113
götürülürdü ki, ali spirtlər (sivuş spirləri) yalnız zülalların hidroliz
məhsullarından, əsasən də aminturşularından əmələ gəlirlər.
Hazırda sivuş spirtlərinin həm aminturşular, həm də şəkərlərdən
əmələ gəlməsi sübut olunmuşdur.
Erlixin nəzəriyyəsinə görə aminturşulardan ali spirtlərin əmələ
gəlməsi iki yolla mümkündür. Birinci yol-aminturşular karboksil
qrupunu
itirərək, hidratlaşır və uyğun spirtə çevrilirlər.
İkinci yol-aminturşuların hidratlaşaraq deaminləşməsi (amin
qrupunu itirməsi) olub, nəticədə oksiturşu və ammonyak əmələ
gəlir. Sonra oksiturşu karboksil qrupunu itirərək, reduksiya olunur
və uyğun spirtə çevrilir. Hər iki prosesi belə göstərmək olar:
Göründüyü kimi, başlanğıc aminturşuya nisbətən, əmələ gələn
spirtin karbon zəncirində bir karbon atomu az olur. Əgər Erlix ali
spirtlərin əmələ gəlməsində aminturşuların mənbə olduğunu gös-
tərirsə, İ.Y.Veselev belə mənbə kimi piroüzüm turşusunu görür. O,
müəyyən etmişdir ki, qıcqıran mühitə piroüzüm turşusunun əlavə
olunması ali spirtlərin toplanan miqdarını artırır. İ.Y.Veseleva
görə maya hüceyrəsində piroüzüm turşusunun iştirakı ilə ali
spirtlərin əmələ gəlməsi iki yolla gedir. Birinci yol – amintur-
şuların ketonturşuları ilə (əsasən piroüzüm turşusu) yenidən amin-
ləşmə reaksiyasına girib, sonra F.Erlix, yaxud O.Neybauer
sxeminə uyğun ali spirtlər əmələ gətirməyidir. Yenidən aminləşmə
reaksiyasını aşağıdakı şəkildə göstərmək olar:
İ.Y.Veselov belə hesab edir ki, əgər mühitdə aminləşmə,