Nazirliyə müəyyən
olunmuş qaydada təklif verir;
16.10. Səfirliyin diplomatik və inzibati-texniki əməkdaşlarının
məzuniyyətləri və ezamiyyətləri barədə əmrlər verir;
16.11. Səfirliyin ştatdankənar vəzifələrinə Nazirlik razılaşdıraraq
işə qəbul edir və işdən azad edir, ştatdankənar vəzifələrdə çalışan
əməkdaşların məzuniyyətləri və ezamiyyətləri barədə əmrlər verir;
16.12. Səfirliyin əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə
üzvlərinin Azərbaycan Respublikasına və digər ölkələrə səfərləri ilə
bağlı məsələləri öz səlahiyyətləri daxilində həll edir;
16.13. öz səlahiyyətləri daxilində Səfirliyin, onun əməkdaşlarının
və onlarla birlikdə yaşayan ailə üzvlərinin
təhlükəsizliyinin təmin
edilməsi üçün lazımi tədbirlər görür, fövqəladə vəziyyət şəraitində
qəbul edən dövlətdə Azərbaycan Respublikasının xaricdəki
diplomatik xidmət orqanlarının işini və vətəndaşlarının hərəkətlərini
müəyyən olunmuş qaydada təşkil edir və onun üzərində rəhbərliyi öz
səlahiyyətləri daxilində həyata keçirir;
16.14. beynəlxalq hüquqa və
qəbul edən dövlətin
qanunvericiliyinə görə Səfirliyə və qəbul edən dövlətdə yerləşən
Azərbaycan Respublikasının digər nümayəndəliklərinə, onların
əməkdaşlarına
və ailə üzvlərinə, diplomatik poçta və onu daşıyan
şəxslərə, həmçinin immunitet və imtiyazlara hüququ olan
Azərbaycan Respublikasının digər vətəndaşlarına verilən immunitet
və imtiyazların təmin olunması məqsədilə öz səlahiyyətləri daxilində
lazımi tədbirlər görür;
16.15. Səfirliyin və qəbul edən dövlətdə yerləşən
Azərbaycan
Respublikasının digər qurumlarının heyətinə qəbul edən dövlətdə
Azərbaycan Respublikasının maraqlarını layiqli təmsil etmələri, onun
qanunvericiliyinə, adət və ənənələrinə hörmət etmələri üçün
tövsiyələr verir;
16.16. qəbul edən dövlətlə danışıqlar aparır,
beynəlxalq
konfranslarda və görüşlərdə iştirak edir, habelə qanunvericiliklə
nəzərdə tutulmuş qaydada beynəlxalq müqavilələr imzalayır;
16.17. Azərbaycan Respublikasının dövlət orqanlarının nüma-
yəndə heyətlərinin və mütəxəssis qruplarının qərarları və hərəkətləri
Azərbaycan Respublikasının maraqlarına cavab vermədiyi halda
Nazirliyə məlumat verir və Nazirlik bu məlumat əsasında həmin
dövlət orqanlarının nümayəndə heyətlərinin və mütəxəssis
qruplarının işinə vaxtından əvvəl xitam verilməsi məsələsi ilə bağlı
həmin dövlət orqanları qarşısında məsələ qaldırır;
16.18. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq digər səlahiyyətləri həyata keçirir.
17. Səfir vəzifəsi vakant olduqda və ya Səfir öz vəzifəsini icra
etmək iqtidarında olmadığı halda onun funksiyalarını Azərbaycan
Respublikasının xarici işlər naziri tərəfindən təyin olunan
Azərbaycan Respublikasının müvəqqəti işlər vəkili yerinə yetirir.
Müvəqqəti işlər vəkilinin adı Səfir
tərəfindən və ya Səfir bunu
etmək iqtidarında olmadığı halda Nazirlik tərəfindən qəbul edən
dövlətin Xarici İşlər Nazirliyinə bildirilir.
18 Səfirliyin strukturu və ştat cədvəli Nazirlik tərəfindən təsdiq
edilir.
19. Səfirliyin maddi-texniki təminatı Nazirlik tərəfindən həyata
keçirilir.
20. Səfirliyin əməkdaşlarının hüquq və vəzifələri Azərbaycan
Respublikasının qanunvericiliyi, Nazirliyin normativ aktları və vəzifə
təlimatları ilə müəyyən olunur. Səfirliyin əməkdaşları Səfirə, Səfir
olmadığı halda isə Azərbaycan Respublikasının müvəqqəti işlər
vəkilinə tabedirlər və onun əmr və göstərişlərini yerinə yetirməyə
borcludurlar.
21. Səfirliyin işi müəyyən olunmuş qaydada
Nazirlik tərəfindən
təsdiq edilmiş illik iş planı əsasında təşkil olunur.
22. Səfirliyə qanunvericiliklə müəyyən olunmuş qaydada
Azərbaycan Respublikasının digər dövlət orqanlarının nümayəndələri
ezam oluna bilərlər. Səfirliyə ezam olunmuş Azərbaycan
Respublikasının digər dövlət orqanlarının nümayəndələri öz
qərarlarını və hərəkətlərini Səfir ilə razılaşdırmalıdırlar.
23. Səfirlikdə Azərbaycan Respublikasının və qəbul edən
dövlətin qanunvericiliyinə uyğun olaraq ümumtəhsil və
məktəbəqədər müəssisə fəaliyyət göstərə bilər.
24. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq
olaraq həmkarlar ittifaqı istisna olmaqla, Səfirlikdə siyasi par-
tiyaların, dini təşkilatların və qeyri hökumət təşkilatlarının (ictimai
birliklərin və fondların) bölmələri yaradıla bilməz.
402
403
AZƏRBAYCAN RESPUBLİKASININ
KONSUL NİZAMNAMƏSİ
I FƏSİL
ÜMUMİ MÜDDƏALAR
Maddə 1
Azərbaycan Respublikasının konsulluqları xarici dövlətlərdə
Azərbaycan Respublikasının, onun vətəndaşlarının
və hüquqi
şəxslərinin hüquq və mənafeyini müdafiə edir.
Konsulluqlar Azərbaycan Respublikasının başqa dövlətlərlə
dostluq münasibətlərinin inkişafına, iqtisadi, elmi-texniki,
mədəniyyət, ticarət, idman, turizm və digər əlaqələrinin
genişlənməsinə yardım göstərir.
Maddə 2
Konsulluqlar Azərbaycan Respublikası diplomatik
nümayəndəliklərinin konsul şöbələrindən, baş konsulluqlardan,
konsulluqlardan, vitse- konsulluqlardan və konsul agentlərindən
ibarətdir.
Maddə 3
Konsulluqlar öz fəaliyyətində bu Nizamnamənin, Azərbaycan
Respublikasının və konsulluqların yerləşdiyi dövlətlərin qanunlarını,
beynəlxalq müqavilələri və beynəlxalq adətləri əsas tutur.
Maddə 4
Konsulluqlar Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinin tabeliyində olaraq Azərbaycan Respublikasının
xaricdəki diplomatik nümayəndəliyi başçısının ümumi siyasi
rəhbərliyi altında fəaliyyət göstərir.
Maddə 5
Diplomatik nümayəndəliklərin konsul şöbələrinə şöbə müdirləri
başçılıq edirlər. Onlar baş konsul və ya konsul adlanırlar. Baş
konsulluqlara, konsulluqlara, vitse-konsulluqlara və konsul
agentliklərinə müvafiq surətdə baş konsullar, konsullar, vitse-
konsullar və konsul agentləri başçılıq edirlər.
Maddə 6
Konsul bu Nizamnamədə nəzərdə tutulmuş funksiyaları yerinə
yetirir.
Konsul bu Nizamnamədə
nəzərdə tutulmamış başqa
ffunksiyalarını da yerinə yetirə bilər, bu şərtlə ki, həmin funksiyalar
Azərbaycan Respublikasının qanunvericiliyinə və konsulluğun
olduğu dövlətin qanunvericiliyinə zidd olmasın.
Maddə 7
Azərbaycan Respublikasının diplomatik
nümayəndəliyi olmayan
dövlətdə bu dövlətin razılığı ilə konsula diplomatik funksiyalar da
həvalə oluna bilər.
Maddə 8
Konsulluğun yeri, dərəcəsi və konsul dairəsi onun yerləşdiyi
dövlətlə razılıq əsasında müəyyənləşdirilir.
Maddə 9
Konsulluq üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin
təsviri və Azərbaycan Respublikasının dövlət dilində konsulluğun adı
olan möhürə malikdir.
Maddə 10
Konsulluq yerləşdiyi binaya üzərində Azərbaycan
Respublikasının Dövlət gerbinin təsviri olan, Azərbaycan
Respublikasının dövlət dilində və konsulluğun yerləşdiyi dövlətin
dilində adı yazılan lövhə vurulur.
Maddə 11
Konsulluq yerləşdiyi bina üzərində Azərbaycan Respublikasının
Dövət bayrağı qaldırıla bilər.
Konsul öz iqamətgahında, habelə nəqliyyat vasitələrində
Azərbaycan Respublikasının dövlət bayrağını qaldıra bilər.
404
405