Maddə 12
Bu Nizamnamədə işlədilən terminlər aşağıdakı mənaları daşıyır:
"konsul" - konsulluğa başçılıq
edən baş konsul, konsul, vitse-
konsul və ya konsul agenti;
"konsulluğun vəzifəli şəxsi" - konsulluğun başçısı da daxil
olmaqla konsul funksiyalarını yerinə yetirmək tapşırığı almış olan hər
bir şəxs (baş konsul, vitse-konsul, konsul agenti və konsulluğun
katibi), habelə konsulluqlarda işləməyə hazırlanmaq üçün konsulluğa
ezam olunmuş şəxs (stajkeçən);
"konsulluğun əməkdaşı" - konsulluqda inzibati
və ya texniki
vəzifələri, yaxud konsulluğa xidmət etməklə bağlı vəzifələri yerinə
yetirən hər hansı şəxs;
"konsul dairəsi" - konsulluğun yerləşdiyi dövlətdə razılıq
əsasında konsul vəzifələrini icra etmək üçün ona ayrılan ərazi.
II FƏSİL
KONSULLUQ HEYƏTİ
Maddə 13
Konsulluğun vəzifəli şəxsləri və konsulluğun əməkdaşları Azər-
baycan Respublikasının Xarici İşlər Nazirliyində dövlət
qulluğundadırlar.
Maddə 14
Yalnız Azərbaycan Respublikasının vətəndaşı konsulluğun
vəzifəli şəxsi ola bilər.
Maddə 15
Vəzifəyə təyin edilərkən konsul Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyindən vəkələtnamə-konsul patenti alır.
Maddə 16
Konsul, vəzifəsinin icrasına qəbul edən dövlətdən razılıq
(ekzekvatura) alandan sonra başlayır.
Maddə 17
406
Əgər konsul hər hansı səbəbə görə öz funksiyalarını yeinə yetirə
bilmirsə və ya onun yeri boşdursa, yeni konsul təyin edilənədək
konsul vəzifəsinin icrası bu konsulluğun və ya Azərbaycan
Respublikasının həmin dövlətin ərazisindəki digər konsulluğun
vəzifəli şəxsinə, yaxud Azərbaycan Respublikasının oradakı dip-
lomatik nümayəndəliyinin diplomatik
heyəti üzvlərindən birinə
həvalə edilir.
407
III FƏSİL
KONSUL FUNKSİYALARININ
HƏYATA KEÇİRİLMƏ QAYDASI
Maddə 18
Konsul ona həvalə olunmuş funksiyaları şəxsən icra edir və ya
onların icrasını konsulluğun vəzifəli digər şəxsinə tapşırır.
Maddə 19
Konsul digər dövlətin konsul funksiyalarını yalnız Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin xüsusi göstərişi və qəbul edən
dövlətin razılığı əsasında yerinə yetirə bilər.
Maddə 20
Konsul, konsulluğun yerləşdiyi dövlətin hakimiyyət orqanlarına
öz konsul dairəsi hüdudlarında konsulluğun fəaliyyəti ilə bağlı bütün
məsələlər barədə müraciət edə bilər.
Maddə 21
Konsul konsulluq işlərinin vəziyyəti ilə yaxından tanış olmaq
üçün ildə bir dəfədən az olmayaraq öz konsul dairəsinin ərazisini
gəzməlidir.
Maddə 22
Konsulluğun vəzifəli şəxslərinin və konsulluq əməkdaşlarının
fəaliyyətinə dair şikayətlərə tabelik qaydasında baxılır.
IV FƏSİL
AZƏRBAYCAN RESPUBLİKASININ VƏTƏNDAŞLARI
VƏ HÜQUQİ ŞƏXSLƏRİ BARƏSİNDƏ KONSULUN
FUNKSİYALARI
Maddə 23
Konsul Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi
şəxslərinin konsulluğun yerləşdiyi dövlətin qanunvericiliyindən,
Azərbaycan Respublikasının və həmin dövlətin iştirak etdiyi
beynəlxalq müqavilələrdən, habelə beynəlxalq
adətlərdən irəli gələn
bütün hüquqlardan tam həcmdə istifadə etməsi üçün tədbirlər
görməlidir.
Konsul həm yazılı, həm də şifahi ərizələri qəbul edir.
Maddə 24
Konsul Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi
şəxslərinin pozulmuş hüquqlarını bərpa etmək üçün zəruri tədbirlər
görür.
Maddə 25
Konsul öz konsul dairəsinin ərazisində daimi yaşayan və
müvəqqəti olaraq buraya gələn Azərbaycan Respublikası
vətəndaşlarının uçotunu aparır.
Maddə 26
Konsul öz konsul dairəsinin hüdudlarında olan Azərbaycan
Respublikası nazirliklərinin, idarə və təşkilatlarının
nümayəndələrinə,
habelə Azərbaycan Respublikasının xaricə ezam edilmiş digər
vətəndaşlarının xidməti vəzifələrini yerinə yetirməkdə yardım
göstərir.
Maddə 27
Konsul öz konsul dairəsində müvəqqəti olan Azərbaycan
Respublikası vətəndaşlarına konsulluğun yerləşdiyi dövlətin qanun
və qərarları, habelə yerli adətlər barədə məlumat verir.
Maddə 28
Konsul konsulluq dairəsində olan Azərbaycan Respublikası
vətəndaşları üçün mədəni-maarif tədbirlərinin keçirilməsinə kömək
edir.
Maddə 29
Konsul, konsulluğun yerləşdiyi dövlətin
bütün idarələrində
Azərbaycan Respublikası vətəndaşlarını, onlar orada olmadıqda və
işin aparılmasını hər hansı şəxsə tapşırmadıqda, yaxud başqa
səbəblərə görə öz mənafelərini müdafiə edə bilmədikdə, xüsusi
vəkalətnamə olmadan təmsil etmək hüququna malikdir.
408
409
Maddə 30
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən konsul
Azərbaycan Respublikası vətəndaşlarının hərbi uçotunu aparır.
Azərbaycan Respublikasının kişi cinsindən olan 18 yaşına çatmış
vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılmaq
üçün Azərbaycan
Respublikasında daimi yaşayış yerlərindəki hərbi komissarlıqlara
gəlməsini təmin edir.
Maddə 31
Konsul Azərbaycan Respublikası məhkəmələrinin və ya istintaq
orqanlarının Azərbaycan Respublikasının vətəndaşlarına dair
tapşırıqlarını, əgər həmin tapşırıqların icrası konsulluğun yerləşdiyi
dövlətin qanunvericiliyinə zidd deyilsə, Azərbaycan Respublikasının
qanunvericiliyinə əməl etməklə yerinə yetirir.
Maddə 32
Konsul öz konsulluq dairəsində yaşayan yetkinlik yaşına
çatmamış, valideynlərinin himayəsindən məhrum olmuş Azərbaycan
Respublikası vətəndaşı olan uşaqların qəyyumluğa və himayəyə
götürülməsi üçün tədbirlər görür.
Maddə 33
Azərbaycan Respublikası vətəndaşının
ölümündən sonra onun
Azərbaycan Respublikasının hüdudlarından kənarda qalmış
əmlakının mühafizəsi üçün konsul zəruri tədbirlər görür.
Əgər həmin əmlak tamamilə və ya onun bir hissəsi xarab ola
bilən əşyalardan ibarətdirsə və ya onun saxlanması çox baha başa
gələrsə, konsul bu əmlakı satmaq və satışdan əldə edilmiş pulu
aidiyyəti üzrə göndərmək hüququna malikdir.
Maddə 34
Konsul miras əmlakı Azərbaycan Respublikasında yaşayan
vərəsələrə vermək üçün qərar qəbul etmək hüququna malikdir.
Maddə 35
Konsul Azərbaycan Respublikası vətəndaşlarına məxsus olan
pulu, qiymətli əşyaları, qiymətli kağızları və sənədləri
saxlamaq üçün
qəbul edə bilər.
410
411