbon atomu yanında metil 

qrupunun olması ilə

D) İndol molekulunun 4-cü karbon atomu yanında metil 

qrupunun olması ilə

E) İndol molekulunun 5-ci karbon atomu yanında metil 

qrupunun olması ilə

96

Göstərilənlərdən hansı nuklein turşularının tərkibinə daxil 



olmur?

A) Urasil   B) Sitozin   C) Purin  D) Quanin  E) Timin

97

Hansı sıradakıların hamısı RNT-yə daxil olur?



A) Adenin, dezoksiriboza, sitozin

B) Quanin, riboza, Timin 

C) Riboza,Sitozin,Quanin

D) Quanin, dezoksiriboza, timin

E) Adenin, quanin, timin

98

Hansı sırada yazılanlar birlikdə DNT-yə daxil olmur?



A) Adenin, timin, dezoksiriboza

B) Quanin, timin, dezoksiriboza

C) Sitozin, quanin, timin

D) Adenin, timin, urasil

E) Sitozin, adenin, dezoksiriboza



99

Aşağıdakılardan hansılar dezoksiribonukleotidlərin tərkibinə 

daxil olur?

A) Dezoksiriboza, urasil,fosfat turşusu

B) Timin, riboza, fosfat turşusu

C) Quanin, dezoksiriboza, fosfat turşusu

D) Sitozin, riboza, fosfat turşusu

E) Adenin, urasil, fosfat turşusu

100

Aşağıdakılardan hansılar  ribonukleotidlərin tərkibinə daxil 



olur?

A) Quanin, dezoksiriboza, sitozin

B) Adenin, dezoksiriboza, fosfat turşusu

C) Timin, riboza, fosfat turşusu

D) Sitozin, riboza, fosfat turşusu

E) Quanin, adenin, timin

101

Hidroliz olunan lipidlər haqda deyilənlərdən hansılar 



doğrudur?

A) Hamısı ehtiyat lipidləridir

B) Hamısı quruluş lipidləridir

C) Sadə lipidlər quruluş lipidləridir

D) Mürəkkəb lipidlər ehtiyat lipidləridir

E) Sadə lipidlər ehtiyat lipidləridir

102

Aşağıdakılardan hansılar mürəkkəb lipidlərin tərkibinə daxil 



olur?

A) Sfinqozin

B) α, D-qlükoza

C)α, D-qalaktoza

D) C16H33OH

E) C3H7 CO OH

103

Sfinqozin hansı birləşmələrə aiddir?



A) Biratomlu doymamış spirtlərə

B) Ikiatomlu doymamış spirtlərə

C) Ikiatomlu doymuş spirtlərə

D) Ikiatomlu doymamış aminspirtlərə

E) Ikiatomlu doymuş aminspirtlərə



Yüklə 276,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə