Hədis: Bu kəlmə [حَدِيثٌ] lüğətdə hekayə, rəvayət, söhbət, danışıq, yeni və


Kibir, təvazökarlıq, yumşaqlıq, comərdlik, xəsislik, həsəd, suı-zənn, tamah və dilin bəlalarına aid seçmə hədislər



Yüklə 194 Kb.
səhifə3/3
tarix30.10.2018
ölçüsü194 Kb.
#75873
1   2   3

Kibir, təvazökarlıq, yumşaqlıq, comərdlik, xəsislik, həsəd,
suı-zənn, tamah və dilin bəlalarına aid seçmə hədislər

•  Harisə ibn Vəhb (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “... Sizə cəhənnəm əhlindən xəbər verimmi? Bunlar; kobud, xəsis və kibirli adamlardır.” (Səhihi-Buxari, Kitabul-Ədəb, 61; Sünəni-Tirmizi, Babül-Cəhənnəm, 2608.)

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: “İnsanlar! Bilin ki, Rəbbiniz birdir. Atanız da birdir, hamınız Adəmdənsiniz, Adəm də torpaqdandır... Ərəbin ərəb olmayana üstünlüyü yoxdur. Üstünlük ancaq təqva ilədir.” (Səhihi-Müslim, c. 2, səh. 890)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət etmişdir: “...Allah Təala, günah bağışlayan kimsənin şərəfini artırır; Allah rizası üçün təvazökar olan şəxsləri ucaldır...” (Səhihi-Müslim, Kitabul-Birr, 19.)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət etmişdir: “Comərd mömin Allaha yaxındır, cənnətə yaxındır, insanlara yaxındır, cəhənnəmdən uzaqdır. Xəsis isə Allahdan uzaqdır, cənnətdən uzaqdır, insanlardan uzaqdır, cəhənnəmə yaxındır.” (Sünəni-Tirmizi, Babül-Birr, 1988.)

•  Əbu Səid əl-Xudri (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət etmişdir: “İki xislət vardır ki, bunlar, bir mömində əsla birlikdə olmaz: Xəsislik və pis əxlaq.” (Sünəni-Tirmizi, Babul-Birr, 1962; İbrahim Canan, Hədis Ensiklopediyası, c. 2, səh. 42.)

•  Əbu Hüreyrədən, Rəsulullahın belə buyurduğu rəvayət edilmişdir: “Zənn etməkdən uzaq durun, Çünki (pis) zənn, sözlərin ən yalan olanıdır...” (Səhihi-Buxari Kitabul-Ədəb, c. 7, səh. 88-89, Səhihi-Müslim, Kitabul-Birr, 2563.)

•  Kəb ibn Malik (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət etmişdir: “Bir sürüyə salınan iki ac qurd, o sürüyə, insanın mal və şərəf ehtirasıyla dininə verdiyi zərərdən daha ağır zərər verə bilməz.” (Sünəni-Tirmizi, Babuz-Zühd, 2377.)

•  Sabit ibn Dahhak (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət etmişdir: “... Müsəlmana lənət edən adam, onu öldürmüş kimi olur...” (Səhihi-Buxari, Kitabul-Ədəb, c. 7 səh. 84.)

•  Abdullah bin Məsud (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Müsəlmanı söymək fasiqlik (asilik), onu öldürmək isə küfürdür» «Muslim, 218-ci hədis»

•  Əbu Hüreyrənin (r.a) rəvayətinə görə Peyğəmbər (s.ə.s) demişdir: «Əməli saleh olan lənət oxumaz» «Muslim, 6551-ci hədis»

•  Əbud-Dərdənin (r.a) rəayətinə görə Peyğəmbər (s.ə.s) demişdir: «Lənət oxuyanlar Qiyamət günü nə şəfaətçi (Qiyamət günü Allah qarşısında günahkar müsəlman üçün bağışlanma diləyən) nə də şahid ola bilər» «Muslim 6553-cü hədis»

•  Səmurə bin Cündəbin (r.a) rəvayətinə görə Peyğəmbər (s.ə.s) demişdir: «Bir-birinizlə Allahın qəzəbiylə və ya lənətiylə və ya Cəhənnəmiylə lənətləşməyin» «Əbu-Daud, 4906-cı hədis» «Tirmizi, 1977-ci hədis»

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət etmişdir: “Allaha və axirət gününə inanan adam qonşusuna əziyyət etməsin. Allaha və axirət gününə inanan adam müsafirinə ikram etsin. Allaha və axirət gününə inanan adam ya xeyir danışsın yaxud sussun.” (Səhihi-Buxari, Kitabul-Ədəb, c. 7, səh. 78-79.)

 

Sünnə ilə əlaqəli seçilmiş hədislər

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: Bir adam, İslamda gözəl bir sünnə buraxar və bu gözəl sünnə həmin adamdan sonra da davam etdirilərsə; ona davam edənlərin qazandıqları savabların misli öz savabları azalmadan həmin sünnəni ilk başladanın lehinə yazılır. Kim də pis bir sünnə başladar və ondan sonra da bu pis adət tətbiq edilərsə, onu davam etdirənlərin günahlarının misli öz günahları əksilmədən həmin pis sünnəni ilk başladanın üzərinə yazılır. (Səhihi-Müslim, Kitabuz-Zəkat, Hədis no; 69 1017.)

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: (Sui) Zənn etməkdən uzaq durun. Çünki, sui-zənn etmək, sözlərin ən yalanıdır. Bir-birinizin danışıqlarına (gizli-gizli) qulaq asmayın. Bir-birinizin gizli hallarını araşdırmayın. Bir-birinizlə mənfəət yarışına girməyin. Bir-birinizə həsəd etməyin. Bir-birinizə kin bəsləməyin. Bir-birinizə arxa çevirməyin. Ey Allahın qulları! Qardaş olun. (Səhihi-Müslim, Kitabul-Birr, Hədis № 289 (2563))

•  Əbu Səid əl-Xudri (r.a) rəvayət olunur: Səfərə çıxan iki yoldaşın yanlarında su yox idi. Təyəmmüm edib, namazlarını qıldılar. Daha sonra namaz vaxtı çıxmadan su tapdılar. Onlardan biri abdəst alıb, təyəmmümlə qılmış olduğu namazını yenidən qıldı, digəri qılmadı. Hadisəni Rəsulullaha danışdıqlarında Rəsulullah (s.ə.s), namazını yenidən qılmayan səhabəyə; “sən sünnəyə uyğun davrandın, namazın tamamdır” buyurdu. Namazını təkrar qılan səhabəyə də; “sənə iki qat savab var” dedi.

•  Rəsulullah (s.ə.s), Yəmənə qazı olaraq göndərdiyi Muaz ibn Cəbələ; “Necə hökm verəcəksən?” deyə soruşdu. Muaz; “Allahın Kitabına görə hökm verəcəyəm” dedi. Rəsuli-Əkrəm (s.ə.s); “Əgər Allahın Kitabında tapa bilməsən?” deyə soruşanda, Muaz; “Rəsulullahın sünnəsinə görə hökm verəcəyəm” dedi. Peyğəmbərimiz (s.ə.s); “Bəs onda da tapa bilməsən?” deyə soruşdu. Hz. Muaz, bu səfər; “O zaman öz fikrimə görə hərəkət edəcəyəm” cavabını verdi. Bundan sonra Rəsulullah (s.ə.s); “Allah Rəsulunun elçisini müvəffəq edən Allaha həmd olsun” deyə dua etdi. (Sünəni-Tirmizi, Əhkam Babı, Hədis № 1343)

•  Aişədən (r.a.) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Bizim etdiyimiz əməllərə yenilik əlavə edən kimsənin əlavəsi rədd olunur» «Muslimin Səhih əsəri, 4467»

 

Müxtəlif mövzulara dair seçilmiş hədislər

•  Səid ibn Əl-Müseyyeb (r.a) rəvayət edilir: Rəsulullah (s.ə.s) canlı heyvan qarşılığında ət satışını qadağan etdi.

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Münafiqin əlaməti üçdür: Söz söylərkən yalan söylər, vəd etdiyi zaman sözündə durmaz, ona bir şey əmanət edəndə ona xəyanət edər” (Buxari 1/14; Müslim, HN. 107; Tirmizi 2766; Nəvəvi, Sünən, Beyrut 1986, 8/116, HN; 5021)

•  Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Həlak edici yeddi şeydən çəkinin” “Ya Rəsulallah! Onlar nədir?” deyə soruşuldu. Rəsulullah buyurdu ki: “Allaha şirk qoşmaq, sehr etmək; bir haqq qarşılığı olmaq müstəsna, Allahın, qətlini haram qıldığı bir nəfsi (canı, həyatı) öldürmək, yetim malı yemək, yüksək faizlə borc verib alınan qat-qat faizi yemək, düşmənə hücum əsnasında müharibədən qaçmaq və zinadan uzaq olub, onu xatirindən belə keçirməyən müsəlman qadınlara zina iftirasını atmaq.” (Səhihi-Müslim, Hədis No: 145)

•  İbn Ömər (r.a) rəvayət edilir: Rəsulullah (s.ə.s), bədənimin bir tərəfindən tutaraq belə buyurdu: “Dünyada sanki bir qərib, hətta yoldan keçən bir yolçu kimi ol və özünü qəbir xalqından say.” İbn Ömər, eyni zamanda (Rəsulullahın ona belə buyurduğunu da) mənə danışdı: “Sabaha çıxdığın zaman özünə axşamın sözünü danışma, axşama çıxdığın zaman da özünə sabahın işindən danışma. Xəstələnmədən əvvəl sağlamlığının və ölmədən də əvvəl həyatının tədbirini al. Ey Abdullah, çünki, sən sabah adının (xoşbəxtmi, bədbəxtmi) nə olacağını bilə bilməzsən.” (Səhihi-Müslim, Hədis No: 145)

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Allah, kimin xeyrini murad edərsə, onu dində faqih qılar” (Sünəni-Tirmizi, Elm Babı, HN: 2783).

•  Abdullah ibn Amr (r.a.) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Məndən öyrəndiyiniz bir ayə olsa belə, onu insanlara təbliğ edin. İsrail övladlarından varid olan rəvayətlərdən də danışın, bu sizin üçün günah sayılmaz. Mənim adımdan bilərəkdən yalan danışan isə cəhənnəmdə oddan olan yerini hazırlasın!» «Buхari səhih, 3461»

•  Əbu Zərr (r.a.) rəvayət edir: Rəsulullah (s.ə.s), Allah Təaladan rəvayət etdiyi qüdsi hədisdə Allah Təala belə buyurdu: “Mən zülm etməyi özümə haram etdim. Onu sizin aranızda da haram etdim. Elə isə bir birinizə zülm etməyin... Ey bəndələrim! Sizin üçün əməllərinizi saxlayar, sonra da bunların əvəzini nöqsansız olaraq verirəm. Elə isə yaxşılıq edən Allah Təalaya həmd etsin, pislik edən isə ancaq özünü pisləsin.” (Səhihi-Müslim, c.IV. səh. 1994)

•  İbn Abbasdan rəvayət edildiyinə görə Allah Rəsulu (s.ə.s) belə buyurdu: “İnsanların çoxunun aldandığı və qiymətini bilmədiyi iki nemət vardır: Sağlamlıq və boş vaxt.” (Səhihi-Buxari, Riqaq Kitabı, c. VII, səh. 170)

•  Əbdürrəhman ibn Yəziddən (r.a.) rəvayət edilir: “Biz böyük və kiçik ayaqyoluna çıxarkən qibləyə qarşı durmaqdan qadağan olunduq.” (Sünəni-Tirmizi, Təharət Babı, Hədis: 16)

•  Ömər ibn Xəttab (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Əməllər ancaq niyyətlərə görədir. Hər kimsənin niyyəti nə isə, o da onun əlinə keçəcək. Artıq kim Allah Təala və Rəsulu üçün hicrət edərsə, hicrəti Allah Təala və Rəsulu üçün olmuş olar. Hər kim də əldə edəcəyi bir dünya (mənfəəti) və ya evlənəcəyi bir qadın üçün hicrət edərsə, hicrəti hicrət etdiyi şeyə görədir.” (Səhihi-Müslim, İmarə Kitabı, c. VII, səh. 112)

•  Peyğəmbər (s.ə.s) buyurmuşdur: Sərxoşluq verən hər içki haramdır. Sərxoş edən hər içki haramdır. (Səhihi-Müslim, Əşribə Kitabı, Hədis: 67, 68, 69)

•  Əbu Hüreyrənin (r.) belə dediyi rəvayət olunub : Allahın elçisi (s.ə.s) dedi: «Həqiqətən, Allah belə dedi "Kim mənim bir övliyama düşmənçilik etsə, Mən ona müharibə elan edərəm. Qulumun Mənə yaхınlıq etməsi üçün Mənim ona fərz buyurduqlarımı yerinə yetirməkdən sevimli heç bir vasitə ola bilməz. Nə qədər ki, qulum Mənə nafilə (əlavə) ibadətlərlə yaхınlıq edir, Mən onu sevərəm. Elə ki, onu sevdim, onun eşidən qulağı, görən gözü, tutan əli, gəzən ayağı olaram. O Məndən bir şey istəsə, verərəm. Mənə pənah gətirsə ona sığınacaq verərəm. Onun Mənə aid hər bir şeydə istədiyini tərəddüd etmədən verərəm. Yalnız ölmək vaхtı çatanda ölümü zəruri olan, lakin ölmək istəməyən, Mənim də pisliyini istəmədiyim mömin bəndəmin ruhunu bədənindən çıхaranda tərəddüd edərəm"» «Əl-Buxari 11/340, 6502»

•  Abdullah bin Abbas (r.a) rəvayət edir ki, As ibn Vail düzənlikdə bir sümük götürüb onu ufalayıb xırda-xırda tikələr etdi və Peyğəmbərə (s.ə.s) dedi: «Məgər Allah bu çürümüş sümüyü əvvəlki halına qaytara bilər?» Peyğəmbər(s.ə.s) dedi: «Bəli, O səni öldürəcək, sonra dirildəcək və daha sonra Cəhənnəmə vasil edəcəkdir» «İbn Kəsirin Təfsiri, 3-cü cild, səh.581» «Hakim Müstədrək əsəri, 2-ci cild, səh.429»



•  Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Kişinin (və ya qadının) islamının gözəlliyi, ona aid olmayan şeyləri tərk etməsindədir» «ət-Tirmizi, 2317-ci hədis»

www.siyezen.narod.ru
Yüklə 194 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə