dəliyində və ya konsulluğunda alacaqları aylıq əmək haqqının 50
faizi məbləğində birdəfəlik müavinət ödənilir.
Maddə 24. Diplomatik xidmət əməkdaşlarının və diplomatik
xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən
şəxslərin mükafatlandırılması
Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət
orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin mü-
kafatlandırılması Azərbaycan Respublikasının müvafiq
qanunvericilik aktları əsasında həyata keçirilir.
Maddə 25. Diplomatik xidmət əməkdaşlarının və diplomatik
xidmət orqanlarının inzibati-texniki xidmətini
həyata keçirən şəxslərin məzuniyyətləri
25.1. Diplomatik xidmət əməkdaşları və diplomatik xidmət
orqanlarının inzibati-texniki xidmətini
həyata keçirən şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş
məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
25.2. Xaricdə işləyən diplomatik xidmət əməkdaşlarına və dip-
lomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən
şəxslərə əmək şəraiti və əmək funksiyalarının xüsusiyyətləri nəzərə
alınmaqla, əlavə məzuniyyət verilə bilər.
Maddə 26. Diplomatik xidmət əməkdaşlarının və diplomatik
xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən
şəxslərin pensiya təminatı və sosial müdafiəsi
26.1. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət
orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin
pensiya təminatı və sosial müdafiəsi Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
26.2. Azərbaycan Respublikasının
diplomatik nümayəndələrində
və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşlarının,
diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata
keçirən şəxslərin və onlarla birlikdə yaşayan ailə üzvlərinin (ər,
arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti
olmayan uşaqlar) icbari tibbi sığortası dövlət hesabına həyata
keçirilir.
26.3. Bu müddəalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən
ali təhsil müəssisələrinə, aspiranturaya (doktoranturaya) və elmi
müəssisələrə göndərilənlərə də şamil edilir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı şəhəri, 8 iyun 2001-ci il
№137-İİQ
"Azərbaycan" qəzetində dərc edilmişdir (6 sentyabr 2001-ci il,
№203)
"Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc
olunmuşdur (2001-ci il, №9, maddə 567)
29 oktyabr 2002-ci
il tarixli, 377-HQD nömrəli; 21 may 2004-
cü il tarixli, 676-HQ nömrəli qanunlara əsasən əlavələr və
dəyişikliklərlə
AZƏRBAYCAN RESPUBLİKASININ
SƏFİRLİYİ HAQQINDA ƏSASNAMƏ
I. ÜMUMİ MÜDDƏLAR
1. Azərbaycan Respublikasının
Səfirliyi (bundan sonra -
Səfirlik) qəbul edən dövlətdə Azərbaycan Respublikasını təmsil edən
diplomatik xidmət orqanıdır. Səfirlik Azərbaycan Respublikasının
Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi
tərəfindən təsis edilir. Səfirlik Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin (bundan sonra - Nazirlik) rəhbərlik etdiyi diplomatik
xidmət orqanlarının vahid sisteminə daxildir.
2. Səfirlik öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, "Diplomatik xidmət haqqında" Azərbaycan
Respublikasının Qanununu və digər qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını,
Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasını və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı digər müvafiq beynəlxalq
müqavilələri, eləcə də beynəlxalq hüququn digər tətbiq edilə bilən
normalarını, Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi
haqqında Əsasnaməni, bu Əsasnaməni, Nazirliyin, əmr, sərəncam və
394
395
göstərişlərini rəhbər tutur və qəbul edən dövlətin qanunvericiliyini
nəzərə alır.
3. Səfirlik qəbul edən dövlətdə Azərbaycan Respublikasının
vahid xarici siyasət xəttinin həyata keçirilməsini öz səlahiyyətləri
daxilində təmin edir və bu məqsədlə Azərbaycan Respublikasının
dövlət və yerli özünüidarəetmə orqanlarının, idarə, təşkilat və
müəssisələrinin nümayəndəliklərinin, nümayəndə heyətlərinin və
mütəxəssis qruplarının fəaliyyətini əlaqələndirir
və işi üzərində
nəzarəti həyata keçirir. Adı çəkilən nümayəndəliklər, nümayəndə
heyətləri və mütəxəssis qrupları öz fəaliyyətini Səfirlik ilə
razılaşdırmalı və öz fəaliyyəti barədə Səfirliyə məlumat
verməlidirlər.
4. Səfirliyin binasında və ya onun ərazisində Azərbaycan
Respublikasının xarici dövlətdəki Fövqəladə və Səlahiyyətli Səfirliyi
(bundan sonra - Səfir) iqamətgahında Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət
bayrağını qaldırır. Səfirliyin binasında və ya onun ərazisində
Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və Azərbaycan
dilində və qəbul edən dövlətin dövlət dilində (dövlət dillərində)
"Azərbaycan Respublikasının (qəbul edən dövlətin adı) Səfirliyi"
yazısı olan lövhə vurulur. Səfirin
nəqliyyat vasitəsi üzərində
Azərbaycan Respublikasının Dövlət bayrağı yerləşdirilir. Azərbaycan
Respublikasının dövlət rəmzləri qəbul edən dövlətin protokol
təcrübəsi nəzərə alınaraq istifadə olunur.
5. Səfirlik, səfirliyin əməkdaşları və onlarla birlikdə yaşayan ailə
üzvləri qəbul edən dövlətdə beynəlxalq hüquq normalarına və qəbul
edən dövlətin qanunvericiliyinə uyğun olaraq immunitet və
imtiyazlardan istifadə edir. Səfirliyin əməkdaşları və onlarla birlikdə
yaşayan ailə üzvləri qəbul edən dövlətin qanunvericiliyinə,
adət və
ənənələrinə hörmət etməli, qəbul edən dövlətin daxili işlərinə
qarışmaqdan və daxili işlərinə qarışmaq kimi təsfir oluna bilər
hərəkətlərdən çəkinməlidir.
6. Səfirlik Nazirlik tərəfindən təsdiq olunmuş Azərbaycan
Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş
möhürə, ştamplara, blanklara və bank hesablarıa malikdir.
7. Azərbaycan Respublikasının mülkiyyəti olan Səfirliyin torpaq
sahələri, binaları, qurğuları və digər əmlakı Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada
Səfirliyə təhkim olunur.
8. Səfirlik ona təhkim olunmuş əmlak üzərində sahiblik, istifadə
və sərəncam hüququnu Azərbaycan Respublikasının müvafiq
qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirir.
II.SƏFİRLİYİN ƏSAS VƏZİFƏLƏRİ
9. səfirliyin əsas vəzifələri aşağıdakılardır:
9.1. öz səlahiyyətləri daxilində qəbul
edən dövlətdə Azərbaycan
Respublikasını təmsil etmək;
9.2. qəbul edən dövlətdə Azərbaycan Respublikasının vahid
xarici siyasət xəttini öz səlahiyyətləri daxilində həyata keçirmək;
9.3. qəbul edən dövlətdə Azərbaycan Respublikasının milli
maraqlarını, o cümlədən suverenliyini, təhlükəsizliyini, ərazi bü-
tövlüyünü, sərhədlərinin toxunulmazlığını, siyasi, iqtisadi və digər
maraqlarını diplomatik üsul və vasitələrlə öz səlahiyyətləri daxilində
təmin etmək və müdafiə etmək;
9.4. qəbul edən dövlətdə Azərbaycan Respublikasının, onun
vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarını öz
səlahiyyətləri daxilində müdafiə etmək;
9.5. qəbul edən dövlətdə Azərbaycan Respublikasının diplomatik
və konsul əlaqələrini qanunvericiliklə nəzərdə tutulmuş qaydada
həyata keçirmək;
9.6. qəbul edən dövlətə rəsmi
nümayəndə heyətlərinin
səfərlərinin hazırlanmasına və həyata keçirilməsinə öz səlahiyyətləri
daxilində kömək etmək.
III.SƏFİRLİYİN FUNKSİYALARI
10. səfirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun
olaraq aşağıdakı funksiyaları həyata keçirir;
10.1. müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının
Prezidentini, Azərbaycan Respublikasının Nazirlər Kabinetini və
Nazirliyi qəbul edən dövlətin xarici və daxili siyasət məsələləri üzrə
məlumatlandırır;
10.2. Azərbaycan Respublikasının qəbul edən dövlətlə iqtisadi,
sosial, elmi-texniki, mədəni və başqa sahələrdə əməkdaşlığın
inkişafına öz səlahiyyətləri daxilində kömək göstərir;
396
397