Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə33/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   29   30   31   32   33   34   35   36   ...   72

129
Haqq-nahaqq seçilər Haqq divanında
“Keçdi” adlı başqa bir gəraylısında isə Aşıq sanki ba-
şına gəlmiş bir rəvayəti mükəmməl şəkildə, rəvan, axıcı və 
lakonik dillə rəvayət edir:
Pəncərədən qəfi l baxdım,
Qarşıdan bir sona keçdi.
Bir ox atdı, qaş oynatdı,  
 Müjganları qana keçdi.
Ala gözlərini gördüm,
Təzələndi köhnə dərdim.
Yolunda can qurban verdim,
Baxmadı qurbana, keçdi.
Sərv boylu mələkzadə,
Camalından içdim badə.
Ələsgəri salıb oda,
Qoydu yana-yana, keçdi.
Biz burada aşıq yaradıcılığında az rast gəlinən süjetli 
şeirlə tanış oluruq. Aşıq-şairlər gözəllikdən,  əxlaqdan,  ən 
müxtəlif mövzulardakı  əsərlərində  əsasən təsvir edirlər
“Keçdi” gəraylısında isə Ələsgər başına gəlmiş kimi bizə 
təqdim etdiyi hadisəni sanki bir hekayə kimi danışır. Bu 
cür süjetli əsərlərinə başqa bir nümunə olan “Düşdü” rədif-
li qoşmasında bir eşq hekayəsi ifadə-təhkiyə  tərzinə görə 
mükəmməl səviyyəyə qaldırılır:
Çərşənbə günündə, çeşmə başında
Gözüm bir alagöz xanıma düşdü.
Atdı müjgan oxun, keçdi sinəmdən,
Cadu qəmzələri qanıma düşdü.


130
Nazir Əhmədli
İşarət eylədim, dərdimi bildi,
Gördüm həm gözəldi, həm əhlidildi.
Qaşını oynatdı,  gözündən güldü,
Güləndə qadası canıma düşdü.
Ələsgərəm, hər elmdən halıyam,
Gözəl, sən təbibsın, mən yaralıyam.
Dedi nişanlıyam, özgə malıyam,
Sındı qol-qanadım yanıma düşdü.
Aşıq Ələsgər bir dastanın mövzusu ola biləcək nakam 
bir eşq hekayətini cəmi üç bəndlik bir qoşmada  yığcam, 
təkrarolunmaz bədii təsvir vasitələrilə mükəmməl  şəkildə 
təsvir edir. Buradakı unikallıq həm də odur ki, zaman da bu-
raya daxil olub. Aşıq təkcə çeşmə başında başına gələnlərlə 
kifayətlənməyib, hadisənin çərşənbə günü baş verdiyini də 
göstərməklə, ona sanki bir inandırıcılıq  əlavə etmiş olur. 
Qətiyyətlə demək olar ki, bu cür zaman ayarına başqa bir 
şairdə rast gəlinməyib.
Aşıq Ələsgərin yaradıcılığında onun özü, başına gələn-
lər, qəzavü-qədərin gərdişi ilə bağlı süjetli şeirlər, ustad-
namələr,  şikayətnamə adlandırılacaq  şeirlər də xüsusi yer 
tutur. Nakam məhəbbətinin daşlara çırpıldığı zamanlarda 
dediyi “Gedibdi” adlı qoşmasını bu barədəki ilk şeir say-
maq olar:
Еşidin, məclisdə arif olanlar,
Sərrafam, gövhərim, kanım gеdibdi.
Ah çəkibən yar yoluna baxmaqdan,
Yəqin bilin, yarı canım gеdibdi.
Müddətdi, gözümdən olubdu iraq,
Əridib cismimi dərdü qəm, fəraq.


131
Haqq-nahaqq seçilər Haqq divanında
Büllur buxaq, lalə yanaq, ay qabaq,
Ala gözlü Səhnəbanım gеdibdi.
Burada gedənin qayıtmasına, onu geri qaytarmağa hələ 
ümid işartıları sezilir, amma “Yetmədi” qoşmasında artıq 
Aşığın Səhnəbanıdan əlini tamamilə üzməsi, taleyi ilə ba-
rışması aydınlaşır:
Ömrüm ahı-vayla kеçdi dünyada,
Həsrət qaldım, əlim yara yеtmədi.
Nеçə namə yazdım canan еlinə,
Hеç birisi o diyara yеtmədi.
Nə doyunca nazlı yarı görmədim,
Nə dilimlə əhvalını sormadım.
Bağ bəslədim, qönçə gülün dərmədim,
Xəzan oldu, bağçam bara yеtmədi.
Gözü yaşlı, еy füqəra Ələsgər,
İşi əysik, baxtı qara Ələsgər.
Olmadı dərdinə çara, Ələsgər,
Həsrət əlin o dildara yеtmədi.
“Mən cahan mülkündə mütləq doğru halət görmədim,
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim”,-
deyir Molla Pənah Vaqif, zəmanəsindən şikayətlənir, döv-
rün naqisliklərinə, haqsızlıqlarına etiraz səsini ucaldır. Aşıq 
Ələsgərin də “Görmədim” adlı qoşması var, amma əgər 
Vaqif dövrünün mənzərəsini yaradırsa,  Ələsgər eyniadlı 
qoşmasında sanki öz həyatını nəqli edir:


132
Nazir Əhmədli
Bivəfanın, müxənnəsin, nakəsin
Doğru sözün, düz ilqarın görmədim.
Namərdin dünyada çox çəkdim bəhsin,
Namusun, qеyrətin, arın görmədim.
Namərdi özümə mən dost еylədim,
Yolunda canıma çox qəsd еylədim.
Söyüddən bağ saldım, pеyvəst еylədim,
Almasın, hеyvasın, narın görmədim.
Nəfs aldatdı, hər yetənə  xan dеdim,
Bihudə kollara gülüstan dеdim.
Əbəs yеrə bivəfaya “can” dеdim,
Zəhmətin çox çəkdim, karın görmədim.
Huşum çaşdı, düşdüm olmaz oyuna,
Yеtmədim gözəlin əsli-soyuna,
Aşıq oldum simasına, boyuna,
Hayıf ki, kamalda dərin görmədim.
Ələsgər, еlmində olma nabələd,
Doğru söylə, sözün çıxmasın qələt.
Şahiddə iman yox, bəydə ədalət,
Qazıların düz bazarın görmədim. 
Yuxarıda sitat gətirdiyimiz ikinci “Dağlar” qoşmasında 
aşığın 1905-ci ilin bütün keşməkeşlərini yaşadığı, bu əra-
zilərdə baş verən “Bund inqilabının” cəmiyyətə sarsıdıcı 
təsirini də yaşamış və onu öz yaradıcılığına da daşımışdır. 
Məhz 1905-ci ildən sonra sanki təkcə onun yaşadığı Göyçə 
mahalında və ətrafında deyil, aşığın şəxsi həyatında da acı 
faciələr bir-birini əvəz edir. Oğlu Bəşir 1908-ci ildə Aşıq 
Ələsgərin 28 illik sürgündən qayıdan xalası oğlu  Molla Rə-


133
Haqq-nahaqq seçilər Haqq divanında
himi güllə ilə vurub öldürür və Ələsgərin həyatını cəhən-
nəmə döndərir:
Nagah badi-sərsər əsdi üzümə,
Ömür bostanımın tağı kəsildi.
Öz əlimdən xəta dəydi gözümə,
Bədəndən qolumun sağı kəsildi.
Qəza tutdu, qədər məni budadı,
Ağlatdı dostları, güldürdü yadı,
Zəhrimara döndü ağzımın dadı,
Əlimdə şərbətim ağı kəsildi.
Könlüm yasdan çıxmır, qəlbim qaradan,
Bu dərdü möhnətdən, bu macəradan.
Dövlət gеtdi, hörmət qalxdı aradan,
Qapımızdan dost ayağı kəsildi.
Müqərrərdi, qaçmaq olmaz ölümdən,
Fələyin qılıncı dəydi bеlimdən,
Bir tülək tərlanım gеtdi əlimdən,
Ürəyimin bəndi, bağı kəsildi.
Ələsgər, işlərin müşgüldü, müşgül,
Dərdini dеməyə yoxdu əhli-dil.
Döy başına, fəğan еylə müttəsil,
Daha dеyib-gülmək çağı kəsildi.
Aşıq Ələsgər sanki fəhmlə gələcəkdən xəbər verərək, 
“Daha deyib-gülmək çağı  kəsildi”,-deyirdi. Doğrudan da 
belə oldu. 1915-ci ildə qardaşı Salahın oğlu, Ələsgərin şə-
yirdi və kürəkəni Aşıq Qurban gənc yaşlarında həyatdan 
getdi, elə  həmin il Qafqazda ermənilərin daha bir iğtişa-


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə