Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə36/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   32   33   34   35   36   37   38   39   ...   72

142
Nazir Əhmədli
“Sözün yеri gəldi, qoy dеyim barı,
Еşidənlər məni görməsin karı;
Aşığın nisyəsi, namərd ilqarı,
Dеsələr, inanma, düz olmaz, olmaz”.
Digər nəşrlərdən məlumdur ki, Aşıq Ələsgərin bu məş-
hur şeirindən misal çəkdiyimiz bəndindəki  ikinci misrada 
“namərd ilqarı” deyil, “kürdün ilqarı” olmalıdır. Guya 
kürd xalqından  olanların xətrinə dəyər deyə, tərtibçi “kürd” 
sözünü dəyişmək qərarına gəlmiş, amma şeirə uğursuz mü-
daxilə etmişdir, axı  təhrif bir yana, heca sayı 11-i aşma-
sın deyə, “namərdin ilqarı”  əvəzinə “namərd ilqarı” kimi 
süni ikinci növ təyini söz birləşməsi yaratmışdır, məsələn, 
“məktəb direktoru”, “dost sözü”, “insan ağlı” və s. Amma 
bu misallardan fərqli olaraq, “namərd ilqarı” söz birləşməsi 
ayrılıqda işlədilə bilməyən ifadədir, nonsesdir və yaşamaq 
şansı yoxdur.
“Gəlibdi”(səh.49) belə gedib:
“Xəstə könül dərdü qəmdən ayıldı,
Bu gün məclisimə bir can gəlibdi.
Şöləsi aləmi еdib münəvvər,
Zahir dеyil, özü pünhan gəlibdi”.
İlk misra mübtədası, xəbəri olan cümlədir. Cümlənin 
mübtədası “könül”dür. Bu cümləni başqa cür belə də ifadə 
edə bilərdik: “Məclisinə bir can gəldiyinə görə xəstə könül 
(üçüncü  şəxsin təki) dərdü-qəmdən ayıldı”. Ona görə  də 
“məclisimə”(birinci şəxs) deyil, “məclisinə” daha düzgün-
dür. Bu, əlbəttə üslub xətasıdır, amma hər halda yanlışdır.
“İçində” (səh.55) adlı gözəl nəsihətnamədə deyilir:


143
Haqq-nahaqq seçilər Haqq divanında
On səkkiz min aləm, yеtmiş iki dil,
Ülfət qılır bir bazarın içində.
Kimi ətlaz gеyir, tirmə qurşayır,
Kimi üryan gəzir qarın içində.
Qafılsan, işindən tapmayıbsan baş,
Üz döndərər səndən qohum, yar, yoldaş.
Torpaq soyuq, bədən üryan, kəfən yaş,
Tək qalarsan dar məzarın içində.
Dеmək nə lazımdı, özün bilirsən,
Bir gün yaranırsan, bir gün ölürsən.
Arsız-qəmsiz nə gününə gülürsən?!
Yandırarlar səni narın içində.
Ələsgər söyləsin, sən mətləbi qan,
Bеlə qərar qoyub qadiri-sübhan:
Unutma ilqarı, itirmə iman,
İman durar düz ilqarın içində.
Son üç bəndin son misrasında “qalarsan”, “yandırar-
lar”, “durar” olduğu halda, birinci bənddəki “ülfət qılır” 
və “üryan gəzir” şəklinə salınmışdır. Halbuki, birinci bənd 
belə olmalıdır:
“On səkkiz min aləm, yetmiş iki din,
Ülfət qılar bir bazarın içində.
Kimi atlaz geyər, tirmə qurşayar,
Kimi üryan gəzər qarın içində”.
Adı  çəkilən kitabın 66-cı  səhifəsində texniki baxımdan 
qüsurlu, mənəvi baxımdan şikəst olan və Aşıq Ələsgərin ruhu, 
ədəb-ərkanı ilə heç cür səsləşməyən bir “şeiri” də oxuyuruq:


144
Nazir Əhmədli
NƏ DAMAĞI VAR
Göz gözə baxanda məhəbbət ilə,
Ciyər alışmağın nə damağı var!
Ortalıqda işvə, qəmzə, naz olar,
Küsüb-barışmağın nə damağı var!
Quşnarov tütünlə Ananov kağız,
Bükə paprosunu bir növrəstə qız,
Bir o ola, bir sən, bir otaq yalqız,
Dеyib-danışmağın nə damağı var!
Dura qulluğunda canü baş ilə,
Nazü qəmzə ilə, gözü qaş ilə.
Gah yalvarmaq ilə, gah savaş ilə,
Köysünü açmağın nə damağı var!
Könül müştaq ola xətti xalına,
Məlakə şəklinə, mah camalına.
Alma kimi yanağınıın alına
Gözün sataşmağın nə damağı var!
Ələsgər, canını  qurban еlə sən,
Görməyibsən, ləzzətini biləsən.
Danışasan, oynayasan, güləsən,
Öpüb sarmaşmağın nə damağı var!
Olduqca məzmunsuz və  hərcayı sözlərin yığınından 
ibarət olan bu cızmaqaranın 
“Quşnarov tütünlə Ananov kağız,
Bükə paprosunu bir növrəsiə qız,


145
Haqq-nahaqq seçilər Haqq divanında
Bir o ola, bir sən, bir otaq yalqız,
Dеyib-danışmağın nə damağı var!”,-
bəndi isə ötən  əsrdə ABŞ-da çəkilən kovboy fi lmlərində-
ki səhnələri xatırladır. “Ananov” kağız bir yana dursun, 
“Quşnarov tütün” nə deməkdir? Güman edirəm ki, tütün 
çəkənlər o vaxtlar Göyçədə əkilə biləcək adi tütündən isti-
fadə edirdilər. Son dərəcə dindar, mərifət, ədəb-ərkan sahibi 
olan, namaz qılan, oruc tutan el aşığının, el ağsaqqalının, 
altı qız atasını bu sözlərin müəllifi  kimi təqdim etmək Bö-
yük Ustadın ruhuna təhqirdir!
Düzdür. M.P.Vaqufdə də belə çılpaq səhnələr var:
 
“Yaxasının bağu-bəndin üzəsən,
Cəngələyib ağ məməsin əzəsən.
Əl uzadıb baş bəzəyin pozasan,
Hər birin bir yana atasan dürüst.
Vaqif deyər gözəl sevmək arəstə,
Öpəsən, qucasan, düşəsən xəstə.
Başını qoyasan dizinin üstə,
Məst olub yanında yatasan dürüst”.
 
Amma heç olmasa burada şeir texnikası, bədiilik var. 
Vaqif həm də yazılı  ədəbiyyatın nümayəndəsidir, güman 
etmirəm ki, onun bu şeirini aşıqlar xalq arasında, qız-gəlin 
arasında oxuyurdular. Aşıq Ələsgərdə isə məsələ başqa cür-
dür. Nəvəsi İslam Ələsgər bildirir ki, Ələsgər öz şeirlərini 
müstəsna dərəcədə bədahətən, aşıq məclislərində söyləyib. 
Belə olan halda, el ağsaqqalının məclisdə, qız-gəlin yanın-
da bu cür ədəb-ərkandan uzaq sözlər oxuması, üstəlik onları 
özünün qoşması hansı məntiqlə izah edilə bilər?


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə