H.Ə. Hacıbalayev


 Azbest və azbest məmulatları



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə167/174
tarix05.02.2023
ölçüsü3,67 Mb.
#100212
növüDərslik
1   ...   163   164   165   166   167   168   169   170   ...   174
5. Azbest və azbest məmulatları 
Azbest əsasən maqnezium oksidlərindən ibarət olub, lifli 
materiallar qrupuna aiddir. Azbestin tərkibində kalsium və də-
mir oksidlərinə də təsadüf edilir. Azbestin keyfiyyəti onun liflə-
rinin uzunluğu ilə xarakterizə edilir. Uzun lifli azbestlər yüksək 
keyfiyyətli, qısa liflər alçaq keyfiyyətlidir. Azbest yüksək tem-
peraturun, turşu və qələvilərin təsirinə davamlı materialdır. Az-
bestlər xrizotil-azbest və amfibol-azbest olmaqla 2 qrupa ayrı-
lır. Amfibol-azbest amfibol qrupuna aid mineraldır. Xrizotol-
azbest isə serpantin qrupuna aid mineraldır. Xrizotol-azbestin 
odadavamlılığı 1400
0
C, otaq temperaturunda möhkəmlik həddi 
31,2MPa-dır; qələvilərin dağıdıcı təsirinə dözümlüdür. Amfi-
bol-azbest turşuların təsirinə daha yüksək davamlılığa malikdir. 
Odadavamlığı 1100-1200
0
C-dir. Azbest lifləri başlıca olaraq 
sap, qaytan, təbəqə, müxtəlif toxumular, kartonlar, kağızlar, 
friksion materiallar almaq üçün dəyərli xammal rolunu oynayır. 
Göstərilən azbest liflərindən rütubət və elektrik keçirməyən 
lentlər, örtüklər, tıxaclar, turşu və qələvilərə davamlı hissələr
xüsusi geyim və s. hazırlayırlar.
6. Şüşə materialları 
Şüşələr kimyəvi tərkiblərə görə qeyri-üzvü olur. Qeyri-
üzvü şüşələr termoplastik amorf materiallar qrupuna daxildir. 
Qeyri-üzvü şüşənin tərkibində başlıca olaraq silisium 4-oksid 
vardır. Bundan əlavə, şüşə növlərində bu və ya digər miqdarda 
TiO
2
, Al
2
O
3
, CaO, MgO, BaO, Na
2
O, K
2
O və s. olur. Qeyri-üz-
vü şüşə istehsal etmək üçün xammal kimi əsasən qum, təbaşir, 
soda, dolomitdən ibarət şixtə götürülür. Şixtəyə, eyni zamanda, 
şüşə qırıntıları da əlavə edilir. Şixtənin şüşəbişirən sobada qızdı-
rırlar. Sobanın temperaturu 1500
0
C-yə çatdıqda şixtə yumşalaraq 


328 
əriyir. Maye şüşə sobadan buraxılaraq tökmə, yayma, üfürmə, 
presləmə və uzatma üsulları ilə hazır məmulata çevrilir.
Şüşələrin istilikkeçirmə qabiliyyəti çox aşağıdır (misin-
kindən 400 dəfə azdır). Köpük-şüşə, şüşə yunu və şüşə mahlıcı 
istiliyi çox yaxşı izolyasiya etdiklərindən istilik texnikasında və 
tikinti işlərində genişı tətbiq edilir. Şüşələrdən eyni zamanda 
buxar qazanları, buxar maşınları, şüşə gözlüklər, təzyiqi ölçmək 
üçün manometrin hissələri, avtobus, təyyarə, dəmiryol vaqonla-
rı üçün sınmayan (çiliklənməyən) şüşə hazırlandıqda və s. isti-
fadə edilir. Şüşələrin tərkibləri müxtəlif olduğu kimi fiziki-me-
xaniki xassələri və tətbiq sahələri də müxtəlifdir.
Kvars şüşə.
Bunun tərkibi başlıca olaraq silisium 4-ok-
siddən (99,95 %) ibarətdir. Kvars şüşə yaxşı odadavamlılığa 
malik material olduğundan ondan yüksək temperatur şəraitində 
işləyən termocütlər üçün ucluq, laboratoriya sobalar üçün boru-
lar, mufel və unduksion soba putaları hazırlayırlar. Kvars şüşə 
dielektirik olduğundan yüksək gərginliyə davamlı izolyasiya 
vasitələri kimi istifadə edilir. 

Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə