16
rəhbərliyi öz cari fəaliyyətini həyata keçirərkən və planlı orientirləri əldə edilərkən
nəyə çalışmalıdır.
11. Məqsədli istiqamətin formalaşması. Vəzifə və görünüşün qurulması
nəticələrinə görə, əsas inkişaf amillərinin müəyyən rəhbərliyi əsasında müəssisə
üçün bütün planlaşdırma hüdudunda məqsədli istiqamətlər təsdiq olunur. Məqsədli
istiqamətlər tapşırıqlar əsasında formalaşır və müəyyən dövrdə konkretləşdirilmiş
vəzifələr anlayışlarında müəssisənin görünüş ifadəsi sayılırlar.
Strateji qərarlar strateji idarəetmə prosesində tapılan bir neçə qərarlardan
birinin məqsədyönlülüyünə, qeyri-təsadüfi seçiminə əsaslanırlar. Strateji idarəetmə
modelini yalnız strategiyanın yaradılması mərhələsi ilə bərabərləşdirmək olmaz və
bir tərəfdən, strategiyanın qabaqcadan layihələşdirilməsi prosedurlarını, digər
tərəfdən, onun reallaşdırılmasına əsaslanan mərhələni əhatə edir.
Sənaye müəssisəsi öz uzunmüddətli məqsədini reallaşdırmaq üçün strateji
idarəetmə metodları dəstinə malikdir. Bu metodlar elementləri bir-birilə qarşılıqlı
əlaqədə olan sistemi əmələ gətirir. Həmin metodları aşağıdakı kimi qruplaşdırmaq
olar:
1.Sənaye müəssisənin maliyyə fəaliyyəti göstəricilərinə yönəldilmiş
metodlar:
- Düpon modeli;
- İnvestisiyanın rentabelliyi;
- Bir səhmə xalis mənfəət;
- Səhmin qiyməti və xalis mənfəətin nisbət əmsalı;
- Səhmdar baza və balans dəyəri nisbətinin əmsalı;
- Səhmdar kapitalın rentabelliyi;
- Xalis aktivlərin rentabelliyi;
- Pul axını;
- İqtisadi əlavə dəyər;
- Faiz, vergi və dividend ödənilənə qədər mənfəət;
- Bazar əlavə dəyər;
- Məcmu səhmdar gəlirliliyi göstəricisi;
17
- İnvestisiya olunmuş kapitala görə pul axını.
2. Sənaye müəssisənin daxili proseslərinə və daxili mühitinə yönəldilmiş
metodlar:
-SNW- təhlil(aktivlərin təhlili, top-xarakteristikasının təhlili);
- Resurs təhlili;
- Daxili bençmarkinq;
- Dəyərin yaradılması zəncirinin təhlili.
3. Sənaye müəssisəsinin daxili mühitinə yönəldilmiş metodlar:
-PEST-təhlil;
- Sahə və bazarın təhlili və proqnozlaşdırılması(əsas parametrlərin seçimi);
- Ssenari planlaşdırılması, oyunlar nəzəriyyəsinin istifadəsi;
- Rəqabər təhlili (M.Porterin beş qüvvəsi).
4. Sənaye müəssisəsinin sistemli strateji metodları:
-SWOT-təhlil;
- TQM Ouklend modeli;
- Əsas səlahiyyətlərin təhlili;
- Balanslaşdırılmış göstərici sistemi(BSC konsepsiyası).
Biznes strategiyasının məyyənləşdirilməsi zamanı “bunu nə üçün etmək
lazımdır”, ”mövcud qüvvə və vasitələrdən istifadə edilməsini necə
yaxşılaşdırmalı”, ”məqsədə nail olma mərhələləri hansılardır” suallarına cavab
axtarılması nəzərdə tutulur. Başqa tərəfdən yanaşıldıqda isə,
Strategiya –
təlimatların planlaşdırılmasıdır – təkcə işdə deyil, həm də işçilərin və müştərilərin
qəlblərində və şüurlarında. Strategiya strukturu müəyyənləşdirir; özünüzdən
razılığı aradan qaldırır və bütün səyləri maliyyə və strateji hədəfləri qət etməyə
yönəldir. “Strateji idarəetmə” menecerlərə istənilən şirkətdə strateji planları tətbiq
etməyi öyrətmək üçün hazırlanmışdır.Strategiya haqqda müxtəlif iqtisadçıların
fikirlərini ümumiləşdirməklə idarəetmə strategiyasını məqsədinə görə 4 qrupa
bölmək olar:
- ilk daxil olmaq və kütləvi zərbə endirmək;
- cəld və gözlənilmədən hücum etmək;
18
- ekoloji boşluqları tapmaq və zəbt etmək;
- əmtəənin,bazarın yaxud sahənin iqtisadi xarakteristikasını dəyişmək.
Biznesin idarə edilməsində strategiyalar müxtəlifliyi ilə seçilir,yəni istifadə
etmə məqsədi və xüsusiyyətlərinə görə strateji strategiyalar,çoxməqsədli
strategiyalar, satış və mənafelərin dinamikası üzrə strategiyalar, düzüm
strategiyaları,artım strategiyaları, bazara daxil olma strategiyaları, təşkilatın inkişaf
strategiyaları və s. bölünür. Bu məqsədlə biznesin strategiyalarını əlamətlərinə görə
aşağıdakı kimi qruplaşdırmaq olar:
- Hücum yaxud Sıçrayış Strategiyası;
- Müdafiə yaxud Sağlamlaşdırma Strategiyası;
- Müəssisənin fəaliyyətinin azalmasi və dəyişməsi strategiyasi.
Biznes strategiyası – perspektiv üçün hesablanmış və təşkilatın qarşısında
duran konkret məqsədlərin əldə edilməsini təmin edən tədbirlər sistemidir.
Strategiyanın hazırlanması və həyata keçirilməsinin mahiyyəti çoxsaylı
alternativlər içərisindən lazımi inkişaf istiqamətlərinin seçilməsindən və istehsal-
təsərrüfat fəaliyyətinin seçilmiş yola istiqamətləndirilməsindən ibarətdir.Müasir
mərhələdə inkişaf etməkdə olan strateji idarəetmə sistemi aşağıdakıları əhatə edir:
-strateji məqsədlər üçün resursların ayrılması;
- hər bir strateji məqsədə rəhbərlik mərkəzlərinin yaradılması;
- istehsal bölmələrinin və onları rəhbərlərinin strateji məqsədlərin əldə
edilməsi dərəcəsinə görə qiymətləndirilməsi və stimullaşdırılması;
İqtisadi ədəbiyyatda qeyd olunduğu kimi, strateji idarəetmənin meydana
gəlməsi və reallaşması aşağıdakı bir-birilə əlaqədar olan beş məsələni özündə
birləşdirir (32):
1.Şirkətin hansı biznes sahəsində fəaliyyət göstərəcəyini qərara almaq və
strateji proqramlaşdırmaq.
2. Strateji proqnozları və fəaliyyət istiqamətlərini konkret məqsəd və
vəzifələri bölmək.
3. Qarşıya qoyulmuş məqsədlərə nail olmaq strategiyasının işlənib
hazırlanması.