Həqiqət işığında



Yüklə 2,87 Kb.
Pdf görüntüsü
səhifə23/59
tarix26.11.2017
ölçüsü2,87 Kb.
#12904
1   ...   19   20   21   22   23   24   25   26   ...   59

 
81 
kitablarının  ən  mükəmməl  və  ən  sonuncu  olan  müqəddəs 
“Quran”ımızın kontekstində araşdırır. 
   Həqiqət  xanım  fəlsəfə  tarixindən    müdafiə  etdiyi  “Qurani- 
Kərimdə  dünyanın  təbii  elmi  mənzərəsinin  fəlsəfi  təhlili” 
mövzusundakı dissertasiya işi fəlsəfənin ən mühüm məsələsi olan 
dünyanın,  canlı  həyatın  və  insanın  yaranışının  elmi  dini 
baxımından  təhlilini  verən,  elmdə  çox  dəyərli  bir  tədqiqat  işini 
ərsəyə gəritmişdir. 
   Bu  elmi  mövzu  Qurani-  Kərimlə  bilavasitə  bağlı  olduğu  üçün 
ciddi  təhlillə  bərabər,  Qurana  yeni  dünya  baxışı  mövqeyindən 
yanaşılmasını tələb edir, təhlil zamanı fəlsəfə, kosmologiya, tarix, 
biologiya,  embriologiya  kimi  sahələr  kompleks  şəkildə  tədqiq 
edilir. 
   Tədqiqat işində qeyd edilir ki, dünyanın, canlı aləmin və insanın 
yaranışı  bu  gün  tam  mənada  öz  həllini  gözləyən  fəlsəfi 
problemlərdən biridir. Buna görə də mövzuda aparılan tədqiqatın 
qarşısında əsasən aşağıdakı məsələlər qoyulmuşdur: 
 
   1.İlkin  kainat  maddəsinin  əmələ  gəlməsi  haqqında  elmi 
mülahizələr;  Qurani-  Kərimdə  suyun,  yer  kürəsinin,  dənizlərin, 
qitələrin əmələ gəlməsi, zəlzələ, “ yanar dəniz” anlayışının təhlili.   
   2. Günəş sisteminin mənşəyini, ildırım, od və istilik hadisəsinin 
elmi və dini təhlilini vermək; qədim yunan filosoflarının günəşlə 
bağlı fərziyyələrin acılması, buludların elektrik yüklü olmasının B. 
Franklindən əvvəl Quranda verildiyini izah etmək. 
   3.Yeddi  qat  göy  təbəqəsi  haqqında  Qurani-Kərim  müddəalarını 
Ptolomey və Kopernikin 9 qatlı göy təbəqəsi ideyası ilə müqayisə 
etmək,  müasir  kosmologiyanın  təsdiq  etdiyi  7qat  göy  təbəqəsi 
haqqında  elmi  baxışların  dini  baxışlarla  eyniyyət  təşkil  etdiyini 
göstərmək;  Ay,  ulduzlar,  gecə  ilə  gündüzün  sinxronluğunun 
Quranda tam izah edildiyini elmi təhlillərlə açmaq...                


 
82 
   Həqiqət  xanım  Kərimovanın  “Qurani-  Kərimdə  dünyanın 
təbii elmi mənzərəsinin fəlsəfi təhlili” mövzusundakı bu tədqiqat 
işi özünəməxsus yeniliklərə malikdir.  
   Mövzuda  İslam  astronomiyasının  hərtərəfli  tədqiqi,  toplanmış 
materiallar,  müsəlmanlarda  tarixən  bu  sahəyə  böyük  məhəbbət 
olduğunu təsdiq edir. 
   Canlı  aləm  və  insanın  təkamülü  haqqında  dissertasiyada 
qoyulmuş  məsələlər  elmi-  dini  müqayisə  yolu  ilə  təhlil  edilmiş, 
müəyyən  edilmişdir  ki,  Qurani  Kərimdə  ilkin  canlı  kimi  adı 
çəkilən  “Nun”    (  Lutəya  adlı  balıq)  elmdə  yerüstü  onurğalı 
heyvanların mənşə tapdığı latimer balığıdır. 
   Qurani-Kərim  insanı  aliləşdirdiyi  halda,  elm  insan  haqqında, 
onun mənşəyi barədə konkret bir fikir irəli sürmür. 
   Elm haqqında ən qiymətli fikirlər Qurani-Kərimin 850 ayəsində 
öz  əksini  tapmışdır.  Mövzu  üzərində  aparılan  araşdırmalar  bu 
fikrə gəlməyə əsas verir ki, Qurani-Kərim kainatı, canlı aləmi və 
insanı tədqiq edən ən böyük ensiklopedik abidədir. 
   Bundan  əlavə,  Həqiqət  xanım  dərin  düşüncə  tərzi  və  ciddi  əqli 
mühakimə  ilə  tədqiqat  işində  Qiyamət  fəlakətini  ümumdünya 
faciəsi  kimi  səciyyələndirərək,  alman  alimi  R.  Klauziusun  və 
ingilis  fiziki  U.  Tomsonun  kainatın  məhvi  haqqında  fikirlərini 
Qurandakı ayələrlə hərtərəfli müqayisə etmişdir. 
   Hazırda  Həqiqət  xanım  daha  bir  maraqlı,  elm  üçün  son  dərəcə 
dəyərli  olan  “  Şüur,  yoxsa  ruh”  əsəri  üzərində  işləyir.  Mən 
inanıram  ki,  bu  elmi  tədqiqat  işi  də  Həqiqət  xanıma  böyük  uğur 
gətirəcək, elm aləminə ən qiymətli töhfə olacaq. 
 
 
 
 
 
 


 
83 
              Jurnalist Həqiqət xanım       
 
“Həqiqət axtarmaq - Allaha yaxın olmaq deməkdir.” 
                                                                                               
                                        Məhəmməd peyğəmbər  (s.ə.s.) 
 
   Həqiqət  BDU-nun  tarix  fakültəsinin  axşam  şöbəsinə  qəbul 
olduqdan sonra əsas problemi gündüz iş axtarıb tapmaq olub. Bir 
nəfər  alim  qadın  iş  üçün  Həqiqətə  hörmətli  bir  şairin  ünvanını 
verir. O zaman yüksək mənsəb sahibi olan həmin şair Həqiqəti öz 
kabinetində çox soyuq qarşılayaraq onlarda iş olmadığını bildirir. 
Halbuki həmin idarədə korrektor  yeri bir ay idi ki, boş qalmışdı. 
Həqiqət  hörmətli  şairə:  “Çox  xahiş  edirəm  sizdən.  İmkansız  bir 
qız  olduğumu  nəzərə  alın.  Öz  çörək  pulumu  özüm  qazanmaq 
məcburiyyətindəyəm. Sizdə hansı yerin boş olduğunu da bilirəm. 
Əgər  məni  işə  götürsəniz,  etimadınızı  tam  doğrultmağa  söz 
verirəm”-  deyir.  Şair,  qarşısında  dayanıb  halal  çörək  pulu 
qazanmaq  üçün ona yalvaran qızı soyuq nəzərlərlə süzərək deyir: 
-Bilirəm,bizdə korrektor yeri boşdur, amma sizi götürməyəcəyəm. 
 “Hörmətli  şair”in  acı  ifadə  tərzi  Həqiqətin  onun  barəsindəki 
yüksək  düşüncələrini  bir  anda  alt-üst  etdi.  Onun  gözündə  sanki 
uca bir bina zəlzələdən titrəyirmiş kimi uçulub yürlə-yeksan oldu. 
Həqiqət ümidsiz halda evə döndü. O, evə gələndə kitab rəfindəki 
həmin  şairin  yazdığı  kitablara  tərs-tərs  baxdı.  O  günə  qədər 
Həqiqət bu kitabların daş qəlbli sahibini dünyanın ən xeyirxah, ən 
gözəl  insanı  hesab  edirdi.  O,  kitablardan  birini  götürüb  əvvəllər 
sevə-sevə oxuduğu bir şeiri yenidən oxudu. Həqiqət indi hiss etdi 
ki, şeirin hər sətrindən sanki zəhər süzülür. Bu dəfə o, şeirdən bir 
bəndi  zorla  oxudu  və  hiddətindən  gözləri  doldu,  ürəyi  tez-tez 
döyünməyə  başladı.  Şairin  hərəkəti  kövrək  qəlbli  qıza  bərk  təsir 
etmişdi. Həqiqət tez mətbəxə keçib bir stəkan su içdi. Və düşündü 


Yüklə 2,87 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə